Axtarış...

Bağça müdirəsinin “Sirli nağılı” Və ya Vüsalə Heydərova kimə güvənir?

Bağça müdirəsinin “Sirli nağılı” Və ya Vüsalə Heydərova kimə güvənir?


Ölkəmizdə yüzlərlə uşaq bağçası, təhsil müəssisələri və s. təlim-tərbiyə mərkəzləri fəaliyyət göstərirlər. Təbii ki, bu kimi müəssisələrin ilk işləri gələcəyimiz olan uşaqların sağlam cəmyyət mühitində fomalaşmaları, istərsə də sosial həyatda əsl vətəndaş kimi daxil olmaları istiqamətində peşəkar fəaliyyət göstərmələrindən ibarətdir. Lakin…

Lakin biz, Analoq.az saytı olaraq dəfələrə narahatedici və inkaredilməz faktları ictimai rəyin, habelə müvafiq dövlət qurumlarının diqqətinə çatdırmaqla çoxsaylı məsələlərin həllində rol oynamışıq, vətəndaş mövqeyimizi ortaya qoymuşuq. Fürsətdən istifadə edərək bir daha Təhsil Nazirliyinə, hüquq-mühafizə strukturlarına və s. qurumlara öz minnətdarlığımızı bildiririk ki, onlar zaman-zaman qabardılan problemlərin həllində bimizlə əməkdaşlıq edib, problemlərin, qüsurların aradan qaldırılmasında iş prinsiplərini ortaya qoyublar.

Onu da qeyd edək ki, məhz jurnalistlik peşəsinin tələblərinə, etik davranışlara həmçinin KİV Haqqında Qanuna əsaslanaraq tənqidi yanaşmalarımızı irəli sürməklə yanaşı biz həminin Azərbaycan Prezidenti İlham Əliyev cənablarının tövsiyə etdiyi İctimai Nəzarət funksiyasını həyata keçiririk. Əbəs deyil ki, dövlətimizin başçısı dəfələrlə öz çıxış və nitqlərində, media nümayəndələri ilə görüşlərində ölkədə baş verən neqativ halları məhz mətbuatan izlədiyini qeyd edib, peşəkar jurnalistikanın ictimailəşdirdiyi müxtəlif sosial-ictimai məsələlərin həlli istiqamətində mühüm qərarlar verdiyini vurğulayıb.

Təbii ki, bu reallıq həm də medianın dördüncü hakimiyyət gerçəkliyini isbatlayır. Bu baxımdan, haqqında bəhs edəcəyimiz problem də həmin silsilədəndir. Yəni biz saytımıza sızan və haqqında bəhs edəcəyimiz problemi işıqlandırmaqla müvafiq dövlət strukturllarının həmin problemlə bağlı maraqlanmalarını istərdik.

Problem isə Bakı şəhəri, Binəqədi rayonu, Ənvər Əlixanov 98 ünvanında qeyri-qanuni şəkildə, daha dəqiq desək, qeydiyyatsız fəaliyyət göstərən “Sirli nağıl” uşaq bağçası ilə əlaqəlidir. Onu da bildirək ki, eyni adlı uşaq bağçası daha əvvəl Cəfər Xəndan küçəsində qeydiyyatda olub. Yalnız ünvanını dəyişdikdən sonra təlim-tərbyiə müəssisəsi qismində qeydiyyata düşməyib. Bu isə bilavasitə tələb edilən və qanunvericiliyi pozan ciddi, narahat doğuran məsələlərdən biridir. Ancaq bu da son deyil (!)

Daxil olan daha bir məlumata görə, bağçanın müdirəsi Vüsalə Heydərova əmək fəaliyyəti qeyri-qanuni olan insanları rəhbərlik etdiyi müəəssisədə işlədir. Aldığımız məlumata görə, bağçanın sürücüsü (adı məlum deyil, dəqiqləşdirilir) DSMF-də işçi kimi qeydə alınmayıb. Bu qurumdan xahiş edirik ki, həmin məsələ ilə bağlı ölçü götürüb yoxlama aparsınlar.

Habelə tibbi arayışlardan tutmuş digər məsələlər barədə də çatışmazlıqların mövcudluğu haqqında siqnallar var və biz bu məsələləri də dəqiqləşdirməkdəyikk.


Digər bir problem çox vaxt uşaq bağçalarında tərbiyəçi müəllimlərin başlarına gələn hadisələrdir. Belə ki, müqaviləsiz şəkildə işə götürülən tərbiyəçi müəllimələr bir neçə aydan sonra işdən kənarlaşdırılırlar, əminik ki, haqqında bəhs etdiyimiz və Vüsalə Heydərovanın rəhbərlik etdiyi “Sirli nağıl” adlı qeyri-qanuni fəaliyyət göstərən uşaq bağçasında da mövcuddur. Görünür, Vüsalə Heydərovanın fəaliyyəti də bağçanın adına müvafiq sirli və gizlidir.

Amma bu nağılın sonu deyəsən üç alma ilə bitmir, çünki problemlər kifayət qədərdir, Cırtdanın nağılında deyildiyi kimi, bilmirsən it hürən tərəfə gedəsən, yoxsa işıq gələn tərəfə yol alasan (?!)

İş qalır “sirli nağılı” yozmaq üçün mükəlləf olan əsl peşəkarlara – Bakı şəhər Baş Təhsil İdarəsinin bu qanunsuzluğu araşdırmasına. Biz hələ hüquqları pozulan balaca körpələrin, tərbiyəçilərin problemlərini demirik. Amma belə görünür ki, deməli, yaxud yazmalı olacağıq.

Daxil olan növbəti məlumata görə, bağçada qeyri-qanuni fəaliyyət göstərən tərbiyəçi müəllimə – Ülviyyə adlı xanım mobil telefona elə aludəçidir ki, ona tapşırılan körpələr yaddan çıxır və bir də gözünü açanda görür ki, balaca ya sürüşkəndən yıxılır, ya da yemək yeyərkən döyülür (???!!!) Amma çifayda ki, çifayda… Kimin vecinədir ki, kimin uşağı yıxılır, ya da döyülür? Əsas məsələ pul alıb ondan bəhrələnməkdir. Yəni bu gün “Sirli nağılın” daha bir tərəfi oraya etibar edilən uşaqların uşaq kimi deyil, direktorun və tərbiyəçilərin gözlərinə pul kimi görünmələridir.

Məmməd Arazın təbirincə desək:

Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı…
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Həə, indi isə keçək “nağılımızın” epiloquna. Sayt olaraq və KİV Haqqında Qanunun tələblərinə uyğun şəkildə biz hörmətli Vüsalə xanıma zəng etdik və açıq-aşkar hörmətsizliklə qarşılaşdıq.

Yəni bir “pedaqoq” davranışına yaraşmayan halla qarşı-qarşıya qaldıq. Öncədən deyək ki, KİV Haqqında Qanunun müddəasında bildirilir – İnformasiya axtarmaq, əldə etmək və yaymaq, vəzifəli şəxslər tərəfindən qəbul edilmək, hər hansı söhbəti və ya ictimai hadisələri qeydə almaq, hadisə yerinə, ictimai obyektlərə daxil olmaq jurnalistlik peşəsinin bilavasitə işidir.

Dövlət isə jurnalistin peşə fəaliyyətini həyata keçirməsini və onun müdafiəsini təmin etməyə borcludur. Dövlət jurnalistin şərəf və ləyaqətinin, həyatının və əmlakının qorunmasını təmin etməyə borcludur.

Baxın, Dövlət baba jurnalistin fəaliyyətinə bu qədər önəm verdiyi halda, bir bağça müdirəsi jurnalisin telefon zəngini üzünə qapadır və qeyri-etik davranış nümayş etdirir. İndi sizlər də, dəyərli oxucularımız deyin görək, jurnalist bu məsələni işıqlandırmasın bəs nə etsin???

Yeri gəlmişkən, Vüsalə Heydərovanın səs yazısını etika naminə paylaşmırıq. Amma onun da borcu bu idi ki, suallarımızı cavablandırsın. “Sirli nağıl” isə burada bitmir və göydən də üç alma düşmür, çünki nağılın davamı da var. ..

Analoq.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz