Axtarış...

Şəhid ailəsinin QEYDİYYAT PROBLEMİ... - "İmkanım yoxdur ki, kirayə gedib qalım..."

Şəhid ailəsinin QEYDİYYAT PROBLEMİ... - "İmkanım yoxdur ki, kirayə gedib qalım..."


“Biz əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindənik. 25 ildir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayırıq. 1 il 7 aydır ki, oğlum şəhid olaraq, dəfn edilib. Bu müddət ərzində heç yana getmədik. Düzdü, sənədləri yığıb, Sabunçu rayon İcra başçısı Adil Vəliyevə verdik, amma bilmədik ki, qeydiyyat məsələsi bizi gecikdirəcək. Məni hələ də Bakıya qeydiyyata salmırlar. Gədəbəy rayon icra nümayəndəliyi 1999-cu ildən Bakıya arayış göndərib ki, biz daha Gədəbəydə yaşamırıq. Şəhid olan oğlum burada anadan olub, 192 saylı məktəbə gedib, Zabrat rayon qəbirstanlığında da dəfn olunub. Mənim bundan sonra gedib Gədəbəydə yaşamağıma bir əsas yoxdur. Heç orada evim də yoxdur. Hər şeyim burdadır, oğlum burada dəfn olunub. Oğlum atasının doğum günündə şəhid oldu, atası iki dəfə infarkt keçirdi. Həyat yoldaşım işləmir, dolanışıq vəziyyətimiz çox pisdir, özüm də qaynımın evində yaşayıram. Qaynım Ukrayna vətəndaşıdır, bilirsiniz ki, orada vəziyyət yaxşı deyil. Qaçqın kimi Polşaya yerləşiblər. Gündə zəng edir ki, biz gəlirik, siz harasa yerləşin! Ailədə 6 nəfərdirlər. Mən çıxılmaz vəziyyətdə qalmışam. Getməyə, qalmağa evim yoxdur”.

Millitv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şəhid Kamran Qasımovun anası Nailə Qasımova deyib. O daha sonra əlavə edib.
Şəhid ailəsinin QEYDİYYAT PROBLEMİ... - "İmkanım yoxdur ki, kirayə gedib qalım..."

“İmkanım yoxdur ki, kirayə gedib qalım. Mehriban xanıma müraciət etdim, sağ olsun həyat yoldaşımın müalicə xərclərini Heydər Əliyev fondu öz üzərinə götürdü. Günü bu gün də prezidentimizin yanındayıq. Amma məmurlar tərəfindən bizə hörmət qoyulmur. Prezidentin bundan yəqin ki, xəbəri yoxdur. Məmurlar şəhid analarını prezidentlə üz-üzə qoyur, amma biz bilirik ki, və görürük ki, prezident hər kəlməsində qazilərdən, şəhidlərdən danışır. Dəfələrlə məktublar yazsam da, hələ ki, gedib çatmayıb. Kamran pulemyotçu, baş atıcı olub. 200-ə yaxın nəfəri mühasirədən çıxarıb, 3 yaralı əsgərimizi xilas edib. Nə qədər də qənimət gətirib gəlib. Şəhidlik zirvəsi uca zirvədir, onu mən qapılarda işləyə-işləyə böyütmüşəm. Özümdən əskik adamların sözlərini götürmüşəm, bir dəfə də alaq otu yolanda məni ilan vurub (ağlayır). Şəhidə 500 manat pul ayırıblar, amma qaz, işığın pulu min manatı keçib. Mən bu pulu necə bölüşdürüm?! Gəlib qazımızı, suyumuzu kəssələr susuz, qazsız qalacağıq. Sabunçu rayon icra başçısı Adil Vəliyev məni 2 gün əvvəl çağırıb dedi ki, siz Bakı qeydiyyatında deyilsiniz, Gədəbəydəsiniz. Deyirəm ki, 1999-cu ildən Bakıda yaşamağımla bağlı əlimdə arayış var. O vaxt qeydiyyat üçün 5 min manat istəyirdilər. Asan xidmət və s. idarələr yox idi. İndi qeydiyyata düşmək üçün çox pul istəyirlər. Deyirəm ki, elə zənn edin ki, mən şəhid anası deyiləm, bir kasıb anayam. Mənə kömək edin, bir daxma verin. Çox xahiş edirəm problemimi işıqlandıraraq, mənə kömək əlinizi uzadın” deyə şəhidin anası bildirib.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz