Axtarış...

Canlı əfsanə

Canlı əfsanə
Ərşad Əzimzadənin adını eşitməyən tapılmaz desək, yanılmarıq. Onun şöhrəti çoxdan ölkənin hüdudlarını aşıb. Ərşad Əzimzadə ölüm yatağından qalxan, 8 ağır xəstəlikdən dava-dərmansız qurtulan adi bir jurnalist olmasına rəğmən, özünü şəfa tapmaq istəyən milyonlarla insana “Möcüzəsiz möcüzə”kitabı ilə tanıtmağı bacarıb. 80 yaşı artıq geridə qoyan, bu çəlimsiz, əslində isə çox güclü orqanizmə malik jurnalist-təbibə 60-dan çox yaş vermək çətindir.
Millitv.az-ın qonağı da məhz özünün “düzgün yaşam” proqramını yaradaraq, geniş maarifləndirmə işi aparan, Sağlam Həyat Tərzini müntəzəm təbliğ edən yazıçı-publisist Ərşad Əzimzadədir. O özünü yaxşı insanların dostu adlandırır. Müsahibimizin sözlərinə görə, 30 yaşında ağır xəstələnib. Müalicə müddəti isə düz 30 il çəkib. Onu müəlicə edən həkimlərin “peşakarlıqı “ sayəsində ilk xəstəliyin üstünə 7- si də gəlib. Son xəstəliyi şəkərli diabet olub. 40 yasında 1-ci qrup əlil kimi pensiyaya çıxıb. Sonra özündə güc taparaq yenidən fəal həyata qayıdıb. 60 yaşına qədər “sağalmayan” (tibb elminin təbirincə) 8 xəstəliklə savaşan bu mübariz insan, uzun elmi axtarışlar sayəsində, bütün xəstəliklərdən xilas olmağı bacarıb. O, bu gün də fəal yaşam tərzi keçirir, xəstələrə qiymətli məsləhətlər verir. Biz də əlimizə düşən bu fürsəti dəyərləndirib, hazırda insanları daha çox narahat edən suallarla ona müraciət etdik.
-Siz cəsarətlə “sağalmayan xəstəlik yoxdur” deyirsiniz. Bu tezis müasir tibbi ifşa edən sensasiyalı bir iddiadır. Öz fikrinizi necə əsaslandırırsınız?
-
-Burda heç bir sensasiya yoxdur. Elə təkcə ona görə ki, bu tezisin müəllifi mən deyiləm. Hələ eramızdan xeyli əvvəl dünya tibb elminin banisi Hippokrat, sonra isə böyük loğman İbn Sina sübut etdilər ki, bütün xəstəliklərin bir kökü, bir səbəbi var. Ağacın kökünü kəsəndə budaqların hamısı necə quruyursa, xəstəlikləri törədən səbəbi aradan götürəndə də, xəstəliklərin hamısı birdən yoxa çıxır. Mən poliartrit, Bexteryev xəstəliyi, stenokardiya, hipotoniya, şəkərli diabetbet, diabet, mədə yarası, uzağıgörməmə və s. kimi ağır xəlikllikləri ayrı-ayrılıqda müalicə etmədim, damarlarımda sağlam və zəngin qan yaratdım və normal qan dövranını təmin etdim. Sağlam qan öz işini gördü. Sən demə, dünyanın ən mükəmməl aparatı olan insan orqanizminin özünü qoruyub yenidən bərpa etmək və təkmilləşdirmək kimi güclü funksiyaları və imkanları varmış. Sadəcə, biz “ali şüurlu” insanlar zəhərli qidaların və zəhərli dərmanların köməyi ilə bu imkanları heçə endiririk, qoymuruq bədənimizdə olan və bizdən daim vitaminlər gözləyən, fəqət onları ala bilməyən hüceyrələrimiz öz təbii funksiyasını yerinə yetirsin. Onu deyim ki, rəsmi tibb elmi ilə Hippokratın insanlığa bəxş etdiyi həqiqi tibb elmi arasında heç bir əlaqə yoxdur. Hippokrat elmi sağlamlığa xidmət edirdi, müasir tibb isə ancaq yırtıcı biznesin maraqlarını güdür. Ona görə də sağlamlığı qorumaq əvəzinə, xəstəliyi xroniki vəziyyətə gətirməklə və bir xəstəliyin üstünə bir neçəsini qoşmaqla, dərman satıb pul qazanmaqla məşğuldur. Rəsmi tibb elmi ona görə heç bir xəstəliyi sağalda bilmir ki, xəstəlikləri törədən səbəbə qarşı deyil, nəticəyə - sindroma qarşı “vuruşur”. Dişin ağrıyırsa, onu çəkirlər, ağrını törədən səbəb isə toxunulmaz qalır. İkincisi də, səhiyyə sistemi müalicəni yalnız kimyəvi preparatlarla aparır, xəstənin nə yediyi onu maraqlandırmır. Halbuki Hippokrat da İbni Sina da xəstələri yalnız pəhrizin (düzgün qidalanmağın) hesabına sağaldırdı. Hippokrat deyirdi: “Biz - nə yeyiriksə, oyuq. Bizi öldürən qocalıq deyil, pis vərdişlərdi”. Mən də düz 60 il pis vərdişlərin qulu olmuşam, onları tərgidən kimi sağaldım. Və dərk etdim ki, xəstə yalnız bir halda sağala bilir - özü özünün Böyük loğman deyirdi: “Ortalıqda üç qüvvə var: xəstəlik, xəstə və həkim. Əgər xəstə xəstəliklə müttəfiq olursa, həkim qalır tək və heç nə edə bilmir. Əgər xəstə həkimlə birləşirsə, xəstəlik tək qalır və məğlub olur”.
-Sizin “Rədd olsun eynəklər“ kitabınız haqqında kifayət qədər eşitmişəm. Siz göz nurunu artırmaq üçün hansı müalicə vasitələri təklif edirsiniz?
-
-Təklif etdiyimiz metod ciddi rejim, düzgün qidalanmaq və xüsusi təmrinlərin köməyi ilə göz kapilyarlarını təmizləyir və ordakı hüceyrələri sağlam qanla təchiz edir. Son nəticə özünü çox gözlətmir. Olduqca yüksək keyfiyyətli müəlicə əldə edirik. Nəzərə almaq lazımdır ki, göz işləyəndə (yəni, hərəkət edəndə) deyil, işləməyəndə (hərəkətsiz qalanda, bir nöqtəyə zillənəndə) xəstələnir. Kompüter, televizor, planşet və mobil telefon gözü tamam hərəkətsiz qoyub, ona görə də, böyüklər bir yana, uşaqların da çoxu eynək gəzdirir. Bu bəlanın qarşısını almağın yolunu həmin kitabda çox sadə bir dildə, çətin terminlər işlətmədən göstərmişəm.
-Qarşıda Qurban bayramı gəlir, insanlar adətən bayramlarda çox qidalanır və sonradan özlərini rahatsız hiss edirlər. Onlara nə məsləhət görərdiniz?
-Bayram günlərində həqiqətən də yüksək kalorili ölü qidaları qarışdırıb yeyənlərin sayı qat-qat artır. Bu da fəsadsız ötüşmür. Qəbizlik, ishal, başağrısız, ürək bulanması, qusmaq, dərinin səoməsi kimi hallar daha çox müşahidə olunur. Xəstələrin halı pisləşir, ağrılar artır. Belə hallarda insanlara tövsiyəm odur ki, dərhal təcili yardım stansiyasının nömrəsini yığmağa tələsməsinlər, aptekə qaçıb dərman atmasınlar. Birinci növbədə, halı pisləşən adama 300 qram çiy su (təmizi olmasa - qaynamış su) verin qurtum-qurtum içirsinlər. Ardınca onun yoğun bağırsağını "MÖCÜZƏSİZ MÖCÜZƏ - 4" kitabında yazılmış qaydada yuyun. Ona kiçik fasilələrlə yenidən 2-3 fincan su içizdirin. Suya limonla bal qatmaq daha güclü səmərə verir. Belə adam bir sutka aclıq keçirsə halı daha da yaxşılaşar. Bədənimizdə 2 ordu üz-üzə durub: sağlamlığın keşikçiləri olan hüceyrələr, bir də sağlamlığın düşməni olan mikroblar. Daima savaş gedir içimizdə. Onun nəticəsi bizim həyat tərzimizdən asılıdır. Düzgün qidalanan adam - sağlamlıq ordusunu gücləndirir, düzgün qidalanmayan isə - düşmən ordusunu. Düzgün qidalanan adamın bədənində çox güclü PATRUL dəstələri olur. Onlar qana soxulmaq istəyən mikrobları dərhal blokadaya alıb məhv edirlər. Belə insanın müdafiə xətti (immun sistemi) güclü olur. Heç bir virus onun üçün təhlükəli deyil. Qeyri-sağlam həyat tərzi keçirən insanların müdafiə xətti çox zəif olur və mikroblar çox asanlıqla onu yarıb keçə bilir. Belə insanı yayda da qrip tutur. Daima xəstə olur və dünyasını tez dəyişir.
-İmmun sistemini necə gücləndirmək olar?
-İmmun sistemini gücləndirmək üçün hər kəs kifayət qədər çiy su içməli, meyvə-tərəvəz, göy-göyərti, qoz, fındıq, badam, şabalıd, günəbaxan və boranı tumu (hamısını çiy şəkildə) yeməli, faydalı hərəkətlər etməli (idman faydalı hərəkət deyil, bədən tərbiyəsi ilə məşqul olmaq yaxşıdır), tez yatıb tez də durmalı, xeyirxah işlərlə məşqul olmalıdır.Orqanizmə lazım olan zəruri elementlər günəş işığında da boldur.
-Bildiyiniz kimi, artıq iki ildən çoxdur ki, karonaviris insanların həyatını əsil işgəncəyə çevirib. Pandemiyanın bitdiyini düşünüb sevinsək də, yoluxma yenidən artmağa başlayıb. Təbii üsullarla yoluxmadan necə qorunmaq olar?
-Bizi viruslardan qoruyan əsasən C vitamini və yoddur. Bu elementlərin əsas yatağı limon və sarımsaq olduğu üçün belə bir məhluldan istifadə etməyi məsləhət görürəm. 3 litirlik balona xırda doğranmış orta həcmli 2-3 baş sarımsaq və 4-5 dilimlənmiş limon tökün, üstünə 3 litr çiy su əlavə edin, sərin yerdə 1 sutka saxlayın. Suyun rəngi göyərsə, deməli, sarımsaq Çinin saxta məhsullarından biridir. Sarımsağı əvvəllcədən başqa qabda yoxlamaq olar. Gündə 3 dəfə, hər dəfə stəkanın 3\1-i qədər bu mayeni yeməkdən 30 dəqiqə əvvəl qəbul edən adam koronavirusun atasını “yandıra” bilər.
-Sizin məşhur bir sözünüz var-dişlərini qoruyan gəncliyini qoruya bilir. Yəni dişləri qorumaqla uzun ömür yaşamaq mümkündür?
-Bilirsiniz, hər bir bir insanın xəstə, yoxsa sağlam olması, çox ya az yaşaması bütün orqanlardan asılıdır. Orqanların hamısı, bu və ya başqa formada, qidaların həzm olunması və qana çevrilməsi prosesində iştirak edir. Lakin elə orqanlar var ki, bu həyat əhəmiyyətli prosesdə müstəsna rol oynayır. Məhəmməd peyqəmbər “bütün fəsadların yuvası mədədir” deyərkən bütün günahları, nadanlıqdan ən çox əziyyət çəkən bu möhnətkeş orqanın üzərinə atmaq istəməyib, “ali şüurlu” bəndələrin diqqətini ona çəkmək istəyib ki, bütün insanların taleyi bu balaca “torbada” həll olunur. Əgər biz “torbanı” zir-zibillə doldursaq - qanımız da zibilli olacaq, düşüncəmiz də, biz çox qısa, amma çox əzablı bir həyat yaşayacağıq. Bu məsələdə mədəyə daxil olan qidanın kimyəvi tərkibi və keyfiyyəti ilə yanaşı, onun mədəyə hansı formada daxil olması mühüm rol oynayır. Yəni, qida ağızda necə həzm olunub? Heç kəsə sir deyil ki, insanlar daima harasa tələsir, qidanı tələm-tələsik qəbul edir, çeynəmə kimi çox vacib prosesə vaxt sərf etmək istəmir. Halbuki, təbiətin əbədi qanunlarına əsasən, qida 50 faiz ağızda həzm olunmalıdır, 50 faiz mədədə. Yalnız bu halda ağız öz funksiyasını yerinə yetirmiş olur. Biz isə ağzımıza qoyduğumuz loxmanı bir-iki dəfə gəvələyib, ötürürük mədəyə. “Passiv çeynəmə - aktiv udma” şəraitində mədənin üzərinə izafi ağırlıq düşür, o, sıradan tez çıxır və bizə xidmət göstərə bilmir. Bu da insanın tez qocalmasına və dünyadan tez köçməsinə səbəb olur. “Passiv çeynəmə” forması dişlərə də mənfi təsir göstərir - onlar passivləşir və tez sıradan çıxır. Lakin dişləri bərbad hala salan təkcə “passiv çeynəmə” deyil, uşaqlara ana südi ilə bərabər keçən pis vərdişlərdir. Onların arasında - uşaqların şirin çaya, şirniyə, şokolada, torta, dondurmaya olan böyük "məhəbbətidir”. Öz uşağına belə zərərli qidaları böyük həvəslə yedirən analar anlamırlar ki, onlar öz əlləri ilə, hələ möhkəmlənməmiş balaca orqanizmdə güclü kalsium qıtlığı yaradırlar, bununla da sümikləri, dişləri, vətərləri, qığırdaqları, gözləri və saçı əsas qidadan məhrum edirlər, bir çox xəstəliklər üçün yol açırlar. Valideyn nadanlığının ən ağır zərbəsi, birinci növbədə, zərif dişlərə və gözlərə dəyir. Bu gün 10-15 yaşlı uşağın dişsiz qalması və eynək gəzdirməsi, az qala, normaya çevrilib. Əgər uşaqlarda diş və göz problemi yaradan əsas amillərdən biri şirniyyat və kanditor məmulatlarına olan sevgidirsə, digər vacib səbəb - uşaqların çiy meyvə və tərəvəzə olan ögey münasibətidir. “Şirin” uşaqlar çiy meyvə və çiy tərəvəz adı gələndə üz-gözlərini elə böyük nifrətlə turşudurlar ki, deyərsən bəs, söhbət ilan zəhərindən gedir. “Şirin” uşaqlar böyüyən ailələrdə çiy meyvə və çiy tərəvəz yemək dəbdə deyil, onları, bir qayda olaraq, bişirib, duza, şəkərə qoyub yemək ənənəsi hökmranlıq edir. Belə ailələr hər mövsümdə canlı meyvəni və tərəvəzi bol-bol yemək əvəzinə, onları öldürüb balonlara və bankalara yığır, “qış üçün vitamin ehtyatı yaradırlar”. “Ali şüurlu” insan dərk etmək istəmir ki, bişən, duza və şəkər tozuna qoyulan qidalarda nə vitamin qalır, nə də üzvi duzlar (kalium, kalsium, maqnezium və s), faydalı elementlərin hamısı qeyri - üzvi elementlərə çevrilib, bədəndə kristallar (qum, sonra da daş), şlak (zir-zibil) və toksik maddələr (zəhər) yaradırlar, biri digərindən ağır xəstəliklərə yol açırlar. Əksər insanlar mevəni və tərəvəzi dişə çəkib yeməyi mədəniyyətsizlik sayır, onları dərindən soyub yeyirlər, bunula da şəfalı qidanı çox dəyərli elementdən - kalsiumdan və kaliumdan məhrum etmiş olurlar. Əlbəttə, bu hal özü də nadanlığa dəlalət edir, lakin ən böyük nadanlıq - dişlərdən qoz-fındıq sındıran məngənə, mıx çıxardan kəlbətin kimi istifadə etmək, onun minasını zədələməkdir. Dişlər - həzmolma prosesinin çox vacib iştirakçısı olmaqla bərabər, həm də vacib yaraşıq və gözəllik elementidir. Dişi erkən tökülən adam sağlamlığını və gəncliyini tez itirməklə yanaşı yaraşığını da itirir, yaşından qoca görünür. Süni dişlər, nə qədər bahalı olursa olsun, təbii dişlərin yerini verə bilmir. Üstəlik, süni dişlər qidanı yaxşı “üyütmür”, ağızın dadını-tamını dəyişir, yad element olduğu üçün mədəyə mənfi təsir göstərir, onu sıradan çıxardır. Dişlərini tez itirən adam - sağlamlığını və gəncliyini də tez itirir, dişlərini qoruyan adam - sağlamlığını və gəncliyini də qorumuş olur.
-Maraqlı müsahibə üçün təşəkkür edirəm.
-Çox saq olun, Mən də sizə geniş oxucu auditoriyası və uğurlar arzu edirəm.


Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz