Axtarış...

Əhliman Əmiraslanovun GİZLİ GÖRƏVİ... - ölkə səhiyyəsinfə şimal küləyini kimlər əsdirir?

Əhliman Əmiraslanovun GİZLİ GÖRƏVİ... - ölkə səhiyyəsinfə şimal küləyini kimlər əsdirir?


Artıq bir neçə ilə yaxındır ki, ölkədəki tibb müəssisələrinin bir çoxu TƏBİB-in nəzarətinə verilib. Düzdür pandemiya araya girdiyindən TƏBİB digər öhdəliklərinin hamısını lazımınca və layiqincə yerinə yetirə bilməsə də, artıq bir çox xəstəxanalarda tibbi sığorta işinin təşkili istiqamətində müsbət dinamika müşahidə edilir. Əvvələr heç bir ümid verməyən sığorta işi atılan bir sıra addımlardan sonra əhali arasında və müşahidəçilərdə səhiyyəmizin düzələcəyinə dair inamı az da olsa artırır. Bununla belə cumhuriyyet.az olaraq bildirək ki, bir sıra köklü problemlər hələ də qalır və bu istiqamətdə ya ümüumiyyətlə iş aparılmır, ya da ki, ləng gedir. Bir sıra görülən işlərdə isə neqativlər həddən artıq çoxdur. Geridə qalan sahələrdən biri və ən əsası onkologiya sahəsinin İçbari Tibbi Sığortanın tabeçiliyinə verilməməsidir ki, bu da ilk görünüşdə dövlət üçün problem olmamalıdır. Çünki, hələ TƏBİB yaranmamışdan əvvəl də bu sahə dövlətin ən çox diqqət mərkəzində olan sahələrdəndir və hakimiyyət bu işin təşkili üçün dövlət büdcəsindən ciddi maliyyə ayırır. Bəs reallıqlar nə deyir?
Hamımızın ailəmizdə və qohun-əqrəbalarımız arasında onkoloji xəstəlikdən əziyyət çəkənlər var. Televiziya efirləri vasitəsi ilə xalqın imkanlı təbəqələrinə və eyni zamanda ölkənin birinci xanımına olunan müraciətlər də onu göstərir ki, Onkologiya sahəsində işin təşkili qaneedici deyildir. Kifayət qədər əhali də məlumatlıdır ki, xəstə sahibləri hansı çətinliklərlə qarşılaşır. Dövlətin xəstələr üçün ödənişsiz ayırdığı bahalı dərman preparatları xəstələrə ya verilmir, ya da verilən hissəsi kimyaterapiyanın əsas komponentlərini təşkil etmir. Nəticədə xəstə sahibləri məcburiyyət qarşısında öz vəsaitləri hesabına ətraf apteklərə müraciət edir ki, bu da son nəticədə dövlətin məsul şəxslərinin vətəndaşın və dövlətin cibinə girmək kimi korrupsiya faktı yaradır. Bəs dövlətin Azərbaycan səhiyyəsinin imicinə ciddi zərbə vuran bu problemi aradan qaldırmaq kimi planı varmı, varsa nədən ibarətdir?
Təbii ki, hakimiyyəti narahat edən bu problemi aradan qaldırmaq kimi planının olmaması ağlabatan beyil. Milli Məclisin Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanovun bu yaxınlarda mətbuatda bildirməsi ki, gələn ildən onkoloji xəstələr də icbari sığorta əsasında müalicə ala biləcəklər, bu, özü göstərir ki, hakimiyyət artıq bunda maraqlıdır. Amma şübhələr var, doğrudanmı komitə sədri qolunu çırmalayıb bu işin üstünə düşəcək? Yoxsa bu dəfə də hakimiyyəti fikrindən daşındırmağı bacaracaq? Bunla bağlı cumhuriyyet.az okaraq apardığımız təhlillər onu göstərir ki, bacardığı qədər tormozlama funksiyasını sonacan həyata keçirməyə çalışacaq. Niyəsini isə anlamaq çox sadədir…
Bugünlərdə S.Cəlaloğlu “Yeni Sabah”a verdiyi müsahibədə əsassız olmadan bildirmişdir ki, Rusiyanın Azərbaycandakı ən böyük dayaqlarından biri Milli Məclisdir. Razılaşmaq olar, çünki elə qəbul olunan qanun layihələrinin müqayisəsindən də görünür ki, əksər qanunlar Rusiya qanunvericiliyindən idxal olunur və Ə.Əmiraslanov o dayağın ən sadiq üzvlərindən biridir. Bugünlərdə bəzi ölkə saytlarında dərc olunan məqalələrdən də görünür ki, Ə.Əmiraslanovun Rusiyanın Azərbaycandakı kolon rəhbəri Ramiz Mehtiyevlə ciddi yaxınlığı mövcud imiş. Ona görədir ki, 30 ilə yaxındır bu dayağın özəyi funksiyasını daşıyan kəslə yaxınlığı onun dəfələrlə Milli Məclisə deputat seçilməsini təmin etməklə yanaşı, onun üçün yeni komitənin, yəni Səhiyyə komitəsinin yaradılmasını da reallaşdırdı. Çünki, bu post rektor vəzifəsindən kənarlaşdırılandan sonra Azərbaycanın tibb təhsilinə, tibb elminə və səhiyyəsinə vurduğu sağalmaz yaraların səbəb olduğu ağrı-acılara görə cəmiyyətin, xüsusilə tibb ictimaiyyətinin və səhiyyə səlahiyyətlilərinin onu məşhər ayağına çəkəcəyindən ehtiyatlandığından belə bir mövqe əldə etmək onu xilas edə biləcək yeganə post ola bilərdi. Deyilənlərlə bağlı cumhuriyyet.az tək bir faktı diqqətə çatdırır ki, rəsmi Moskva kolon “nüfuzlularını” boşuna xərcləməyəcəkdi və şimaldan gələn güclü külək onun üçün Milli Məclisdə əvvəllər mövcud olmayan Səhiyyə Komitəsinin yaradılmasına nail oldu. Əvvəllər təxminən 25 il müddətində niyəsə belə bir komitəyə ehtiyac yox idi. Sanki post öz sahibini gözləyirdi.
Tibb sahəsinə cavabdeh şəxlərin də artıq yuxarı dairələr qarşısında qaldırdığı məsələlərdən də aydın olur ki, onlar da bu şəxsin oyunbazlıqlarından cana doyub. Ona görə də Tibb Universitetinin Ə.Əmiraslanovun rektorluğu illərində hansı hala salındığını, hansı bilikdə insanların universitetə müəllim kimi işə götürüldüyünü tələbələrin və müəllimlərin dillərindən eşitmək adi hala çevrilib. Daha rəhbər vəzifələrdə işləyən şəxslər də çəkinmədən yuxarılara onun gördüyü işlər barədə şikayətlər edirlər. Şikayətlərdə əsasən bildirilir ki, istər Universitet rəhbərliyinə, istərsə Səhiyə nazirliyinə yuxarılar adından təzyiqlər edir, layiqli olmayan kadrların irəli çəkilməsinə himayədarlıq nümayiş etdirir. Tibb Universiteti rektoru işlədiyi dövrdə universitetdə hər bir şeyi maddiyyata çevirmə alışqanlığından əl çəkə bilməyəcəyindən əmin olduğundan həm bu fəaliyyətini davam etdirmək və həm də etdiklərinə görə tibb ictimaiyyəti tərəfindən haqq-hesab sorulmayacağından sığortalanmaq üçün onun qaranlıq fəaliyyətlərinə uğurla xidmət etmiş A.Həsənov və R.Bayramovu TƏBİB-in başına gətirmək üçün ciddi cəhdlə əlləşib vuruşan bu şəxs, birincini orada bərkidə bilməsə də, ikincini yerləşdirə bilmişdi. Təbii ki, uzun illərdir adətkar olduğu kadr siyasətinə uyğun şəkildə edirdi bunları. İcitimaiyyət arasında A.Həsənovu bu posta yerləşdirmək üçün 1 milyon girvənkə ağırlığında minnət qoyduğu tez-tez danışılır. Lakin dövlət başçısı onu bu posta təyin etmədi və ondan sonra qoyduğu minnətin geri qaytarılmaması üçün həmin şəxsi Bakı Sağlamlıq Mərkəzinin başına gətirməyə müvəffəq oldu. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bunun üçün çox adamlara yalvarmalı olmuş və özünə xas üzlülüklə buna nail ola bilmişdi – nə olur olsun, bircə o ağır minnət geri götürülməsin. Ondan sonra eyni qayda ilə R.Bayramovun TƏBİB-in başına yerləşdirilməsinə nail ola bilmişdi. Maraqlıdır, daha layiqli kadrlar deyil, niyəsə intellektlərinə, peşəkar fəaliyyətlərinə görə cəmiyyətdə və tibb ictimaiyyəti arasında o zamanadək tanınmayan və Ə. Əmiraslanovun rektor işlədiyi dövrdə universitetin iki ən böyük xəstəxanasının baş həkimləri olmuş və işlədikləri dövrdə qaranlıq fəaliyyətləri ilə məşhur olan məhz bu şəxslər TƏBİB-ə sədr üçün qabağa verilmişdir.
Elə bu və bu kimi səbəblərdən rektorluq fəaliyyəti ərzində Tibb Universitetini şəxsi tamahının təmin olunması naminə bu hala salmış bir insanın bu məsələdə məhz yenə şəxsi tamahını yox, xalqın sağlamlığını və rifahını düşünəcəyini zənn etmək çox böyük sadəlövhlük olar. Çünki, bu gün rəhbərlik etdiyi Onkologiyada dövlət tərəfindən onkoloji xəstələrə pulsuz ayrılan dərmanların günün günorta çağı kimyaterapiya alan xəstələrə qaranlıq yollarla ötürülməsinə səbəb olan kəsin bu məsələdə hansı mövqe tutacağı sirr deyil. O da heç kimə sirr deyil ki, bahalı dərmanların böyük bir hissəsi Onkologiyanın ətrafındakı apteklərdə satılır və deyilənlərə görə, o apteklərin hamısını Ə.Əmiraslanovun qohumu onunla şərik işlədir. Ona görə də, nə qədər ki, Ə.Əmiraslanov Milli Məclisdə Səhiyyə komitəsinin sədridir, onkoloji xəstələrin icbari tibbi sığorta əsasında müalicə alacaqları real görünmür. Çünki, belə olsa Ə.Əmiraslanovun onkoloji xəstlərin taleyi üzərində qurduğu bisnesi çökər. Olduqca böyük bir biznesdən söhbət gedir, hər xəstə aylarla, bəzən illərlə müalicə alır və min manatadək başa gələn bir müalicə kursunu xəstə və kurs saylarına vursaq ildə bir neçə millyon manatdan söhbət getdiyini görə bilərik. Keçmiş fəaliyyəti bəlli olan bir şəxsin belə biznesdən əl çəkməsi heç ağlabatan görünmür.
Odur ki, dövlət həqiqətən bu sahəni düzəltmək, TƏBİB-in balansına keçirmək istəyirsə, o zaman ən azından mütləq və mütləq 80-ə yaxın yaşı olan Əmiraslanovun Səhiyyə Komitəsinin sədri vəzifəsindən götürülməsi vacibdir. Bu, məsələnin həlli üçün yeganə çıxış yoludur. Əks halda Azərbaycanda onkoloji xəstələr Allahın münasib bildiyi dövrədək pulsuz xidmətdən yararlana bilməyəcəklər. //cumhuriyyet.net//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz