Axtarış...

Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"

Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"


Həkimləri dini sekta ilə əlaqələndirən kimdir?

Sumqayıt şəhəri zəhmətkeş insanların yaşadıgı gözəl və abad bir şəhərdir. Son illər ölkə başcısının xüsusi diqqət və qayğısı nəticəsində şəhərin digər yerlərində oldugu kimi, səhiyyə müəssisələrində də abadlıq və quruculuq işləri aparılmış, müəssisələr təmir olunmuş və zəruri avadanlıqlarla təchiz edilmişdir. Şəhərin digər zəhmətkeş insanları kimi, tibb işciləri də bu prosesdə yaxından fəal iştirak etmişlər.
İcbari Tibbi Sığortanın (İTS) tətbiqini Sumqayıtın tibb işciləri böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Lakin Sumqayıtın səhiyyə şöbəsinin rəhbəri Səkinə Sadıqova və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin (İTSDA) strateji təhlil departamentinin analitika və strategiya şöbəsinin müdiri Rəşad Cobanov öz əməlləri ilə, bu prosesə kölgə salmaga başlamış və Sumqayıt səhiyyəsinin təməlini dagıtmaga başlamışdır.
Belə ki 1-ci addım olaraq İlkin Səhiyyə Xidməti dagıdılmışdır. Bütün poliklinikalar Ailə Sağlamlıq Mərkəzləri yaradılması adı ilə dagıdılmışdır. Poliklinika həkimlərinin bəziləri rüşvət müqabilində başqa-başqa xəstəxanalarda işlə təmin olunmuşdur.
Ailə Sağlamlıq Mərkəzində (ASM) və xəstəxana poliklinikalarında 1 otaqda 2-3 həkim şəraitsiz vəziyyətdə işləyirlər, halbuki bu həkimlərin hər birinə bütöv məvacib verilməli və kabinetlə təmin edilməlidirlər. Nəzərinizə çatdıraq ki, hamilələrə İlkin Səhiyyə Xidməti (İSX) göstərən qadın məsləhətxanarı baglanılmış və ginekoloqlar pərən-pərən salınmışdır.
Ailə Sağlamlıq Mərkəzində (ASM) yeni dogulmuş uşaqlara baxmaq ücün eyni darısqal bir otaqda pediatrlarla terapevtlər birlikdə işləmək məcburiyyətindədirlər.
Məsələn 2 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) bərbad və qəzalı vəziyyətdə olan binasında həm Ailə Sağlamlıq Mərkəzi (ASM) həm də poliklinika şöbəsi yerləşdirilmişdir. Binanın tam təchiz olunması rəhbərliyin üzərində olan bir nömrəli öhdəlikdir. Amma Səkinə Sadıqova bu haqda düşünmür. Hətta rəfiqələrinin yanında deyir ki, neynirəm başımı ağrıdım nə isə tələb edərəm məni işdən cıxardarlar. Buyurun, binanın liftsiz olduğu, hətta uculub söküldüyü gözlə görünür. Bu müəssisəni ziyarət edən şəxslər, burada necə böyük xaosun, özbaşınalığın hökm sürdüyünü öz gözləri ilə müşahidə edə bilərlər.
Bütün bu işləri təşkil edən, bir gün belə xəstəxana və tibb sahəsində calışmayan, tibb sahəsindən xəbəri olmayan, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin (İTSDA) analitika və strategiya şöbəsinin müdiri Rəşad Cobanovdur.
Uzun müddət Psixiatrik müalicə alan (özünə vergi verildiyi barədə sayıqlayan) daim psixotrop maddələrin təsiri altında olan Səkinə Sadıqova Rəşad Cobanovla əlaqəyə girərək islahatlar adı ilə külli miqdarda pul qazanmışdır.
Rəşad Çobanov ölkənin müxtəlif regionlarından öz qohum və tanışlarını nəinsə müqabilində yaradılmış Sumqayıt Tibb Mərkəzində işlə təmin etmişdir. Bütün Sumqayıtda danışılır ki, burada işə götürülənlərin qiymət tarifləri var və aşagıdakı kimidir. Səkinə Sadıqova, bunu biz demirik aaa, Sumqayıt sakinləri deyir.
1 Təcili yardım sürücüsü 10000 AZN
2 Tibb bacıları 3000-5000 AZN
3 Həkim 5000 AZN
4 Tibb müəssisələrindən köcürmə 3000 AZN
Sumqayıtda bu prosesləri həyata kecirən Rəşad Cobanov, özünü İcbari Tibbi Sığorta Dövlət Agentliyinin (İTSDA) rəhbəri Zaur Əliyevin yaxın adamı kimi qələmə verir.
Onun işlərini pərdə arxasından Mübariz Mənsimovun adamı (Palmali qrupda Xəzər-Lənkəran Futbol Klubunda işləmiş) İcbari Tibbi Sığorta Dövlət Agentliyinin (İTSDA) Strateji təhlil departamentinin rəhbəri Araz müəllim rəhbərlik edir və ortada olanlar ona catır.
Atası Sumqayıtda yeyib-içən kimi tanınan dostumuzun özü isə Rəşad Cobanov kimi hansısa sekta üzvüdür.
Ümumiyyətlə deyirlər ki, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin tərkibində (İTSDA) çoxlu dini sekta üzvləri fəaliyyət göstərir. Bunu biz demirik, bizə göndərilən yazıda belə göstərilib.
2 ci mərhələdə Rəşad Cobanov təlimata uygun olaraq stasionar tibb müəssisələrini dagıtmaga başlayır.
Xəstəxanaların baş həkimləri ilə görüşdə onalrın qeyri qanuni fəaliyyətlərinə göz yumulması qarşılıgında şöbələrin yerdəyişmələrini və bəzi təmir işlərini öz vəsaitləri ilə görmələrini tapşırır. Bu zaman ayrılmış dövlət vəsaitləri direktor Səkinə Sadıqova ilə onların arasında müəyyən olunmuş qaydada bölünür.
Bu prosesə etiraz edənlər isə dərhal, heç bir sorğu-sual edilmədən işdən azad edilir.
3 cü mərhələdə Sumqayıt tibb mərkəzi PHŞ nin idarəetmə aparatı yaradılmaga başlayır.
Hec bir effektiv idarəetmənin olmadıgı bu aparatda ştatlar şişirdilir və Sumqayıt sakini olmayan Araz Nəsirov və Rəşad Cobanovla bağlılığı olan rüşvət aldıqları müxtəlif şəxslər Sumqayıt Tibb Mərkəzində işə götürülür.
Bu şəxslər kecirdikləri özəl məclislərdə qeyd etmişlər ki bu vəsaitlərin bir hissəsini Səkinə Sadıqovaya, digər hissəsini isə İcbari Tibbi Sığorta Dövlət Agentliyində (İTSDA) "Professor" ləqəbli Hikmət İbrahimli ilə (bu şəxs İTSDA ən qaranlıq adamdır-bu barədə növbəti yazıda) bölmüşlər.
4 cü mərhələ S. Sadıqovanın bir ulduz kimi parlaması
Səkinə Sadıqova vaksinasiya prosesində Təcili Yardım Stansiyasında kütləvi maxinasiyalar hesabına koranovirusla mübarizədə ayrılmış vəsaitlər hesabına küllü miqdarda qazanc əldə etmişdir.
O, öz əlaltısı və kompanyonu 3 saylı Ailə Sağlamlıq Mərkəzinin rəhbəri İsmayılova Maisə vasitəsilə saxta peyvənd biznesindən 500000-800000 AZN arası vəsaiti mənimsəmişlər. İsmayılova Maisə həm Səkinə xanımın İcbari Tibbi Sığorta Dövlət Agentliyindəki (İTSDA) adamları ilə qaranlıq məqamlarını, həm də digər şəxs Nərimanov Tİbb Mərkəzinin direktoru oliqarx Fazil Alməmmədovla əlaqəsini təmin edir. Bu şəxs vasitəsilə koranovirus dövründə saxta peyvənd biznesində böyük pullar qazanılmış və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbərliyinə ötürülmüşdür.
5 ci mərhələ İcbari Tibbi Söğortadan ayrılan vəsaitlərin mənimsənilməsi
İcbari Tibbi Sığorta Dövlət Agentliyində baş tibb bacısı təyin olunmuş Qızılgül vasitəsilə mərkəzə ayrılmış bonuslar müxtəlif yollarla mənimsənilir.
Tək bir ayda 1.500 000 AZN bonus kimi İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən Sumqayıt Tibb Mərkəzinə ayrılmışdır. Onun 950000 manatı həkimlərə bonus kimi verilmiş, 550000 manat isə kimlərsə tərəfindən mənimsənilmişdir.
Beləliklə, İcbari Tibbi Sığorta Dövlət Agentliyində rəhbərliyinin bu işlərə göz yumması, bəzi rəhbərlərlə işbirliyinə girərək (Tibbi planlama departamentinin rəhbəri "professor" ləqəbli Hikmət İbrahimli, Nərimanov Tibb Mərkəzinin direktoru, boz kardinal Fazil Alməmmədov) bu üc adam Araz Nəsirov, Rəşad Cobanov və Səkinə Sadıqova Sumqayıt səhiyyəsini dağıtmaqla, külli miqdarda vəsait əldə etmiş bacarıqlı mütəxəssisləri didərgin salmış və dini sektaya uygun "kadrolaşma" aparmışdır. Bu şəxslər dövlətin vəsaitlərindən istifadə etməklə Dubay, İzmir, İstanbulda son bir ayda yüksək səviyyədə istirahət etmişlər. Ən acınacaqlı hal bundan ibarətdir ki, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev və TƏBİB rəhbəri bu hallara göz yumurlar. Sizcə niyə? Bəlkə əlbirdirlər?
Araz Nəsirov dövlət vəsaiti ilə İzmirdə bahalı həyat tərzi keçirir.
Rəşad Cobanov dövlət vəsaiti ilə İstanbulda öz bildiyi kimi yaşayır.
Səkinə Sadıqova dövlət pullarını xaricdə ora-bura səpir.
Kimdir günahkar? Bu haqda növbəti sayımızda.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com
Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"
Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"
Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"
Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"
Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"
Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"
Sumqayıt səhiyyəsində RƏZALƏT... - İcbari Tibbi Sığortanın Sumqayıta ayırdığı "diqqət"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz