Ramiz Mehdiyevin kürəkəni, keçmiş millət vəkili İlham Əliyevə məxsus olduğu deyilən “Yeni Gəncə” Tibb Mərkəzində həkim səhlənkarlığı ölümə səbəb olub.
Kanal32.az-a müraciət edən Zeynalova Qənifə Üzeyir qızının sözlərinə görə anası, Mingəçevir şəhər sakini 1961-ci il təvəllüdlü Yusibova Dilşad Cahangir qızı 23 fevral 2022-ci il tarixdə “Yeni Gəncə” Tibb Mərkəzinin həkim-nevroloqu Knyaz Rəhimovun təyinatı ilə sözügedən kilinkaya yerləşdirilib. Bir həftə ərzində günü 500 manatdan, qalan günləri isə günü 300 manatdan 19 mart 2022-ci il tarixə kimi “Yeni Gəncə” Tibb Mərkəzində olub.
Qənifə Zeynalova deyir ki, bir həfətə ərzində Tibb mərkəzində aparılan müalicə prosedurlarının heç bir nəticəsi olmadığı gördükdə bildirdim ki, əgər anamın səhhətində dəyişiklik yoxdursa, hər gün bu qədər pulları niyə alırsınız(hər gün alınan 300 manat yalnız yatmaq üçün ödənilib. Dərmanlar və digər prosedurlar üçün əlavə pullar xərclənib). Sonra bunlar anamı Kompüter Tomoqrafiyası(KT) üçün Gəncə Beynəlxalq xəstəxanasına göndərdilər. KT-nin nəticələrinə baxan nevroloq Knyaz Rəhimov və reanimatomloq Mahir Babayev israrla bildirdilər ki, bəs xəstə təcili beyin əməliyyatına götürülməlidir. Mən isə tələb etdim ki, o zaman hansı səbəblərə görə xəstənin KT müayinəsini gecikdirmisiniz və 6 gündür bu barədə heç bir addım atmasınız. Məcbur qalıb əməliyyata razılıq verdim. 28 fevral 2022-ci il tarixdə axşam saat 20:30-da neyrocərrah Zaur Ramixanov anamı əməliyyat etdi. Həkimlər dedilər ki, əməliyyat gözlədiklərindən uğurlu alınıb. Anam da əməliyytdan sonra özünün yaxşı hiss etdi, hətta 4 gündən sonra danışması həkimləri təəccübləndirdi.
Ancaq 12 gündən sonra nevroloq Knyaz Rəhimov və reanimatomloq Mahir Babayev bildirdilər ki, bəs ananda tənəffüs çatışamzlığı var. Ona görə də biz xəstəni traxeostomiya əməliyyatı etməli olacağıq. Traxeostomiya əməliyyatı üçün Şəmkir Hospitalından adını bilmədiyim həkim-cərrah çağrıldı və anam əməliyyat olundu. Məhz həmin gün-18 mart 2022-ci il tarixdə anamla görüşüdüm və o əl işarəsi ilə yaxşı olduğunu bildirdi. Mahir Babayev də öz növbəsində bildirdi ki, vəziyyət yaxşıdır, digər həkimləri cəlb etməyə ehtiyac yoxdur. 19 mart 2022-ci il tarixdə səhər saatlarında anamın vəfat etməsi xəbərini verdilər. Apardığım araşdırma zamanı məlum oldu ki, həmin axşam növbətçi həkim Mahir Babayev iş yerini tərk etmiş və xəstəni tibb bacısına həvalə edərək öz evinə getmişdir. Anamdan başqa xəstə olmadığından tibb bacısı iş yerində yatmışdır. Ayılanda isə xəstənin öldüyünün görmüş və növbətiçi həkimi çağırmış, o da xəstənin üstünə düz 45 dəqiqədən sonra gəlmişdir. Ən faciəvi hal ondan ibarətdir ki, həkim anamın sağ əlini çarpayıya bağlayıb gedibmiş. Sol əli isə işləmirdi. Traxeostomiya əməliyyatından sonra hər 20 dəqiqədən bir xəstənin boğazında açılan dəlik vasitəsi ilə bəlğməi təmizlənməli olduğu halda bu icra edilməyib. Növbətçi həkim olmadığından vaxtında təmizlənmə aparılmayıb və nəfəs yolunun tutulması nəticəsində boğulmadan anam ölmüşdür.
Mərhumun qızı Qənifə Zeynalova “Yeni Gəncə” Tibb Mərkəzindəki qanunsuzluqlar və anasının ölümünə səbəb olan həkim səhlənkarlığı ilə bağlı rəsmi qaydada Gəncə şəhər prokurorluğuna şikayət edib. Hazırda prokurorluq aidiyyatı üzrə araşdımalara başlayıb və komission ekspertizası təyin olub. Ekspertizanın aparılması Səhiyyə nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi Publik-hüquqi şəxsin ekspertlərinə göndərilib.
Şikayətçi Qənifə Zeynalovanın Gəncə şəhər prokurorluğuna verdiyi izahatı olduğu kimi təqdim edirik:
Mərhumun qızı Qənifə Zeynalovanın isə əsas tələbi hadisə baş verən günü müşahidə kameralarındakı görüntülərin üzə çıxarılmasıdır. Ancaq xəstəxanadan bildirilib ki, həmin gün kameralar işləməyib(?). Həmçinin, həmin kameraların yaddaş saxlama müddəti 7-8 gündür.
Şikayətçi Qənifə Zeynalova onu da iddia edir ki,(bununla bağlı səs yazıları da var), gecə növbəsində olduğu halda xəstəxananı tərk edərək evinə gedən və bununla da anasının ölümünə səbəb olan həkim Mahir Babayev bildirib ki, “Hara istəyirsən şikayət et. Bu klinka Ramiz Mehdiyevin kürəkəninindi, sən bizə heç nə edə bilmərsən”. Qənifə Zeynalova anasının ölüm saatı ilə bağlı həkimlərin ziddiyyətli açıqlamalar verməsini əsaslı dəlillərdən biri hesab edir. O zaman sual olunur: Əgər həqiqətən də Mahir Babayev həmin gecə xəstəxanada olubsa,niyə onun binaya giriş-çıxışını əks etdirən videogörüntülər ortaya çıxarılmır?
Xəstəxanda ölən Yusibova Dilşadın qızı Qənifə Zeynalova onu da deyir ki, ümumlikdə “Yeni Gəncə”Tibbi Mərkəzində onun 20 min manat pulu gedib. Maddi vəziyyəti çətin olduğundan anasının sağalması naminə həmin pulları faizə götürmüşəm. Nəticə isə göz önündədir. Səhlənkarlıqdan anamı göz görə-görə öldürdülər. Sonaradan mənə məlum oldu ki, bu tibb mərkəzində bir neçə belə ölüm olub. Müvafiq qurumlar bu olaya hüquqi qiymət verməli və günahkarlar cəzalandırılmalıdır. Əks halda mənim kimi başqaları da bu klinkada öz əzizlərini itirəcəklər.
Şikayətçinin səsləndirdiyi iddialarla münasibət öyrənmək üçün “Yeni Gəncə”Tibbi Mərkəzinə müraciət etdik. Sözgedən tibb müəssisənin hüquqşünası Anar Abdullayev “Kanal32”yə açqılmasında bildirdi ki, şikayətçinin iddiaları əsasısızdır və hazırda baş vermiş olayın hüquqi tərəfləri araşdırılır. Tərəfimizdən müvafiq sənədlər Gəncə şəhər prokurorluğuna təqdim olunub. Məsələyə hüquqi qiymət veriləcək və qanun nəyi deyirsə, biz də ona uyğun addımlar atacağıq. Təbii ki, tibb mərkəzinin rəhbərliyi baş verən hadisəni təəssüflə qarşılayır və mərhumun ailəsinə baş sağlığı verir.
“Yeni Gəncə”Tibbi Mərkəzinin hüquqşünası Anar Abdullayev klinkanın sabiq deputat, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus olması barəsində fikirlərə də aydınlıq gətirib. O bildirib ki, “Yeni Gəncə”Tibbi Mərkəzi “İNTERMEDSERVİS” MMC-nin tərkibindədir və onun təsisçilərindən biri keçmiş millət vəkili Əliyev İlham Əlisəftər oğludur və burada qeyri-adi bir şey yoxdur. Hər kəsin qanunla müəyyən olunmuş formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq haqqı var. “Yeni Gəncə”Tibbi Mərkəzi də qanunvericiliyin bütün normativ hüquqi prinsiplərinə əsasən fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, “Yeni Gəncə”Tibbi Mərkəzi 13 yanvar 2011-ci il tarixindən etibarən Gəncə və Gəncə ətrafı regionların əhalisinə həm cərrahi, həm də terapevtik kliniki xidmət göstərilməkdədir. Mərkəzin rəhbərliyini isə keçmiş millət vəkili Əliyev İlham Əlisəftər oğlu həyata keçirir.
Qeyd edək ki, mözvu ilə bağlı araşdırmamız davam etdir və redaksiyamıza təqim olunmuş səs yazılarını və Mingəçevir xəstəxanasında və “Yeni Gəncə” Tibb Mərkəzində lentə alınmış video görünütüləri növbəti yazıda təqdim edəcəyik.
“Kanal32″