Axtarış...

Niyazi Bayramovla bağlı QƏRAR VERİLİRMİ? - İLGİNC İDDİA

Niyazi Bayramovla bağlı QƏRAR VERİLİRMİ? - İLGİNC İDDİA


Hələn keçən ayın ortalarında bir xəbər yayıldı. Deyilirdi ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcək və iddia olundu ki, bu məqsədlə Bayramovun Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına çağrılması ilə bağlı yayılan məlumatlar da geniş müzakirə olundu. Doğrudur, bununla bağlı Gəncə İcra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov mətbuata açıqlama verərək bildirdi ki, sözügedən informsiyalar həqiqəti əks etdirmir və hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır.

DİA.AZ xatırladır ki, onun sözlərinə görə, həmin yazılarda guya ki, buna əsas səbəb kimi, Prezidentin Gəncə səfəri ərəfəsi yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində gedən yanlış məlumatlar olub: “Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə heç bir əlaqəsi yoxdur".

Amma reallıqda vəziyyət tamam başqa idi və DİA.AZ-a bu barədə danışan mənbə də açıqlamışdı ki, artıq Niyazi Bayramovun vəzifəsindən alınması məsələsi ən ali səviyyədə müzakirə predmetidir. Mənbənin iddialarına görə, zamanında, daha dəqiqi, bu olaya qədər yeni vəzifə həvəsində olan Niyazi Bayramovun görəvdən alınacağı an məsələsdiri.

"Əslində normalda Niyazi Bayramov vəzifəsindən dərhal atılmalı idi. Onun kimi dibçək fırıldağına əl atanlar əslində vətəndaşı yox dövlətin ali rəhbərliyini aldatmanın cəzasını almalıdır ki, digərlərinə görk olsun".

DİA.AZ-a daxil olan son informasiyalara görə, Niyazi Bayramov Bakı rayonlarından birinə başçı gəlməsi üçün müxtəlif ünvanlara elçilərini də göndərib. Bu barədə əlavə bilgilərimiz olacaq bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz