Müdafiə naziri Zakir Həsənovun özünəyaxın daha bir şəxsi yüksək məqama gətirdiyi bildirilir.
Millitv.az xəbər verir ki, bu barədə "Arqument.az"a nazirlikdəki mənbələrdən məlumat verilib.
Bildirilir ki, Zakir Ağayevi 3 il öncə İnspeksiya İdarəsinin rəisi vəzifəsinə qoyub.
Onun isə heç bir akademik təhsili olmadığı halda general mayor rütbəsi alıb.
Məlumata görə, Zakir Ağayev 9 aylıq təyyarəçilərin hazırlıq kursunu bitirib və buna qədər də Daxili Qoşunlarda təyyarəsi olub.
İndisə onun sənədləri general-leytenant rütbəsinə təqdim edilib.
Qanunla general ali hərbi rütbəsi Baş Qəragahın Akademiyasını bitirmiş şəxslərə verilir.
Aydın görünür ki, ona belə yüksək rütbənin verilməsi qanunsuzdur. Çünki əsasnaməyə əsasən, bununla bağlı nazirliyin kollegiya iclasında kollegial qərar verilməlidir.
General rütbəsinə isə Prezident Admintrasiyasında baxılır və prezidentin sərəncamı ilə təsdiqlənir.
"Ali Baş Komandan bunlara inanır və sənədə imza atır. Amma görünür, bunlar öz məqsədləri üçün onun etimadından istifadə edirlər. İnspeksiya İdarəsinin rəisi elə bir vəzifədir ki, gərək bütün qoşun növləri barədə məlumatlı olasan, amma Zakir Ağayevin belə bir təhsili və bilgisi yoxdur", - deyə məlumatda qeyd olunur.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən və Zakir Ağayevdən münasibət almaq mümkün olmayıb.
Qeyd edək ki, nazir Zakir Həsənovun yaxınlarını vəzifəyə gətirməsi yeni məlumat deyil. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komssiyasınının rəhbəri nazir Zakir Həsənovun bacanağı Elxan İbrahimovdur.