Axtarış...

ZƏRURİDİR: İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə “Qarabağ əlavəsi” – Yoxdur, amma olmalıdır

ZƏRURİDİR: İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə “Qarabağ əlavəsi” – Yoxdur, amma olmalıdır

İyunun 26-da Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı İstisu sanatoriyasının təməlini qoyub. Dövlət başçısı iyunun 26-da Laçın rayonuna da səfər edib, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub. Sanatoriya və beynəlxalq hava limanının tikintisi yeni iş yerlərinin açılmasını nəzərdə tutur ki, bu da indiki dövdə olduqca müsbət tendensiyadır.

Bu arada xatırladaq ki, SSRİ-nin əmək qanunvericiliyində “şimal müavinətləri” anlayışı var idi. Bu anlayış ucqar şimalda həyatlarını riskə ataraq işləyən vətəndaşların maaşlarına əlavə verilən bonusları nəzərdə tuturdu. SSRİ-nin dağılmasından sonra "şimal müavinətləri" Rusiya Federasiyasının da əmək qanunvericiliyinə daxil edildi.

Qarabağda müxtəlif sahələrdə işləyən Azərbaycan vətəndaşları da mina partlayışı nəticəsində hər dəqiqə həyatlarını itirmək və ya əlil olmaq riski ilə üzləşirlər.

Belə ki, 26 iyun 2022-ci il tarixində işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində, Füzuli rayon polis şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə hallar çoxdur. Dəfələrlə mətbuatda bölgədə müxtəlif rabitə və kommunikasiyaların bərpası prosesində işləyən şəxslərin minaya düşməsi barədə zəbərlər oxuyuruq. Və təəssüf ki, oxumaqda davam edəcəyik.

Xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev Ümumdünya Şəhərlər Forumunun “Şəhərlərimizi daha yaxşı gələcək naminə dəyişək” mövzusunda XI sessiyasında videoformatda çıxışı edib. Deyib ki, ilkin hesablamalara görə, işğal zamanı Ermənistan bizim torpaqlara bir milyondan çox mina yerləşdirib.

Görəsən, Azərbaycanda təhlükəli işlərə görə müavinətlər verilirmi? AYNA suala cavab axtarıb.

Hüquqşünas, əmək hüququ üzrə mütəxəssis Azər Quliyev bildirib ki, Azərbaycanın Əmək Məcəlləsində zərərli işlərə görə əlavə əmək haqqı nəzərdə tutulub: “Lakin Əmək Məcəlləsində təhlükəli işlərə görə heç bir müavinət, bonus nəzərdə tutulmur”.

Ağdam seçki dairəsindən deputat Aqil Abbasın sözlərinə görə, bu gün dövlət Qarabağ ərazisinin minalardan təmizlənməsi üçün xeyli işlər görür: “Amma görülən tədbirlərə baxmayaraq, ölüm halları hələ də baş verir. Ona görə də ölkənin Əmək Məcəlləsinə işğal olunmuş ərazilərdə həyatını riskə ataraq işləyənlərə əlavə ödənişlər haqqında bəndin daxil edilməsini zəruri hesab edirəm”. //ayna//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz