Axtarış...

32 ildir Səttah Möhbalıyev Həmkarlar Konfederasiyasını zəbt edib… -

32 ildir Səttah Möhbalıyev Həmkarlar Konfederasiyasını zəbt edib… -


Ayaz Mütəllibov getdi, Əbülfəz Əliyev getdi, amma Möhbalıyev Səttar …

Əli Həsənovla Səttar Möhbalıyevin quda olması cavabı tapılmayan sual idi...

Bu adamlar həbs olunmalı… və əmlakları müsadirə edilməlidir…


Az-çox savadı olanlar bilir ki, bütün dünyada dövlətlər siyasi partiyalar tərəfindən idarə olunur.
Yəni lap loru dildə desək seçkilər yolu ilə parlament və sonra hakimiyyət-iqtidar formalaşdırılır.
Və eyni zamanda ölkənin prezidenti seçkilər yolu ilə bəlli olur.
Yəni hamısında siyasi partiya söhbəti var.
Sivil dünya partiyaların QRUP maraqlarını düşündüyünü nəzərə alaraq daha bir qurum yaradıb: Həmkarlar İttifaqı...

Bəli, Həmkarlar İttifaqının məqsədi hasısa partiyanın, yaxud hakimiyyətin, müxalifətin deyil, işçi insanların, fəhlələrin, fermerlərin, kəndçinin, yaxud müəllimin, tibb işçisinin maraqlarını qorumaqdır.
Bu gün bütün dünyada partiyalardan çox Həmkarlar qurumu daha fəaldır.
Yəni işçinin maaşından, iş günündən, məzuniyyətindən, pensiyasından, xəstəlik göndərişindən tutmuş və daha nələrə qədər bu qurum məsuliyyət daşıyır.
Doğrudan da, dünyada analoqu olmayan qurumdur. Ki, zəhmətkeş insanların hətta mənzil məsələsinə, gələcək təminatına qədər hər şeyə müdaxilə edir.
Təsəvvür edin ki, bu boyda səlahiyyətləri olan qurumun başında Azərbaycanda 32 ildir bir nəfər dayanıb – Səttar Möhbalıyev.
Təsəvvür edin ki, 32 ildə Əbdürəhman Vəzirov getdi, Ayaz Mütəllibov gəldi, Əbülfəz Əliyev getdi, Ulu Öndər Heydər Əliyev gəldi, cənab Prezident İlham Əliyev gəldi...amma..
Əmması odur ki, Səttar Möhbalıyev elə yerindəcə dayanıb. Bu analoqu olmayan bir haldır. Yəni bir insan 4-5 nəfərin hakimiyyəti dövründə necə vəzifədə qala bilər...?
Bu adamın xanımının, Avropadakı biznesi, qızının qurumda mühüm vəzifə daşıması, Bakıdakı milyonluq mülkləri barədə danışmağa ehtiyac yoxdur.
Çünki 32 ildir ki, bu barədə ölkə mediası yazır.
Gəlin, bu adamın tərcümeyi-halına qısa nəzər salaq və görək bu adam kimdir, nəçidir..?
Bəli, Səttar Möhbalıyev sadə bir “tovaraved” olub.
Sonra Avtomobil və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində REVİZOR -müfəttiş olub.
Sonra Ayaz Mütəllibov prezident olanda onun köməkliyi ilə 1991-ci ildə Respublika Həmkarlar Komitəsinin sədri vəzifəsinə seçilib.
Kim inanar ki, Ayaz Mütəllibovun razılığı olmadan Səttar Möhbalıyev Həmkarlar İttifaqına sədr seçilə bilərdi.
Sözün qısası, Səttar Möhbalıyev Həmkarlar Konfederasiyası kimi sivil bir qurumu az qala ailə şirkətinə çevirib.
Xırda bir hesablama ilə sübut etmək olar ki, Səttar Möhbalıyev hər ay nələr qazanır..?
Təkcə yüz mindən artıq müəllimin və neftçinin maaşını və hər ay ödədiyi “həmkarlar pulunu” hesablasanız dəhşətə gələrsiniz...
Axı, bu qurum bu qədər pulları hara xərcləyir...
Təsəvvür edin ki, Səttar Möhbalıyev bir nəfər müəllimə pulsuz "putyovka" verməyir.
Bəs onda yüz min müəllimin ödədiyi “profsoyuz” pulları kimlərin cibinə gedir..?
Bax, normal bir dövlət qurumu lazımdır ki, bütün bunları yoxlasın və Səttar Möhbalıyevin həbs məsələsini qaldırsın.
Bəli, Səttar Möhbalıyev bu qədər cinayətin içərisində ola-ola orda-burda deyir ki, filan jurnalisti həbs etdirməliyik...
Ay Səttar, adama deyərlər ki, bu ölkədə həbs olunamlı 2 adam varsa birincisi sənsən, ikincisi də qudan Əli Həsənovdur....
Həmkarlar Konfederasiyasının balansında olan obyektləri özəlləşdirdin, ərazisini ələ keçirib göydələnlər tikirsən və daha hansı əməllərə imza atmırsan.
Elə həbs olunamağa layiq olan sənin özünsən.
Dövlətin vəsaitini talayan sən və qudan Əli Həsənov, ali rəhbərliyinin ünvanına ağzına gələni danışan siz, amma...
Əmması odur ki, media mənsublarını reket damğası ilə tutdurmaq istəyəndə siz.
Əslində bu sualın cavabını sən özün ver, reketin yekəsi sənin qudan Əli Həsənovdur, yoxsa onun jurnalist şaykası. Əli Həsənov həmişə səninlə bir məclisdə oturanda deyirdi ki, "bu ölkədə rəyi mən formalaşdırıram. Kim içəri getməlidir, kim çölə çıxmalıdır. Kimin kim olduğunu məndən yaxşı bilən yoxdur". Hətta Səttar Möhbalıyevin oğlu, kürəkənin sənə yalan-doğru nə deyirdisə, sağ əlini sağ gözünün üstünə qoyaraq, gözüm üstə deyirdin. Görəsən, indi gözüm üstə deyirsən, yoxsa...
Bir vaxtlar, həbsdə olan və sənin jurnalist şaykana qoşulmayan cəngavər, sözünü hər yerdə deyə bilən, ölkə başçısına həmişə sadiq olan, şaykana qoşulmadıqda, qudan Səttar Möhbalıyevin əli ilə uzun illər işlədiyi, vəzifədən çıxartdırtdığın həmin jurnalistlər bu gün sənə və sənin qohum- əqrəbanın boğazına ilan sümüyü olub keçirlər. Sənin dövlətdən oğurlayaraq aldığın obyektlərin sayını bir-bir açıqlayacağıq. Əli Həsənov unutma ki, xarici səfərlərə gedəndə icra başçılarına verdiyin zakazlardan və qırmızı şərfdən bizim də xəbərimiz var. Sən elə bilirsən ki, sənin bizə etdiklərini Allah sənə bağışlayacaq. Elə bilirsən ki, Ulu Öndərimizin dəfn mərasimində olan, qımışan sifətin kameralardan yayınıb. Kiminsə kamerasından yayına bilərdi, amma bizim gözümüzdən heçnə yayınmır. Sən bizləri yalanla, böhtanla şərlədin. Biz isə hamının gözlə görə biləcəyi faktları təqdim edəcəyik. Budur sənin iç üzün.
Bu gün Azərbaycanda hansı obyektə, əraziyə əl uzadırsan deyirlər ki, Səttar Möhbalıyevin, ya da Əli Həsənovundur.
Hətta iqtisadçı ekspertlərdən biri deyir ki, əgər Səttar Möhbalıyev və Əli Həsənovun mülkləri satışa çıxarılarsa, dövlətimizin büdcəsindən bir neçə dəfə böyük məbləğ əldə olunar.
Bütün bunlar azmış kimi son vaxtlar Əli Həsənov qadınlardan ibarət guya jurnalist qrupu yaradaraq dövlət qurumlarının qarşısında keçirilən aksiyaları çəkdirir və dünyada yayımlanmasını təşkil edir. Əli Həsənovun əvvəldən xisləti belə olub. Əbdülrəhman Vəzirova bəy tərifi yazması hələ yaddaşlardan silinməyib. Özünü AMİP-in uşaqları kimi təqdim edən Quskanın tərəziçisi başına gələcəkləri heç vaxt təxmin etməzdi. İndi də əlinin güc orqanlarına tez çatacağını hər yerdə vurğulayan Əli Həsənov bilmir ki, Azərbaycan adlı məmləkətin İlham Əliyev adlı Prezidenti var.
Əli Həsənov elə bilirdi ki, Berliskoninin yolu ilə getmək ona uğur gətirəcək. Berliskoni heç vaxt böyüyünün üzünə ağ olmamışdır. Amma sən... Bu haqda sonra.
Sonda onu da qeyd edək ki, hamıya bəlli olanlar, günün birində tam əksini tapacaq və sübut olunacaq ki, ölkəmizdə pozuculuq işləri ilə məşğul olan və pozuculuq işlərini təşkil edən hal-hazırda dünyanın milyarderlər siyahısında qeyri-rəsmi olaraq birinci yeri tutan, oliqarx, Əli Həsənovdur. Əli Həsənov haqqında yazılanlar yoxlanılsa tam təsdiqini tapacaq.
P.S. Əli Həsənov, səndən bir neçə suala cavab istəyirəm. Hər ay 1000 manat məvacib alaraq, ümumi dəyəri milyardlarla olan mülkləri hansı pulla almısan? Ona-buna "reket" dediyin şəxs təsadüfən özün deyilsən? Əgər "reket" deyilsənsə bu qədər əmlak səndə haradandır? Bunu necə oğurladın, kimim qabağını kəsdin aldın? Niyə bu sualları sənə vermirlər? Deyirlər ki, "Keçəl baxar güzgüyə, adın qoyar özgəyə". Sən o, jurnalistləri şərləyərək həbs etdirəndə bu günki günü fikirləşmirdin? Amma deyirəm sənin əlində, bu gün ixtiyar olsaydı, bizi çoxdan öldürərdin. Amma tarix bunu sənə yasaqlayıb. Maraqlıdır, deyilmi. Bir zamanlar əlində külli ixtiyar olan Əli Həsənov indi səksəkə içərisində yatır. Deyirəm, Əli Həsənov ən dəhşətlisi odur ki, gedəsən düşəsən türmədə "reket" adı qoyduqlarının birinin yanına. Onda Şaban deməli "Vay babam, vay". Nə isə kefini çox pozmayacağam. Dünən eşitdim ki, səni həbs edəcəklər. Özün üçün qara paltarlar hazırla. Orada hamı qara geyinir. gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı təırəfin mövqeyini dərc etməyə hazırıq!.
Teref.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz