40 il öncə Sovet İttifaqının qısa bir zamanda dağılacağı və Türk dünyasının bütövləşməsi baxımından böyük bir fürsət yaranacağını bəlkə də heç kim ağlına gətirməzdi. Hətta bu arzuyla yaşayanların əksəriyyəti belə, bunun nə vaxtsa reallaşması üçün önəmli addımların atılacağını güman etməzdi. Lakin dövran dəyişdi və arzular gerçəkləşməyə başladı. Daxili və xarici təsirlər nəticəsində SSRİ-nın dağılması sürətləndi, 1991-ci ilin sonundan etibarən dövlətlərarası sistemdə Türkiyə Cumhuriyyəti və KKTC-dən sonra 5 respublika da yerini aldı.
Beləcə, Türk dünyasının bütövləşməsi istiqaməində ilk addımlar atılmağa başladı.Müsbət haldir ki, SSRİ-nin dağılmasının ardınca başlanan Türk respublikalarının birləşmək stiqamətində səy və fəaliyyətləri bu gün daha intensiv şəkildə davam etməkdədir. Münasibətlərə yeni ölkələrin qatılması, iqtisadi və təhlükəsizlik müstəvisində ələqələrin dərinləşdirilməsi, Türk Şurası (Türk Əməkdaşlıq Təşkilatı) xaricində çoxlu əlaqə (Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qazaxıstan-Özbəkistan, Türkiyə-Qırgızıstan-Özbəkistan, Özbəkistan- Qazaxıstan-Türkmənistan və s.) formatlarının yaranması, xüsusi iqtisadi ələqələrin gücləndirilməsi (ticari ələqələrin asanlaşdırılması, investisiya proseslərinin asanlaşdırılması , üçüncü ölkələrə ortaq vəsaitlərin yatırılması və.s), mal və xidmətlər almaq imkanı yaradan sərbəst ticarət qaydalarının formalaşdırılması, xüsusilə təhsil sahəsində ələqələrin müxtəlif yollarla dərinləşdirilməsi Türk Şurasını və Türk dünyasının yaxınlaşma prosesini daha da fəallaşdırdı və bu hərəkatın geri dönüşünün mümkünsüz olduğunu sübut etdi.
SSRİ-nin dağılmasından sonra əvvəlki ehtiyatlı yanaşmaların yerini davamlı fəaliyyətlər almağa başladı. Xüsusilə, Türkiyə və Azərbaycan bu yolda daha fəal olmaqla, Türk dünyasında birləşmə ilə bağlı soyləntilər artdı, ikitətərəfli və çoxtərəfli danışıqlar start götürdü. Lakin birlik barədə söylənən ifadələr siyası liderlər tərəfindən bütün Türk respublikalarında eyni şəkildə qəbul edilmirdi. Türkiyə daxilində arzu və istəklə yanaşı ehtiyatlılıq, Azərbaycanda duyğusal həyacan, Orta Asiya Türk respublikalarında həyacanlı hisslər və eyni zamanda çəkingənlik aydın hiss olunurdu. Bu çərçivədə, xüsusilə Türkiyə və Azərbaycanın fəal mövqeyi ilə bir yandan dövlət və hökümət nazirləri, ən yüksək vəzifə sahiblərinin də daxil olduqları siyasi tədbirlər, diğər tərəfdən isə Türk Dövlət və Birlikləri , Dostluq Qardaşlıq və İşbirliyi Təşkilatı (TÜDEV), Türk Ocaqları və bənzər qurumların təşkil etdiyi tədbirlər ilə yaxınlaşmanın ilk addımları atılmağa başladı.
Ən yüksək siyasi inteqrasiyanın ilk addımlarından biri olaraq 1992-ci ildə təşkil olunan Ankara Zirvəsini qeyd etmək olar. Türkiyə prezidenti Turqut Özalın ev sahibliyi ilə keçiən tədbiri Azərbaycan prezidenti Əbülfəz Elçibəy, Qazaxistan prezidenti Nursultan Nazarbayev, Qırgızıstan prezidenti Əsgər Akayev, Özbəkistanın dövlət başçısı İslam Kərimov və Türkmənistan prezidenti Saparmurad Niyazovun iştirakı ilə Ankarada gerçəkləşdirilmiş olan ilk zirvənin sonunda, Ankara Bəyanatı imzalandı. Bu zirvədə xüsusilə, Türkiyə tərəfi türk respunlikaları arasında gömrük qaydalarının sadələşdirilməsi, insan, mal və xidmətlərin sərbəst hərəkətinə imkan verən sərbəst ticarət formasının yaradılması, ortaq investisiya və inkişaf bankının qurulması, dəmiryolu, dəniz yolu və hava yolu, telekomunikasiya imkanlarının formalaşdırılması, Türk respublikalarının təbii sərvətlərinin Türkiyə üzərindən Avropaya nəql edilməsi, dünya iqtisadiyyatına inteqrasiya ola bilmək üçün iqtisadi koordinasya və iş birliyi imkanlarının yaradılması barədə qərarlar qəbul edildi. Türk dünyasının birləşmə müddəti baxımından TÜDEV-in koordinasiyası ilə qurulan Türk Dövlət və Birlikləri Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayı da önəmli oldu.
İlki 21-23 mart 1993-cü il tarxlərində Antalyada, sonuncusu isə 17-19 sentyabr 2007-c iidə Bakıda reallaşan Türk Dövlət və Birlikləri, Dostluq, Qardaşlıq və İşbirliyi Qurultaylarına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırgızıstan, KKTC (Şimali Kipr), Özbəkistan və Türkmənistanın və bir sıra Türk birliklərini temsil edən prezident və baş nazirlər başda olmaqla, yüksək vəzifəli məmurlar, ziyalılar, alimlər, qeyri-hökumət təşkilatları təmsilciləri qatıldı. Qurultaylarda komissiyalar şəklində çalışmalar başlatıldı. Türk dünyasının sosial, mədəni, iqtisadi və siyasi məsələləri ilə bağlı mühüm qərarlar qəbul edildi.Bu arada dövlər başçıları zirvələri də 2001-ci ilə qədər 1 ya da 2 illik fasiləylə keçirildi. 2001 -ci ildə keçirilən zirvədə ilk dəfə tərəflərdən biri (Özbəkistan) dövlət başçısı qismində deyil, parlamentin spikeri olaraq təmsil edildi. 2001-ci ildəki zirvədən sonra bir müddət toplanma problemi ortaya çıxtı. 5,5 illik fasilədən sonra 2006 -cı ildə, növbəti zirvə isə 2009 -cu ildə reallaşdı. 2006 -cı ildə keçirilən zirvəyə Özbəkistan qatılmadı, Türkmənistanın isə Ankaradakı səfiri iştirak etdi. 2009-cu ildəki zirvəyə də yenə Özbəkistan qatılmadı, Türkmənistanı isə vitse-prezident təmsil etdiyi Zirvələrin sonunda ortaq bəyanatlar qəbul edildi. 1996-çı ildən etibarən, qurumun adından mühüm addımlar atılmağa başlandı. 1996-cı idə Özbəkistan prezidenti İslam Kərimovun ev sahibliyi ilə reallaşan zirvədə daimi katiblik təsis olundu. 1998-ci ildə Qazaxstan prezidenti Nursultan Nazarbayevin ev sahibliyi etdiyi zirvədə Daimi katiblik sistemi qəbul edildi. 2000-ci idə Azərbaycan prezidenti Heydər Əliyevin ev sahibliyi ilə təşkil edilən zirvədə Daimi Katibliyin Türkiyədə təsis edilməsi qərara alındı. Azərbaycan prezidenti İlham Əliyevin ev sahibliyi ilə 2009-cu ilin okyabrında Naxçıvanda təşkil olunan zirvə toplantısı Türk respublikalarının bütövləşməsi baxımından dönüş nöqtəsı oldu. Zirvə əsnasında Türkdilli Ölkələr İşbirliyi Təşkilatının Qurulmasına Dair Naxçıvan sazişi imzalandı. Həm də bütün tərəflərin iştirakı ilə. 17 noyabr 2010-cu il tarixində anlaşmaya müşahidəçi qismində qatılan Özbəkistan 2019-cu ildə tam huquqlu üzv oldu. Türkmənistan isə 2010-cı ildə İstanbulda zirvəyə prezident qismində qatılsa da anlaşmanı imzalamadı.
o zamankı Türkiyə prezidenti Abdullah Gülün ev sahiblyi ilə 2010-cu il sentyabrın 15-16-da İstanbulda keçirilmiş olan zirvəyə təkcə Özbəkistan qatılmadı. Zirvədə Naxçıvan sazişi çərçivəsində alınan qərarların rəsmiləşdirilməsi dövrü başlandı. 2011-ci ildən etibarən isə Türk İşbirliyi Təşkilatının dövlət başçıları zirvəsi reallaşdırılmağa başlandı. Türk Şurası zirvələrinin ilki 2011-ci ildə Qazaxıstanda, ikincisi 2012-ci ildə Qırgızıstanda, üçüncüsü 2013-cü ildə Azərbaycanda, dördüncüsü 2014 -cü ildə Türkiyədə, beşincisi 2015-ci ildə Qazaxıstanda, altıncısı 2018 -ci ildə Qırgızıstanda və sonuncusu olan yeddinçisi 15 oktyabr 2019-cu ildə Azərbaycanda keçirildi.
Son zirvədən əvvəl Özbəkistanın Türk Şurasına üzv olması və son zirvəyə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin qatılması, 2018-ildən etibarən, Türk Şurasına müşahidəçi üzv olan Macarıstanda təmsilcilliyinin açılması və Macarıstan prezidenti Viktor Orbanın zirvəyə qatılması,Türk Şurasının qısa vaxtda qət etdiyi məsafə mühüm nəticə kimi dəyərləndirilməlidir. Ayrıca son zirvədə Türkmənistanın vitse-prezidenti Pürli Agamuradovun iştirakı da Türk dünyasının bütövləşməsi baxımından önəmliydi. Türk dövlətlərinin son 3-4 ildə birlik baxımından çətin, amma uğurlu bir yol keçdiyi söylənə bilər. TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk mədəni İrs təşkilatı, Ağsaqqallar təşkilatı və oxşar qurumlar da daxil, bəzi mövzularda nazirlər müstəvisində toplantılar keçirilməsi mühüm önəm daşıyırdı.
Bu çətin və mürəkkəb yolda mühüm əməli nəticələrin əldə olunması böyük uğurdur. Qətiyyətlə demək olar ki, regionun iqtisadi inkişafına xidmət edən Dakl BTQ, BC xalqlar arasındakı bağları gücləndirməklə, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər yaradıb. Əminliklə qeyd edə bilərik ki,Türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Son 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə
Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir. Və bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir. TÜRKSOY-un ardından Türk Şurası və TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli amilə çevrilib.
TÜRKPA isə parlament diplomatiyası vasitəsilə türk xalqlarının və dövlətlərinin ümumi problemlərinin açıq müzakirəsi üçün siyasi dialoq müstəvisinə çevrilib. Eyni zamanda, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatlar da ölkələrimiz arasında elm, təhsil və mədəni-humanitar əlaqələrin inkişafına böyük töhfələr verir. Bu təşkilatlar vasitəsilə türkdilli ölkələr həm öz milli-mənəvi kimliyini qoruyur, həm də siyasi-iqtisadi cəhətdən daha böyük bir güc kimi təmsil olunurlar. Buna görə bu birliyin getdikcə güclənməsi bizi çox fərəhləndirir.
Qardaş türk respublikaları – Özbəkistan və Türkmənistanla olan əməkdaşlığın genişləndirilməsi sə mühüm önəm daşıyır. Siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələrin mövcudluğu gələcək əməkdaşılıq üçün uğurlu başlanğıc sayıla bilər. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər davamlı inkişaf edir, ticarət əlaqələri genişlənir. Azərbaycanın Türk Şurası ölkələri ilə ticarət dövriyyəsi ildən ilə artır. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısının orta Asiya respublikalarına etdiyi son səfərlər zamanı türkdilli xalqların oxşar milli irsindən, mental xüsusiyyətlərindən bəhs edərək və bu millətlərin tarixi yaxınlığını diqqətə çatdırmaqla ümumtürk dünyasının inteqrasiyasının bütün istiqamətlərdə gücləndirilməsinin zərurətini bəyan etdi. Bu yöndə atılan addımlar bir daha göstərir ki, Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.
Rəsmi Bakının aparsığı balanslı xarici xətt, müstəqil siyasəti təmin edən Bloklara Qoşulmanaq Hərakatnı beynəlxalq müstəvidə mühüm siyasi təşkalata çevirmək səyləri və bu istiqamətdlə əldə edilən uğurlar Avropa və ümumilikdə Qərb, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinə nail olmaq üçün davamlı fəaliyyət və təşəbbüslər göstərir ki, Azərbaycan bu incə və uzun yolda hədəflərə doğru Qardaş Türkiyə ilə birlikdə inamla irəliləyir.