Axtarış...

Yenidən qurulacaq Cəbrayıla indidən YENİ BAŞÇI LAZIMDIR - Görünəni budur...

Yenidən qurulacaq Cəbrayıla indidən YENİ BAŞÇI LAZIMDIR - Görünəni budur...


Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində yaşayan Məmmədova Elmira Əliş qızı yayımlanması üçün növbəti dəfə "DogruXeber.az" redaksiyasına videomüraciət ünvanlayıb.

Xanım müraciətində bir çox Cəbrayıl sakinləri adından, yenidən ölkə başçısına üz tutaraq, İcra Hakimiyyəti başçısı Kamal Həsənovun barəsində narazılıqlarını dilə gətirib.

Həmçinin, xanım dəfələrlə müraciət etmələrinə rəğmən, qəsəbədəki natəmizliklərin, işsizliyin hələ də var olmasından bəhs edib. Bundan əlavə o, saxta diplomlu şəxslərin də İcra Hakimiyyətində mühüm vəzifələrdə çalışdıqlarını vurğulayıb.

E.Məmmədova bildirir ki: -"Bir zamanlar rüşvətxorluğa və yeyintiyə görə işindən azad olunan Qoşqar Məmmədov keçmiş komitə sədri Əli Həsənovun tapşırığı ilə Kamal Həsənov tərəfindən Böyük Mərcanlı kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edilib."

Mənzil Kommunal İstismar İdarəsinin rəisi Xocavənd, "Azərxalça"nın Cəbrayıl filialının müdiri Şuşa sakinləridir ki, onlar da İcra başçısı Kamal Həsənovun kimlərəsə "jesti", yaxud kimlərinsə, nəzərə aldığı xahişidir. Bundan əlavə, bəzi icra nümayəndələri, həmçinin icra nümayəndəsi müavinləri var ki, el arasında "diplom bazarı" kimi tanınan keçmiş Gəncə Müəllimlər İnstitutunun və o institutun indiki davamçısı Gəncə Dövlət Universitetinin "məzunları"dır. Qeyd edək ki, Cəbrayıl rayonunun bir çox kəndlərinin, qəsəbələrinin icra nümayəndələri, həmçinin onların müavinləri arasında hətta bir ilə, il yarıma diplom sahibi olanları da var. Təbii ki, icra Hakimiyyəti də bundan xəbərsiz deyil. Amma, bütün bunları bilə-bilə həmin şəxslərə nə səbəbə, hansı maraqları naminə vəzifə "bağışlayıb", bu "müəmmalı"dır.

Cəbrayıl sakinlərinin dediyinə görə Elman Rüstəmovun "xüsusi dəstəyi" ilə Cəbrayıl rayonuna İcra başçısı təyin edilən Kamal Həsənov ətrafına uzaq-yaxın qohum - əqrəbasını və münasibəti yaxşı olan şəxsləri toplayıb. Rayondakı digər işlərə də rüşvət müqabilində təyinatlar verir.
Yeri gəlmişkən, İcra başçısının tərəfini tutan, başçı barəsində narazılığını dilə gətirən sakinlərə sosial şəbəkələrdə olmazın sözünü deyən, hətta təhqir edən "fanatlar"ı da sən demə "Ülyahəzrət"in diqqətindən yayınmayıbmış. Əldə etdiyimiz məlumata görə, onlardan bəzilərini müəyyən işlərlə təmin edibmiş. Demək ki, uğrunda dava edəcək qədər "sevdikləri qəbilə başçıları" onların bu zəhmətini görüb və ilk fürsətdə dəyərləndirib. Yəni, "əziyyətləri"nə, o qədər söz götürmələrinə "dəyib".

Qeyd edək ki, "qəbilə başçısı" ifadəsini də boşuna işlətmədik. Görünən o ki, Kamal Həsənov qədim zamanlarda olduğu kimi, yalnız öz "qəbiləsi"nin aclığını, susuzluğunu, problemlərini düşünür və həlli üçün istədiyi qərarları verir. Digər sakinləri isə xanımın da vurğuladığı kimi, ümumiyyətlə qəbul etmir, yaxud da söz verir, ciddi yanaşmadığı üçün sonra o sözü də unudur.

İcra başçısının bu davranışlarından cana doyan sakinlər adından videomüraciət hazırlayıb, bizə göndərən Elmira xanım, ölkə başçısından, "Cəbrayıl sakinlərinin canını Kamal Həsənovdan qurtaracaq sərəncam" imzalamağı xahiş edib. Və vurğulayıb ki, ölkə başçısı onların səsini eşidənə qədər bu kimi müraciətləri davam etdirəcəklər.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz