Gəncədə narazılıqlar günü-gündən daha da artmaqdadır.
Ötən gün "DogruXeber.az" informasiya agentliyinin redaksiyasının tərkibində fəaliyyət göstərən "MUM.TV" YouTube kanalımızda yayımlanan erməni terrorunda zərərçəkmiş Gəncə sakinlərinin kütləvi narazılıqları ilə əlaqədar olaraq Gəncə şəhər İcra Hakimiyyətinə yaxınlaşdığımızda və oradakı sakinlərə qarşı özbaşınalıqları, saymazlıqları gördükdə, sakinlərin nə qədər haqlı olduqlarının bir daha şahidi olduq.
(Bu barədə daha ətraflı növbəti materialımızda məlumat verəcəyik.)
Gəncə şəhər sakinləri deyir ki: - "Gedirik İcra Hakimiyyətinə dərdimizi deyək. Bizi qəbul edən İcra Hakimiyyəti işçiləri də, elə Niyazi Bayramov özü də masa arxasında yatır. Söz deyirik bizə məhəl qoymurlar".
Yeri gəlmişkən onu da qeyd edək ki, Gəncə şəhərindəki narazılıq təkcə haqqları mənimsənmiş terror qurbanlarından deyil, orada sakinlər şəhərin baxımsızlığından, mərkəzdən biraz aralı ərazilərdə yolların bərbad olmasından, işıqsızlıq, qazsızlıq və digər çatışmazlıqlardan da gileylənirlər.