Axtarış...

Kütləvi psixoz

Kütləvi  psixoz
Bir milləti məhv etmək üçün onun təhsilini əlindən almaq yetərlidir
Bu günlərdə teleaparıcı Zaur Kamalın efirdə yol verdiyi, yumşaq desək, tərbiyəsizlik ictimaiyyət tərəfindən kəskin pislənilsə də, ona qarşı heç bir tədbir görülmədi və ağzının danışığını bilməyən bu adam heç nə olmayıbmış kimi veriliş aparmaqda davam edir. Kanal rəhbərliyi isə bu etikadan xəbərsiz adamın xalqdan uzr istəməsini belə təmin etmədi. Mən gözləyirdim ki, kanala qarşı baykot taktikası tətbiq ediləcək və ən azı xalqdan və güneyli soydaşımızdan üzr istənilməyənə qədər Zaurun efirə buraxılmaması tələb ediləcək. Amma heç nə baş vermədi, dünən Zauru söyənlər bu gün əyləşib onu məmnuniyyətlə seyr edir, şit zarafatlarına uğunub gedirlər. Əslində təəccüblənmədim, bilrsiniz niyə? Çünki bu yaxınlarda fransız psixoloqu Lebon Qustavın "Xalqlar və kütlə psixologiyası" əsərini oxuyarkən həmin suala artıq cavab almışdım. Həm də kifayət qədər maraqlı nəticələr əldə etdim. Uzun zamandır məni narahat edən digər suallara da cavab tapdım. Böyük fanat ordusu toplamış Üzeyir Mehdizadənin anlamsız “mahnı”sını Üzeyir Hacıbəyovun “sənsiz” romansından üstün tutan , bayağı mahbılara bayılan kütlənin, yumşaq desək, qəribə zövqünün haradan qaynaqlandığını anladım. Xarici müğənnilər qarşısında gənclərin, əsasən qızların kütləvi psixoza məruz qalmasının, ( ağlamaq, bağırmaq, saçını yolmaq, özündən getmək, heyranı olduqları məşhurun ayaqqabısını yalamaq və s.) efirlərdə ucuz şoulara hərisliyin, mənasız seriallara kütləvi bağlılığın, başqalarının şəxsi həyatına sonsuz marağın, çoxsaylı “vətənşüvənliyin” səbəblərini özüm üçün aydınlaşdırdım.
"Xalqlar və kütlə psixologiyası" əsərində kütlənin davranış qanunları dəqiq, ətraflı və izahlı şəkildə ifadə olunub. Lebon yazır ki, izdiham arasında adamlarda "indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər” ortaya çıxır. Belə vəziyyətdə fərd qəribə süur əldə edir. Həmin düşüncələr onu qeyri-adi instinktlərə tabe olmağa vadar edir. Halbuki tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir. Psixoloqa görə, kütlə anonimdir və ona görə də məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, onlar izdihama qoşulan zaman tamamilə ortadan qalxır. Digər tərəfdən isə kütlədə hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir. Müəllifin müşahidələrinə görə, kütləyə qoşulan fərdin üçüncü əsas xüsusiyyəti, təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur. Kütləni psixoloji baxımdan dəqiqlikdə ifadə edən bu fikirlərdə həqiqət yükü çox böyükdür. Elə əksər hallarda izdihamı normal davranmağa qoymayan da məhz ononimlikdən irəli gələn məsuliyyətsizlik hissidir. Kütləni isə asanlıqla idarə etmək, onu istənilən istiqamətə yönəltmək mümkündür. Tarixdə baş verən təcrübələr və yaxın dovrlərin müşahidələri göstərir ki, müəyyən qüvvələr kütlənin milli, dini hisslərini, zövq və düşüncələrini bacarıqla yönləndirib istədikləri məqsədə asanlıqla nail olurlar. Bunun üçün onlara ilk növbədə, şüurların inkişaf edərək millətdən xalqa çevrilmə prosesinin qarşısını almaq lazımdır. Bu məqsədə çatmaq üçün vasitələr də az deyil. Ölkə təhsilini məhv etmək,( bu gün gənclər arasında adını yaza bilməyənlər az deyil və onların sayı sürətlə artmaqdadır) gənclərin istək və arzularını bəsit və bayağı qəlibə salmaq, insanlarda yüngül musiqiyə, kriminal, qorxu, sevgi, xəyanətdən bəhs edən filmlərə, qeyri-ciddi əsərlərə, əyləncə və soulara kütləvi marağı təmin etmək, əsil sənəti deyil, "hırıltı" yaradan mövzuları şouya çevirib təqdim etməklə zövqləri korlamaq və digər addımlar məhz bu məqsədə yönəlib. Bu niyyətin reallaşması üçün sosial şəbəkələrdən geniş istifadə, “reytinq” deyilən bəla və təbliğat əvəzsiz rola malikdir. Bir gənc ifaçı Türkiyədə və Orta Asiya türkləri arasında populyarlıq qazana bilər. Amma bu, onun mahnılarının “sedevr”olmasına dələlət eləmir. Yad lad üzərində (hind, İran və məşhur Azərbaycan musiqilərindən ibarət plagiat mahnılar) oxuyan damlalar, şəbnəmlər və onların davamçıları olan çoxsaylı “muğənni “ ordusu insanların zövqünü korlamaq üçün sanki yarışa giriblər. Halbuki Azərbaycan musiqisi bütün türk dünyasında yüksək səviyyəsi və zəngin irsi ilə fərqlənir. Mən hələ muğamları və xalq mahılarını demirəm. Üzeyir bəylə başlayan, Səfiqə xanım, Tofiq Quliyev, Arif Məlikov, Emin Sabitoğlu və adlarını qeyd etmədiyim onlarla korifeylərimiz tərəfindən davam etdirilən, klassiklərdən üzü bəri Müsfiq, Rəsul Rza, Əli Kərim, Nüsrət Kəsəmənli və şeirlərinə musiqi yazılmış onlarla digər söz ustadlarımız bizə gözəl mahnılar bəxş edib gediblər. Bu ənənə indi də davam edir. Türkiyənin və dünyanın çox ölkələrinin məşhur muğənniləri belə Azərbaycanın zəngin musiqi irsi olduğunu etiraf edirlər. Bədnam qonşularımız nahaq yerə bu misilsiz inciləri bizdən oğurlamırlar ki? (Necə deyərlər, yeməyənin payını yeyərlər. Bizim öz sərvətimizə sahib çıxmamağımız və yalnız basqalarının dəyərini qazandıqdan sonra qiymətə minməsi isə basqa söhbətin mövzusudur.) Amma bütün bunlara rəğmən, kütlə mənasız söz və musiqidən ibarət bayağı mahnılara bayılır. Rəhmətlik Məmməd Aslanla söhbətlərin birində ondan sorusdum ki, sizcə niyə görə son zamanlar insanlar ritmik musiqiyə, rəqsə, oynamağa daha çox həvəs göstərməyə başlayıblar? Dedi ki, onlarn dinlədiyi mahnılar və oynadığı rəqslər musiqi deyil, diringidir, seytanı havalardlr və insanların sümüklərini özlərindən xəbərsiz dingildədir.-" Əsil musiqi ruhu sakitləşdirir, möhtəşəm və dincliyə söykənən aura yaradır. İnsanları əsəb və aqressivlikdən uzaqlasdırır. Diringi havalar isə əksinə, insanı özündən uzaqlaşdırır, ruhunu məhv edir , intiharlara sövq etdirir, ümidsiz və narazı kütlə formalaşdırır, adamları aqressivləşdirir." Bəzən düşünürəm ki, düşüncə insanı olan şairin dedikləri zamanla necə də səsləşir, bir çox xoşagəlməz olayların səbəbini ortaya çıxarır. Bu gün Zaurlara, Xosqədəmlərə olan kutləvi marağın arxasında dayanan da məhz kütləvi təlqin, zövqsüzlük formalaşdırmaq, milli məsuliyyət hissindən, kökümüzdən, mental dəyərlərdən uzaqlaşdırmaq cəhdləridir. Və nə yazıq ki, kölgədə qalıb bu məqsədləri öz “peşkaları” vasitəsilə həyata keçirən məlum qüvvələr bu istiqamətdə ciddi nəticələr əldə ediblər.
Kütləvi  psixoz
Xarici fanatları təqlid edərək özlərini rüsvay edən qızlarımıza gəlincə isə onlar çox təəssüf ki, sabahın analarıdır. Bu qızların tərbiyə edəcəyi gələcək nəsil ölkənin əsil fəlalkətinə çevriləcək. Çünki bu günün meşşanlarını və antimilli ünsürlərini onların valideynləri də vaxtilə məhz düzgün tərbiyələndirmədikləri üçün bu gün Azərbaycan deyiləndə xalq deyil, “millət”, “kütlə” məvhumu yada düşür. Mənə gəldikdə isə ümimiyyətlə ilk gəncliyimdən“fanat ” sözünü “həzm” edə bilmirəm. Bu ifadə fanatizmdən qaynaqlanır və insanların kütləvi şəkildə cahiilləşməyə doğru getdiyindən xəbər verir. Cahil kütlə ilə ağalarının əmrini düşünmədən yerinə yetirən zombilər arasında isə ciddi fərq yoxdur.


Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz