"Dövlət Gömrük Komitəsində yenilik gözlənilir və bu günlərdə araşdırma başlanılacaq. Burada əsas məqsəd DGK-nın maliyyə hesabatlarının təftişidir". Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya verilib.
Xəbəri verən qaynaq iddia edir:
"Səfər Mehdiyevin işi araşdırılır. Vəziyyəti kifayət qədər qəlizdir. Ola bilsin ki, bunun ardınca hüquü-mühafizə orqanları DGK-nın qapısını döysün..."
Xatırladaq ki, buna qədər ilk dəfə dia.az olaraq DGK-da yoxlama aparılacağı haqda informasiya vermişdik.
Mənbə dia.az-a onu da bildirib ki, əzlində DGK-da yoxlama qərarı Səfər Mehdiyevin xeyrinədir: "Hər halda, qapısını qara maskalılar kəsdirməyib..."
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.