UEFA öz bayrağı altındakı növbəti qarşılaşmaların Rusiyada nümayişini qadağan etmək niyyətindədir.
Avropa futbol qurumu Rusiya yayımçısı ilə müqavilənin pozulmasının mümkünlüyünü nəzərdən keçirir. İlk olaraq, bu həftə keçiriləcək matçların, o cümlədən, İngiltərə millisinin İsveçrə və Kot d İvuarla yoldaşlıq görüşlərinin yayımına qadağa qoyulması müzakirə edilir.
Mümkün məhdudiyyətlər dünya çempionatının pley-off oyunlarına şamil olunmayacaq. Çünki həmin görüşləri FIFA təşkil edir.
Rusiyada UEFA bayrağı altında qarşılaşmaların yayım hüququ "Matç TV"yə məxsusdur.
Qeyd edək ki, daha əvvəl İngiltərə Futbol Assosiasiyası (FA) ölkə kubokunun 1/4 final görüşünün Rusiyada göstərilməsindən narazı qalıb. FA yayım müqaviləsini dayandırmağı xahiş etsə də, sonradan oyunlar nümayiş etdirilib.