"Azerlotereya" ASC-nin yeni satışa çıxardığı "40 000 000 Pul Yağışı" ani lotereya biletləri lotereya həvəskarlarında narazılıq yaradıb.
Millitv.az xəbər verir ki, bu barədə Qlobal.az-ın feysbuk səhifəsinə göndərilən məktubda deyilir.
Vətəndaşlar "40 000 000 Pul Yağışı" lotereyasında 5 manat uduşun qoyulmasından narazıdırlar.
Onlar biletin qiymətinin 10 manat olduğu halda, 5 manat uduş qoyulmasını qanunsuzluq kimi qiymətləndirirlər.
Məsələ ilə bağlı "Azerlotereya" ASC-dən münasibət öyrənə bilmədik.
Qeyd edək ki, qiymət 10 manat olan "40 000 000 Pul Yağışı" ani lotereya biletləri yeni satışa çıxarılıb.