Axtarış...

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyəti haqda ŞOK İDDİALAR - 13 Milyonluq tender niyə ləvg edildi?

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyəti haqda ŞOK İDDİALAR - 13 Milyonluq tender niyə ləvg edildi?

Azərbaycan səhiyyəsində neqativ hallar aradan qalxmaq əvəzinə, artmaqda davam edir. Səhv diaqnoz qoymaqdan tutmuş, səhv ayaq kəsməyə qədər,eləcə də tenderlər vasitəsilə dövlət əmlakının talan edilməsi kimi neqativlər bizim səhiyyə sistemimizdə təzahür edən hallardır.Tenderlər məmurlar üçün dövlət büdçəsini talamağın əsas yolu olaraq qalır.Vətəndaşların sağlamlığı ilı bağlı həyata keçirilən dövlət proqramlarının icrası ilə bağlı tenderlərdə də böyük korrupsiyaya yol verilir.Dövlət büdcəsindən daha çox maliyyə alan Səhiyyə Nazirliyində belə xoşagəlməz halların olması dəfələrlə mətbuat səhifələrində səslənib,büdcə hesabına maliyyələşdirilən əksər dövlət strukturlarında olduğu kimi, ölkənin səhiyyə sektorunda da, pullar aidiyyatı üzrə tam olaraq düzgün xərclənmir. Elə bunun ucbatındandır ki, dövlətin səhiyyə sahəsinə ayırdığı yüksək məbləğdə pulun qarşılığında belə, ölkə səhiyyəsi ciddi problemlər içində çabalayır.Hər il milyonlarla manatlıq dövlət pulunun acı taleyinin olduğunu aşkarlamaq mümkün olur, sonda isə, səhiyyə sisteminə rəhbərlik edən şəxslərin korrupsiya bataqlığının dərinliklərində ilişib qalmaları ucbatından ölkə səhiyyəsində xaosun hökm sürdüyü göz önünə gətirilir. Məhz buna görədir ki, ağır durumda olan səhiyyə sistemində korrupsiyanın hökm sürdüyü ölkə mətbuatında uzun illərdir əsas müzakirə predmetinə çevrilib.
"Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən rəhbər şəxslərə, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır",-bunu dövlət başçısı çıxışlarında dəfələrlə bildirib.
Ölkə prezidentinin çıxışından "dərs götürməyən" dövlər məmurları var və bu səpkidə fəaliyyətlərini davam etdirməkdədirlər. Bu günlərdə Mediatv.az-ın redaksiyasına Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyevlə çox ciddi məlumatlar daxil olub.Daxil olmuş məlumatda iddia olunur ki, E.Hacıyev bu vəzifəyə təyin olunandan sonra idarənin qara günləri başlayıb. Narazılıq edənlər Elşad Hacıyev direktor təyin olunduqdan sonra dövlət büdcəsinin talanmasından, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovrulmasından narahatdırlar.İlin sonunda təhvil verilməli olan 3 obyektə Prezidentin sərəncamı ilə ayrılan tibb avadanlıqları üçün 13.000000 (on üç milyon) manat vəsaitin tenderi 4 ay uzanıb və sonda ləğv olunub.
Şikayətçilərin sözlərinə görə Hacıyev öz adamlarını tenderdə iştirak etdirə bilmədiyinə görə, ümumikdə tenderlər ləğv olunub. Ona görə də ayrılan 13.000000 (on üç milyon) manat büdcə vəsait istifadəsiz qalıb.
6 yüz min manatlıq iş 3 gündə necə görülüb?
Şikayətçilərin sözlərinə görə, Prezidentin sərəncamı ilə ayrılmış 600000 (altı yüz min) manat vəsait B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təmiri üçün təkliflər sorğusu ilə həyata keçib: “O, özünün şəxsi maraqlarını həyata keçirmək üçün səhiyyə sahəsində heç bir təmir-tikinti təcrübəsi olmayan firmaya həmin vəsaiti həvalə etdi. Onu həyata keçirmək üçün 3 müəssisə tapıb təkliflər sorğusu göndərdi. Halbuki, onların sənədləri qaydasında deyildi. İşçilər sənədlərdəki uyğunsuzluqları tapıb üzə çıxaranda Hacıyev işçilərə hədə-qorxu gəldi. Bildirdi ki, hər nə olursa olsun, tenderi bu 3 təşkilat udacaq, çünki onları gələcəkdə görüləcək başqa işlər üçün hazırlayıram”.
Tender sənədlərini 28 dekabr 2021-ci il tarixdə Tender Komissiyası, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələri imzalayıb. 29 dekabr 2021-ci ildə satınalmalar tərəfindən tenderin qalibi “S.M. Construction Supplies” olub. 30 dekabr 2021-ci il səhər tezdən Elşad Hacıyev və qalib firmanın direktoru arasında müqavilə bağlanıb və saxta Forma-2 ilə həmin vəsait Maliyyə Nazirliyinin Xəzinəsi tərəfindən ödənilib.
Mediatv.az-ın məlumatına görə elə həmin gün (30 dekabr 2021-ci ildə) müqavilə üzrə Maliyyə Nazirliyinə “işə başlanması və qurtarması”na dair Akt vermək lazım olur. Həmin Aktı E.Hacıyev müəssisəyə rəis gələndən sonra işə götürdüyü adi bir işçiyə imzalatdırır.Adi bir işçinin belə bir hüquqi sənədi imzalaması görəsən nə dərəcədə qanunidir? Beləliklə,Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna ayrılan 600000 (altı yüz min) manat vəsaiti ilinin sonuncu günü həmin qalib gələn “S.M. Construction Supplies” müəssisəsinə ödənilir.Bəs görəsən İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin səlahətli şəxsləri hara baxır?
Mövzunu davam etdirəcəyik
İddia olunanlarla bağlı qarşı tərəfin cavab haqqını tanıyırıq //mediatv.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
I am truly grateful to the holder of this web page who has shared this
impressive post at here.

My webpage ... [url=http://juntendo-english.jp/members/trailonion2/activity/385394/]k[/url]
Thank you for sharing your info. I really appreciate your efforts
and I will be waiting for your next post thank you once again.

Also visit my page :: [url=https://telegra.ph/Vex-6-Game-03-10-2]f[/url]