Axtarış...

Zamin Rzayevin VERGİ OYUNBAZLIĞI - İTTİHAM VAR!

Zamin Rzayevin VERGİ OYUNBAZLIĞI - İTTİHAM VAR!


Dövlət Vergi Xidmətinin nəzdində Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin rəisi Zamin Rzayevla bağlı məlumat daxil olub. Həmin məlumatda vurğulanıb ki, Zamin Rzayev vəzifəsindən sui-istifadə edərək müxtəlif qanunsuz əməllərə imza atır.
Bildirək ki, Dövlət Vergi Xidmətinin nəzdində Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi i vergi orqanları tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların, habelə məcburi dövlət sosial sığorta haqqları, işsizlikdən sığorta haqları, icbari
tibbi sığorta haqları, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına yaranmış borcların, vergi orqanları tərəfindən tətbiq edilmiş inzibati cərimələrin və sair işlərin həyata keçirilməsinə nəzarət edən və hüquqlarını həyata keçirən qurumdur.
Zamin Rzayevin VERGİ OYUNBAZLIĞI - İTTİHAM VAR!

Göründüyü kimi Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi Dövlət Vergi Xidmətində böyük səlahiyyətlərə malik bir qurumdur.
Verilən məlumatda iddia edilir ki, Baş idarə rəisi Zamin Rzayev vergi borcu olan müxtəlif şirkət rəhbərləri ilə anlaşaraq onların üzərindəki məhkəmə hökmünün götürülməsi ilə məşğuldur. Belə ki, İdarə rəisi iqtisadi məhkəmələrlə əlbir olaraq, dövlətə külli miqdarda vergi borcu olan şirkətlərin üzərindəki vergi borcunu müxtəlif adlarla dondurulmasına şərait yaradır. Saytımıza verilən məlumata görə Zamin Rzayev müxtəlif şirkətlərlə gördüyü “işlərin” qarşılığında yaxşı qazanc əldə etməkdədir. Bu belə olmasaydı Baş İdarə rəisi qiyməti 150 min manat olan avtomobil sürməzdi. Bundan başqa Zamin Rzayevin Bakıda yaxın qohumlarının adına bir neçə obyekt aldığı deyilir. Baş İdarə rəisinin həmçinin bəzi şirkətləri və obyektləri gizli himayəsinə aldığı iddia edilir. Məlumatda vurğulanır ki, Zamin Rzayev bu işlərdən əldə etdiyi gəlirləri onu himayə edən Dövlət Vergi Xidmətində yüksək vəzifə tutan şəxslə bölür.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz