Axtarış...

FHN-nin ikili standartı, yoxsa qanun hamı üçün deyil? - HƏQİQƏTƏN DƏ...

FHN-nin ikili standartı, yoxsa qanun hamı üçün deyil? - HƏQİQƏTƏN DƏ...


İyun ayının 24-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən "Buta” klinikasında yoxlama apararaq tibb müəssisəsinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul etdi.

Dövlət Yanğın Nəzarəti Xidməti bu qərarını "Buta” klinikasında yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması ilə əlaqələndirirdi.

Xidmətin tibb müəssisəsində aşkarladığı nöqsanlar əsasən yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməməsini, yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verildiyini, binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkapon üzlük materiallarından istifadə edildiyini, insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmadığını, təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmadığını qeyd edirdi.

Fasad hissəsi alkopan materialla üzlənmiş, təxliyə zamani fasad hissədə pilləkan qəfəsi olmayan tibb müəssisələrindən biri də "Baku Medical Plaza"-nın mərkəz filialı və Həsən Əliyev küçəsində yerləşən "EGE Hospital"dır.
FHN-nin ikili standartı, yoxsa qanun hamı üçün deyil? - HƏQİQƏTƏN DƏ...

Daha acınacaqlı məqam "Baku Medical Plaza"-nın mərkəz filialının yaşayış binasında yerləşməsidir.

Belə ki, Mikayıl Rəfili küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yerləşən "Baku Medical Plaza"-nın mərkəz filialı 18 mərtəbəli yaşayş binasının aşağı mərtəbələrində yerləşir.

Yerli mediada yazılanlara görə "Baku Medical Plaza"-nın sahibi uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləmiş Arif Qaraşovdur.

Qlobal.az təxliyə planı və alkopan üzlüklərinin sertifikatı barədə "Ege Hospital"dan mövqe öyrənmək istəsə də, Hospitaldan bu barədə heç bir açıqlama verilmədi.
FHN-nin ikili standartı, yoxsa qanun hamı üçün deyil? - HƏQİQƏTƏN DƏ...

Baku Medical Plaza-dan isə Mərkəz filialının qeyd olunan yaşayış binasında icarədar olduğu, yaşayış binasının fasad hissəsinin alkopan materialla üzlənməsinin klinika ilə əlaqəsinin olmadığı, bunun binaya aid olan qərar olduğu bildirildi.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən isə suallarımıza cavab verən olmadı.

Qeyd edək ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Hikmət Abbasovdur.

Qlobal.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz