Axtarış...

Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR

Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR


Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı, polkovnik Fikrət Əliyev 21 dekabr 2021-ci il tarixdə guya AMEA-nın yeməkxanası üçün mətbəx avadanlıqları və ləvazimatların satınalınması adı ilə rəsmi korrupsiyaya yol verib. "Demokratik.Az"-ın bu barədə əldə etdiyi sənədə görə, sözügedən tarixdə "UNİSELL" MMC ilə AMEA Rəyasət Heyəti Aparatı İşlər İdarəsi arasında imzalanmış mallar "işlər və xidmətlər" üzrə 26 saylı satınalma müqaviləsində yer alan 42 477 88 (qırx iki min dörd yüz yetmiş yeddi manat səksən səkkiz qəpik) manat pul xırıd edilib.
UNİSELL" Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 181 A-da qeydiyyata alınıb. MMC hazırda vəkillik fəaliyyəti göstərən Elnur Ağamalı oğlu Qasımov tərəfindən idarə edilir. Maraqlıdır ki, əsasən kompüter avadanlıqlarının satışını həyata keçirən şirkət AMEA-ya qab-qacaq tenderində "qalib" ola bilib. Lakin, məsələnin məğzi bir az da dərindir.
Aldığımız məlumata görə, şəxsən Ramiz Mehdiyevin dəstəyilə sözügedən müqaviləyə gedilərkən Fikrət Əliyev AMEA-nın yeməkxanasında 40 il fəaliyyət göstərən vətəndaş Məmmədov Həsən Ağahüseyn oğlunun haqqına girib. Belə ki, Polkovnik Rəyasət Heyətinin yeməkxanasında 10 il çalışmış, hal-hazırda Elmlər Akademiyasının əsas binasının yeməkxanasında rəhbər olaraq fəaliyyətini davam etdirən Məmmədovun borca-kreditə girərək şəxsi pulu ilə aldığı qab-qacağı, yeməkxana əşyalarını "mənimsəyib". Yəni, daha doğrusu, F.Əliyev Həsən Məmmədovun aldığı mövcud əşyaları yeməkxanada saxlamaqla, özünü də kənarda saxlamaqla faktiki təchizat aparılmadan "UNİSELL"-lə formal müqavilə bağlamış, pul köçürülsə də yeməkxanaya yeni nəsə alınıb gətirilməmişdir.

Baş verənlər barədə Həsən Məmmədovun AMEA-ya müraciətini təqdim edirik:


"AMEA RH aparatı İşlər idarəsinin Nəqliyyat şöbəsinin yerləşdiyi ərazidə olan yeməkxananın bərpası və avadanlıqlarının alınması İlhami müəllim tərəfindən mənə həvalə edilmişdir. Mən də öz növbəmdə göstərişi dərhal yerinə yetirmiş və Sədərək Ticarət Mərkəzindən avadanlığın alınması ilə bağlı təchizatçılarla danışıqlar aparmış va avadanlıqlar alınmış obyektə təhvil verilmişdir. Avadanlıqlar kredit xətti ilə alınmışdır. Lakin, sonradan Fikrət Əliyev bizi obyektdən kənarlaşdırdı və obyektdə mənə məxsus avadanlıqları Rizvan adlı şəxsə təhvil verməyimizlə bağlı göstəriş verdi. Obyektdən çıxarıldığım üçün gəlirlərim kəskin şəkildə azalmış və kreditə alınan avadanlıqların kreditini ödəməkdə çətinlik çəkmişəm və çəkməkdə davam edirəm. Sədərəkdə olan təchizatçılara ödəniş edə bilmədiyim üçün evimi və aldığım avadanlıqları banka girov qoyaraq "Unibank" bankından 25000 kredit götürmüşəm və təchizatçılara ödənişlərimi etmişəm. Onu da qeyd edim ki, bankdan götürülən kreditə görə 4865,72 azn əlavə faiz xərci də öhdəlik olaraq hesablanmışdır. Əliyevlə dəfələrlə avadanlıqların geri qaytarılması və ya dəyərinin ödəniş edilməsi barədə tərəfimdən yazılı və şifahi müraciətlər edilmişdir. Həmçinin avadanlıqların sənədləri və bankdan götürülən kreditin sənədləri göndərilmisinə baxmayaraq heç bir nəticə verməmişdir. Qeyd olunan problemin araşdırılmasında bizə yardımçı olmağınızı, həmçinin "Sədərək" Ticarət Mərkəzindən alınmış 27010 AZN va 1864,26 AZN dəyərində avadanlıqların ödənişinin ödənilməsində bizə köməklik göstərəməyinizi Sizdən xahiş edirik"-SİTATın sonu.

Sözügedən tender maxinasiyası adama 2013-2014-cü illərdə AMEA ilə "Şərq-Qərb" nəşriyyatı arasında bağlanmış, 10,4 milyonluq məlum cinayət faktını da xatırladır. İcraçılar eynidir, AMEA-nın büdcəsini sovuran yenə Ramiz Ənvəroviçin kürəkən əsabələridir. Dəyişən bircə zamandır və bu kəs Fikrət Əliyevin imzası ilə yeyilən pulun məbləği digərlərinə nisbətdə kiçiklərdəndir.

Osman Nərimanoğlu
Demokratik.Az
Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR
Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR
Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR
Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR
Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR
Polkovnik AMEA-nın yeməkxanasından 42 min manatlıq tenderi görün necə mənimsəyib - SƏNƏDLƏR

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz