Axtarış...

QARADAĞ RAYONUNDA ZORLA VƏTƏNDAŞIN EVİNİ ƏLİNDƏN ALIBLAR.

Millitv.az sytı Media Məlumat Mərkəzinə(MMM) istinadən bildirir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində uzun illərdir ki,bir ailə misili görünməmiş haqsızlıqla üzləşib.



QARADAĞ RAYONUNDA ZORLA VƏTƏNDAŞIN EVİNİ ƏLİNDƏN ALIBLAR.

Aparılan araşdırma nəticəsində məlum olub ki, 1955 - ci ildə Matyuşin Vladimir Nikolayeviç və 1974 - cü ildə İsrafilov Yan Anatoliyeviç Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 34, m 4 unvanında , doğulub boya başa çatmış evlərinə sahib çıxa bilmirlər.

Məlumat üçün bildiririk ki, redaksiyamıza olunan müraciətdən sonra apardığımız araşdırma nəticəsində bir çox mətləblərə aydınlıq gətirdik. İlk əvvəl Matyuşin Vladimir Nikolayeviçi tapmaq üçün Lökbatan qəsəbəsində yerləşən qəbirstanlıqda axtarışdan sonra onunla görüşə bildik.

Vladimir Nikolayeviçi başına gələnləri bizə danışdı.



QARADAĞ RAYONUNDA ZORLA VƏTƏNDAŞIN EVİNİ ƏLİNDƏN ALIBLAR.

Bildirmək istəyirik ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən qamış evlər deyilən bu yaşayış binası 1934 - cü ildə tikilərək sakinlərin istifadəsinə verilib hal – hazırda qəzalı vəziyyətdə olmasına baxmayaraq burada sakinlər yaşamaqda davam edirlər.Çox təsüflər olsun ki, Matyuşin Vladimir Nikolayeviç və İsrafilov Yan Anatoliyeviç öz doğma mənzillərinə daxil ola bilmirlər.
Başına gələnləri bizə bildirən Vladimir Nikolayeviçi 2002 – ci ilə dək O , Bacısı və bacısı oğlu İsrafilov Yan Anatoliyeviç ailə üzüvləri ilə birgə onlara ata babalarından qalan 3 – otaqlı mənzildə birgə yaşayıblar. 2002 - ci ildə ailə münaqişəsi zəminində öz anasını qətilə yetirən Yan Anatoliyeviç həps olunaraq 15 – il həps cəzası alır.Bu hadisə üzündən Yanın ailəsi öz ata – anasının yanına getdiyindən evdə tək qalan Vladimir bir müddət sonra evinin qapısını bağlayaraq Şamaxıya fermalarda işləməyə gedir. Bir neçə müddətdən sonra öz evinə geri dönən Vladimir dəhşətli bir mənzərənin şahidi olur . Qapısını sındıraraq evin içərisinə daxil olan Poladova Səlimə İbrahim qızı adlı şəxs Vladimirə bildirir ki, bu evi onlara Qaradağ rayon icra hakimiyətindən veriblər. Yaranmış vəziyyətlə əlaqədar müraciət etdiyi butün qurumlardan köməklik ala bilməyən Vladimir çarəsizlikdən məcburiyyət qarşısında qalaraq qəbiristanlıqda yaşamağa başlayır.


QARADAĞ RAYONUNDA ZORLA VƏTƏNDAŞIN EVİNİ ƏLİNDƏN ALIBLAR.

Biz Vladimiri qəbirstanlıqda taparkən məlum oldu ki, düz 16 – ildir O, qəbirstanlıqda yaşayır Hadisəni tam təfsilatı ilə öyrəndikdən sonra Vladimir Nikolayeviçi götürərək onun boya – başa çatdığı döğma olan mənzilinə yollandıq. 3 – mərtəbəli yaşayış binasının 2 - ci mərtəbəsində Vladimir Nikolayeviçə məxsus olan 3 – otaqlı mənzili zəpt etmiş Poladova Səlimə adlı qadın qapını açaraq evinə gələn Vladimir Nikolayeviçi təqqir edərək qovmağa başladı və bildirdi ki, bu evi ona Qaradağ rayon icra hakimiyətinin göstərişi əsasında veriblər. Soruşduq ki , Səlimə xanım bəs bu evi sizə hansı əsasla veriblər , dedi heç bir əsasm filanım yoxdur mənə deyiblər ki , get bu evə gir yaşa. Bİz bir mediya olaraq vəziyətin kökündən araşdırılması üçün üz tutduq Mənzil Komunal İstisimar Sahəsinə orada bizə bildirdilər ki ,hal - hazırda Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 34 , m 4 unvanında olan mənzil Matyuşin Vladimir Nikolayeviçin anasının adına rəsmi qeydiyatdadır. Mənzildə Matyuşin Vladimir Nikolayeviç və İsrafilov Yan Anatoliyeviç dən başqa bir şəxsin qediyyatı yoxdur.Vladimir Nikolayeviçin evini zəpt etmiş Poladova Səlimə İbrahim qızı Qaradağ rayon polis idarəsinin 10 – cu polis bölməsin rəsmi qeydiyata anınıbdır.

Çox maraqlı bir məqam yaranır görəsən bu qadını hansı əllər müdafiə edir ki, Başqasının mənzilini zəpt etməsinə baxmayaraq ona qşın üstündə gözün var deyən yoxdur əksinə onu müdafiə edirlər. Bir neçə il bundan əvvəl Qaradağ rayon məhkəməsinə müraciət edən Vladimir Nikolayeviçin iddiyası təmin omunmayaraq məhkəmə möcüzə əsasında Vladimirin evini zəpt edən qadına haqq qazandırmışdır. 2017 – ci ilin dekabır ayında həpsdaən çıxan İsrafilov Yan Anatoliyeviç aprel ayında yenidən Qaradağ rayon məhkəməsinə iddia ərzəsiylə müraciət etsədə iddia təmin olmmamışdır.Görünür ki, böyuk əlin buradada zəhməti olubdur.

QARADAĞ RAYONUNDA ZORLA VƏTƏNDAŞIN EVİNİ ƏLİNDƏN ALIBLAR.

Bu işin daha dərin iz buraxdığını görüb , Məsələnin Qaradağ rayon icra hakimiyyətində həllini tapmasl üçün oraya getsəkdə burada əks bir mənzərənin höküm sürdüyünün şahidi olduq. Foyedə bizi qarşıayan İcra başçısının müavini Nadir Muradov bildirdi ki, həmin mənzillərdə yaşayan sakinlər üçün yeni bina inşa olunur Binalar inşa olunduqdan sonra Vladimir və Yanada yeni tikiləcək binalarda ayrı –ayrılıqda hərəsinə 1 – otaqlı mənzil veriləcək. Eyniylə onuda bildirdilər ki, mənzili zəpt etmiş Səlimə Poladovayada 1 – otaq verilməsini nəzərdə tutublar. Biz Nadir Muradova bildirdikdə ki , hal - hazırda bu şəxslərin evi zəpt olunub niyə bu insanlara köməklik göstərmirsiniz ki, öz doğma mənzillərinə daxil olsunlar Nadir müəllim biz o qadını zəpt etdiyi mənzildən çıxara bilmərik deyərək qeyd etdi ki , o mənzili təmir edib neçə ildi orada yaşayır .Biz Vladimirin Nikolayeviçlə birgə icra hakimiyyətinin foyesində olarkən çox qəribə bir mənzərə yarandı icra hakimiyətində Nadir Muradovla yanaşı Rövşən Səmədzadədə və icra hakimiyətinin digər adını bilmədiyimiz şəxsləridə Vladimirin mənzilini zəpt edən Səlimə Poladovanı müdafiəsinə qalxdılar . Bizdə bildirdik ki, yaxşı görürük o qadına icra hakimiyətində işləyənlərin xüsusu diqqət və qayğısı var. Onda bu biçarələridə müvəqqəti yaşamaq üçün mənzillə təmin edin ki ,qəbristanlıqda yaşamasınlar bizə cavabinda icra hakimiyətinin şöbə müdiri Rövşən Səmədzadədə bildirdi ki ,onlarda elə bir boş mənzil yoxdur.

P.S Çox qəribə bir mənzərə yaranıb 03 oktiyabır 2018 – ci iltarixində ATV kanalı axşam xəbərlərində yaranmış vəziyyəti işıqlandıraraq içtimayiləşdirərkən onlarda bizim yuxarıda heyd etdiyimiz faktlar bir daha təsdiq etdilər .Amma orada icra hakimiyətinin şöbə müdiri Rövşən Səmədzadədə insanlarda çaşqınlıq yaratmaq məqsədi güdərək, belə bir məntiqli əsaslandırma gətirdi ki,Güyyamış hal - hazırda həmən deyilən bina söküldü ona görədə mənzilləri zəpt olunmuş Vladimir Nikolayeviçi və Yan Anatoliyeviç mənzilləri ilə təmin edə bilmirlər.Biz bir mediya olaraq bildiririk ki ,bu günki məlumatımıza görə 06.10.2018 – ci il tarixində binanın qarşısında olduq binada sakinlər yaşayır bina hər hansı bir söküntü işlərinə belə hazırlıq görülmür. Vladimir Nikolayeviçi və Yan Anatoliyeviç məxsus olan mənzili zəpt etmiş Səlimə Poladovada onların mənzillərində şad xürrəm yaşayır. Vladimir və Yan isə küçədə, bayırda yaşamağa məcbur ediliblər.



MİLLİTV.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz