Axtarış...

Qida Təhlükəsizliyi İnstitutunun tender oyunu: - "Qanunun tələbləri açıq şəkildə pozulur"

Qida Təhlükəsizliyi İnstitutunun tender oyunu: - "Qanunun tələbləri açıq şəkildə pozulur"


Məlumdur ki, tender – satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir.

Bu fonda Azərbaycanda malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Qanunda qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Həmçinin xüsusi hallar olaraq dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə baş tutur.

Millitv.az xəbər verir ki, mövzu ilə bağlı beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında bildirib ki, bəzi qurumlar düzgün idarəetmə formasını seçməməklə qaydaları kobud şəkildə pozurlar və bu, cinayət məsuliyyəti yaradır:

“Bu fonda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun cürətinə heyran qalmışam. Deməli, bu yoldaşlar kotirovka sorğusu üsulu ilə müsabiqə elan ediblər və bu elanda açıq-aşkar hansı şirkəti qalib etmək istədiklərini dövlətin rəsmi satınalma portalı vasitəsilə bəyan edirlər. Yəni açıq şəkildə hər kəsə deyirlər ki, başqa şirkətlər istəyirsə, müsabiqədə iştirak edə bilər. Bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Nə olursa-olsun, bizim istədiyimiz təşkilat müsabiqədə qalib elan ediləcək. Bu bilirsinizmi nəyə bənzəyir? Təsəvvür edin ki, müsabiqə elan edirsiniz və müsabiqənin adını və şərtlərini “Avtomobillərin Məmməd tərəfindən yuyulması” kimi müəyyən edərək Məmməddən daha təcrübəli və səriştəli Əhmədin müsabiqədə qalib olmağını məhdudlaşdırırsınız. Qida Təhlükəsizliyi İnstitutu “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini açıq şəkildə pozur”.
Qida Təhlükəsizliyi İnstitutunun tender oyunu: - "Qanunun tələbləri açıq şəkildə pozulur"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
  • Uta
  • : 09:23
    • Нравится
    • 0
I always spent my half an hour to read this blog's content all
the time along with a mug of coffee.

My page [url=https://firsturl.de/aLof6F5]5[/url]