Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.