İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevin dünən saxlanıldığı haqda iddialar səslənib. DİA.AZ bildirir ki, bu barədə Hurriyyet.az saytı məlumat yayıb.
Bununla bağlı DİA.AZ-a danışan Zeynal Tarquluyev hazırda işinin başında olduğunu bildirməklə yanaşı, yayılan xəbərlərin yalan olduğunu da qeyd edib: "Elə bir şey yoxdur. Mən işimin başındayam..."
Qeyd edək ki, Zeynal Tarquliyev DGK-nın nəzdindəki “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini postunu tutur.
DİA.AZ