I hissə...
Ölkəmizdə hər gün "adına şirkət açdılar", "xəbəri olmdan 100 min manatlarla vergi borcu yarandı" kimi buna bənzər xəbərlərin şahidi oluruq. Əslində bu hadisələr barədə uzun illərdir ölkə mətbuatında müxtəlif səpkili məlumat verilir, araşdırmalar aparılır.
Aidiyyatı qurumların apardığı araşdırmaların nəticələri ilə bağlı isə hələlik heç bir ciddi nəticə yoxdur. Nə bu işbazların tapılmasının şahidiyik, nə də borclu insanların son aqibətindən xəbərdarıq.
Bəs əslində baş verənlərin əsas səbəbi nədir və bu işbaşlar neçə işləyirlər? Əslində bu sualın altında cox ciddi səbəblər dayanır.
Oxucular xatırlayırsa uzun illərdir Bizimxeber.az olaraq ölkəmizdə fəaliyyət göstərən qanunsuz şirkətlərin varlığı və günü-gündən çoxalması barədə silsilə məlumatlar dərc edirik.
Bu qanunsuiz fəaliyyət göstərən şirkətlərin əsas işi xarici ölkələrdən Azərbaycana müxtəlif səpkili məhsulların idxalı ilə bağlıdır.
Qısaca xatırlatma edək ki, Dövlət Gömrük Komitəsindəki yüksək çinli məmurların nəzarəti altında fəaliyyət göstərən belə şirkətlərin sayı günü-gündən çoxalır və bir neçə əməliyyatdan sonra yoxa çıxırlar. Nəticədə hansısa savadsız, kasıb insana 100 min manatlarla vergi borcu yazılır, dövlət büdcəsində külli miqdarda ziyan vurulur, nəticədə hansısa işbaz məmur milyonlar qazanır, hansısa sahədəki monopoliyanı nəzarətində saxlayır.
Qanunsuz fəaliyyət göstərən, anbarı olmayan, heç bir rusum ödəməyən, mal dövriyyəsi az göstərilən və ya heç göstərilməyən şirkətlərin malları asanlıqla ölkə ərazisinə daxil olur, sənədləşdirilir və bazara buraxılır. Bu hal belə fəaliyyət göstərən qanunsuz şirkət üçün ilk yaşıl işıqdıq. Ardınca isə hansısa şəxsin öünü öldürməsi və ya ömrlük vergi borcları ilə yaşamasıdır.
Həmçinin qanunla fəaliyyət göstərən, vergiləri vaxtında ödəyən, anbarları olan, 10-larla işçi saxlayan və DSMF ödəyicisi olan şirkətlərin sıxışdırılması prosessinin sürətlənməsinə "töhfə"dir.
Hətta son aylar bu vəziyyət daha pis müstəviyə keçib və nəzarət itib.
Qanunsuz fəaliyyət göstərən şirkətlərin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev və Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədova və diğər məmurlara (bu barədə daha ərtaflı araşdırmalarımız davam edir) yaxın adamlarına məxsus olması barədə məlumatlar var.
Adına 5 şirkət, 261 min manat borc var, amma özünün xəbəri yoxdur - VİDEO
Hələliksə nə Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev, nə də Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədov bu məlumatları təkzib etmir və prossesə davam edirlər.
Bü gün baş verənlər bir daha göstərir ki, bu qanunsuz şirkətlərin fəaliyyəti "zərgər dəqiqliyi" ilə qurulur, yaradılan süni əngəllər idarə olunur və sistemli qanunsuz fəaliyyət təşkil edilir. Əks təqdirdə bu qurumlarda baş verənlər çoxdan ifşa olunmuş və onların məsuliyyətə cəlb olunmasının şahidi olmuşduq.
Lakin hələlik biz bunların heç birinin şahidi deyilik və əksinə qanunsuz fəaliyyət, aldadılanların sayı günü-gündən artır.
Qanunsuz şirkətlərin sayı çoxaldıqca gömrük sisteminin çöküşü sürətlənir, sistem çökdükcə dövlət büdcəsinə daxilomalar da azalır və bir qədər də azalacaq.
Bütün bunların fonunda əsas məsələ yuxarıda göstərdiyimiz kimi, vətəndaşların adına açılan qanunsuz şirkətlərin necə yaradılması, gələn vergi borclarının haradan və necə qaynaqlandığıdır.
Adına şirkətlər açılıb, 100 min manat borc var, amma özünün xəbəri yoxdur
Necə olur ki, vətəndaşın onun adına açılan şirkətrən xəbəri olmur və ya vətəndaşa 100 min manatlarla vergi borcu gəlir?
Bu suallara cavab tapmaq üçün geniş araşdırma yazısı yaxın günlərdə oxuculara təqdim olunacaq...
Ardı var...
Bizimxeber.az