"Gördüyünüz BNA əməkdaşı vətəndaşlara qarşı xüsusi hörmətsizliyi ilə seçilir. Avtomobil sahiblərinə qıcıqlandırıc hərəkətlər(sözlər) deyərək onları təxribata çəkməyə çalışır.Fotoda gördüyünüz kimi vətəndaşa əl atmaqdan,ona qarşı fiziki təzyiq göstərməkdən belə çəkinmir". DİA.AZ bildirir ki, bu sözlər sosial şəbəkədə Elvin Hüseynov adlı istifadəçi tərəfindən yazılıb.
Daha sonra narazı vətəndaş yazır: "Bu sadəcə bir örnəyidir. Son dönəmdə BNA əməkdaşlarının hərəkətləri böyük narazıçılıqlar yaradır. Bir zamanlar Ziyanın qoçuları vardı,indidə Vüsal "müəllim"in qoçuları. Qeyd edim ki bu şəxsin adı Rəfaildi. Rəfail "kişi də" digər kişilər kimi axşam evə gedəndə deyirki "işdən" gəlirəm".
Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...