Axtarış...

Baş məşqçinin qızıl medalı OĞURLANDI

Baş məşqçinin qızıl medalı OĞURLANDI


İtaliya A Seriyasının qalibi olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.

Hadisə komandanın sonuncu - XXXVIII turda "Sassuolo"ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.

57 yaşlı mütəxəssisin sözlərinə görə, medal çempionluğu bayram edərkən stadionda uğurlanıb: "Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır".

Qeyd edək ki, "Milan" 11 ildən sonra ölkə çempionu olub. "Rossonerilər" son olaraq 2010/2011 mövsümündə bu uğura yiyələnib.(report.az)
Text-to-Speech

DİNLƏ






Şərh yaz