Gəncənin sabiq məktəb direktoru İlham Həsənovla görüşüb, Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın dərmanlar içərək intihara cəhd etməsi barədə fikirlərini aldıq.
Demokratik TV-yə açıqlamasında müsahibimiz maraqlı məqamlara toxunaraq, direktor Mətanət Qarayevanın intihara cəhd etməsinin adi hadisə olmadığını qeyd edib. Hadisənin Regional təhsil idarəsinin müdiri Anar Qədimalıyevin bacarıqsız idarəçiliyinin növbəti sübutu kimi qəbul etdiyini deyib.
Sabiq direktorla müsahibə zamanı xoşagəlməz olayın mühüm detalları sadalanıb.
Hazırda yayılmaqda olan informasiyalar bir daha yəqin edir ki, hadisədən sonra ictimai qınağa tuş gələn, niyyəti ifşa edilən təhsil şefi hazırda özünü sığortalamaq, olayı əsas mahiyyətindən yayındırmaq üçün məqsədli açıqlamalar verdirir, medianı və ictimaiyyəti məlum arqumentlərlə manipulyasiyaya cəhdlər edir. Eləcə də, direktoru öz yaxını ilə əvəz etmək üçün Anar Qədimalıyevin RTŞ-nin kadrlar üzrə məsləhətçisi İqbal Kərimovun iştirakı ilə təşkil edilmiş saxta ərizə barədə reallıqları və direktora əsassız təzyiqləri danmağa çalışır.
İlham Həsənov regionda daha bir neçə məktəb direktorlarına qarşı təzyiqlərin olduğunu da iddia edib. Demokratik.Az saytının da əldə etdiyi məlumata görə, hazırda Dəliməmmədli şəhər məktəbinin direktoru Gültəkin Cəfərova və Gəncə şəhəri 44 saylı tam orta məktəbinin direktoru Knyaz Sülleymanov da Anar Qədimalıyevlə qarşıdurma yaşayır.
Videomüsahibəmizdə digər məsələlərə də aydınlıq gətirilərək fikirlər səsləndirilib.