Axtarış...

Abid Şərifova məxsus olduğu deyilən “Evroline QSC”-i sahibkara yarım milyon manat pul atıb

Abid Şərifova məxsus olduğu deyilən “Evroline QSC”-i sahibkara yarım milyon manat pul atıb

“Turanyol Group”MMC-nin direktoru Qurban Əliyev media vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb


Müraciəti olduğu kimi dərc edirik:

Hörmətli cənab Prezident!

Sizin sahibkarlara göstərdiyiniz diqqət və qayğı böyükdür.

Lakin bəzi vəzifəli şəxslər tərəfindən sahibkarlıq fəaliyyətimizə əsassız müdaxilələr olunur və sui-istifadə halları baş verir. Belə ki, “Evroline QSC”-nin rəhbəri Məmmədov Əfqan Nəsir oğlu bir neçə aztəminatlı ailəni çörəksiz qoyaraq həmçinin bizləri işlədərək pulumuzu vermir. Əlavə olaraq qardaşı ilə birləşib, illər öncə işində verdiyi ciddi nöqsanlarına görə, hüquq-mühafizə orqanlarından qovulan Ayaz Məmmədovla məni ölümlə hədələyir.

Səbəb isə rəsmi müqavilə əsasında gördüyümüz xidmətlərin qarşısında 405700 manatın rəhbərlik etdiyim şirkətə ödənilməsini tələb etməyimizdir.
“Turanyol”MMC və “Həsənli”group MMC şirkətlərinin sifarişçi “Evroline QSC” şirkəti ilə rəsmi müqaviləsi var. Yəni gördüyümüz bütün işlər qanunverciliyin tələblərinə uyğun aparılır və şirkətimizin rəsmi sənədləri buna əyani sübutdur.

2021-ci il mart ayında Bakı-Quba magistral alternativ ödənişli yolunun yenidən qurulması və əsaslı təmiri üçün “Evroline QSC” şirkəti yuxarıda adlarını qeyd etdiyim hər iki şirkətimiz ilə rəsmi müqavilə bağladı.

Göstərəcəyimiz xidmət isə dağ materialının daşınması, daşınan materialların bərkidilməsi, kipləşdirilməsi olub.

Razılaşmada isə hər bir kub metr üçün 6 manat ödəniş nəzərdə tutulmuşdu. Şirkət tərəfindən ümumilikdə 82500 kub daşıma və daşınmış materialların kipləşməsi, bərkidilməsi işi yüksək səviyyədə görülərək, yekunlaşdırılıb.

Əlavə olaraq isə hansısa şirkətin yarımçıq qalan işini də bizim şirkət tamamladı. Onun da ümumi dəyəri 5700 manat edirdi.
Ümumilikdə isə göstərdiyimiz iş xidməti üçün “Evroline QSC”, gördüyümüz işlərin qarşılıqında bizim şirkətə yekun məbləğ olaraq, 500700 manat ödəməli idi. Lakin bu məbləğin cəmi 95000 manatı ödənildi.

Təəssüflər olsun ki, “Evroline QSC” şirkətinin rəhbərliyi yerdə qalan 405700 manat məbləği ödəməmək üçün müəyyən bəhanələr gətirərək, boyun qaçırmağa çalışdılar. Hətta bizim şirkətə olan borclarının əvəzinə “Evroline QSC”-nə məxsus texnikaları verəcəklərini vəd etsələrdə sonradan dediklərinə əməl etmədilər. Biz “Evroline QSC”-dən haqqımızı tələb edəndə isə şirkətin təsisçisi Əfqan Məmmədov və onun qardaşı Ayaz adlı şəxs tərəfindən hədə-qorxu olunuram həmçinin ölümlə hədələnməyə məruz qalıram. Bütün qanunsuzluqlara rəvac verən “Evroline QSC”-nin təsisçisi Məmmədov Əfqan Nəsir oğludur. Artıq işi təhvil verməyimizdən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də pullarımız ödənilməyib. Hər dəfə pullarımızı istəyəndə “Evroline QSC”-nin təsisçisi Əfqan Məmmədov, gedin hara və kimə istəyirsiniz şikayət edin kəlimələrini səsləndirir. Hətta bizə bildirir ki, siz “Evroline QSC”-nin kimə məxsus olduğunu nə tez yaddan çıxarmısınız. Deyəsən “Evroline QSC”-nin baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğunu bilmirsinizki? Kimdən kimə şikayət edəcəksiniz? Odur ki, sizə çatacaq pulu unudun və bir daha bizi narahat etməyin sözlərini hər dəfə Əfqan Məmmədov dilə gətirir. O qeyd edir ki, pulu istəməkdə davam etsək, Abid müəllimin əli uzundur və başımıza nə oyun açdıra bilər deyə xatırlatma etməyə çalışır.

Hörmətli cənab generallar sizdən, dövlətini və dövlətçiliyini həmçinin ölkə rəhbərini sevən bir şəxs kimi xahiş edirəm “Evroline QSC”-nin təsisçisi Əfqan Məmmədovla bağlı hüquqi müstəvidə ölçü götürülməsi üçün və gördüyümüz işin qarşılığında şirkətə ödəniləcək 405700 manatın tam şəkildə ödənilməsinə köməklik göstərməyinizi xahiş edirəm. Cənab Prezident, xüsusi göstərişiniz nəticəsində bizim problemimiz həllini taparsa Sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən etdiyiniz hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik. Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət proqramlarında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarların rolunun gücləndirilməsi nəzərdə tutulur. Sizin tərəfinizdən son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar sahibkarların qarşısındakı süni maneələrin aradan qaldırılmasına, onların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələrinə, ölkə iqtisadiyyatına vəsait qoymalarına, yeni və daimi iş yerləri yaratmalarına və nəticə etibarilə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına yönəlib.

Sizin düşünülmüş və məqsədyönlü siyasətiniz sayəsində regionun lider dövlətinə, siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan Respublikası hərtərəfli inkişafını davam etdirir.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mürəkkəb proseslərin, geosiyasi risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmiz bu neqativ meyillərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir.
Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir. Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.

Biz sahibkarlar gündəlik fəaliyyətimizdə Sizin böyük diqqət və qayğınızı hiss edir, Sizə arxalanırıq. Son günlərdə imzaladığınız sənədlər, qəbul etdiyiniz qərarlar bunu bir daha təsdiq edir.

Hörmətlə: Sahibkar Qurban Əliyev

P.S. Xüsusilə qeyd edək ki, əslən Şəki rayonundan olan, Əfqan Məmmədov lüks avtomobillərə və bahalı avtomobil nömrələrinə sahibdir. Həmçinin “Əfqan Holding” şirkəti də Əfqan Məmmədova məxsusdur.

Cənab Prezident dəfələrlə sahibkarlara xüsusi yanaşma tərzini və hər zaman onların yanında olduqunu hiss etdirib.

Prezident İlham Əliyev: “Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər.
Prezidentin sözlərinə görə, inkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülməlidir. O, bu süni maneələri bir çox hallarda korrupsiya və rüşvətxorluqla bağlayıb.

Lakin görünən tərəfi odur ki, sahibkar adı altında gizlənən hansısa məmur sipərinə arxayın olan şəxslər, “Turanyol Group”MMC-nin direktoru Qurban Əliyevi çökdürmək niyyətindədirlər.
XalqXeber.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz