Axtarış...

Vüsal Kərimlinin FİASKO LAYİHƏSİ... - BNA: Bərbad Nəqliyyat Agentliyi...

Vüsal Kərimlinin FİASKO LAYİHƏSİ... - BNA: Bərbad Nəqliyyat Agentliyi...

Məlum olduğu kimi, bir müddət öncə dövlət başçısı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib. Məsələni bir qədər sadə dildə izah edək. Gənc kadr kimi

Vüsal Kərimli ona göstərilən etimadı doğrultmadı

Və dövlətin çox ümid bəslədiyi BNA adlı layihəsi tam iflasa uğradı. Bu qurumun yarıtmaz fəaliyyəti barədə mediada dəfələrlə yazılmışdı. Sevindirici haldır ki, özünü doğrultmayan qurumlarla bağlı ictimailəşən mövzular sonda həllini tapır. Ölkə başçısı yerli telekanallara verdiyi müsahibədə dedi ki, əsas məlumatları mediadan alır və əksər hallarda həmin məlumatlar öz həllini tapır. Prezident həmin çıxışında vəzifəyə təyin edilən gənc kadrlarla bağlı da narazılığını ifadə etmişdi. Vüsal Kərimlinin timsalında görürük ki, doğrudan da belə imiş. BNA uzun illər ərzində özünü yalnız vətəndaşları yersiz cərimə edən qurum kimi tanıda bildi.

Əsas problemlərdən biri də odur ki, nəqliyyat çatışmazlığını, dayanacaq məsələsini həll edə bilmədi. Marşurut avtobuslarının intervalında xeyli problem var. Sərnişinlər vaxtlı-vaxtında avtobusdan rahat istifadə edə bilmir.Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, dövlətə külli miqdarda ziyan vuran elə BNA-nın özü olub. BNA avtobusların çatışmazlığı, yolların işıqlandırılması, yol nişanlarının olmaması, terminal aparatlarının işləməməsi kimi problemləri kənara qoyub, ideal formada olan taksi məsələsinə toxunur. Bu gün ictimaiyyət BNA-nın fəaliyyətindən narazıdır. BNA-nın yarıtmaz fəaliyyəti maliyyə statistikasında da öz əksini tapıb.

100 milyonluq zərər

Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ili 98,724 milyon manat zərərlə başa vurub. Cumhuriyyet.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 29,1% çoxdur. Son nəticədə qurumun yığılmış zərəri 81,8% artaraq 219,354 milyon manat olub. 2020-ci ildə BNA-nın əsas əməliyyat gəlirləri 9,936 milyon manat (36% az), sair əməliyyat gəlirləri 248 min manat (2019-cu ilə nisbətən 74,4% az), xarici valyuta ilə əməliyyat gəlirləri 26 min manat (2019-cu ildə zərər olub), digər gəlirləri 550 min manat (2019-cu ildə zərər olub), əməliyyat xərcləri 31,479 milyon manat (81,8% çox) əmək haqqı və işçilərlə bağlı digər xərcləri 6,356 milyon manat (42,8% çox), amortizasiya xərcləri isə 71,648 milyon manat (4,5% çox), təşkil edib.

Ziya Məmmədovun qoçularına oxutdurulan rəhmət

Bakı Nəqliyyat Agentliyi Azərbaycanın son illərdə təsis olunan ən yarıtmaz qurumlarından birincisi kimi yadda qaldı desək, qəti yanılmarıq. Ona görə birincisidir ki, bu agentlikdə ən aşağı palatadan ən yüksək instansiyaya qədər heç kim işini yerinə yetirmək istəmirdi. İstər Ziya Məmmədovun qoçularına oxşayan müfəttişlərin dayanma-durma cəriməsini oğrun-oğrun, xəlvətcə, nahaq yazması olsun, istər bugünə qədər dayanacaqlarda intervalı göstərən monitorların işləməməsi, ödəmə aparatlarının heç də bütün dayanacaqlarda olmaması, istərsə də ictimai nəqliyyatda bərbad xidmət, parklanma probemində biabırçı vəziyyət olsun…

Yeyilən milyonlar və korrupsiya

Sosial şəbəkə və mətbuatda yazılanlara əsasən cumhuriyyet.az bildirir ki, bir çox hallarda bu cərimələr qanunsuz yazılır. Eyni zamanda aydın olunur ki, BNA-nın əməkdaşları Ziya Məmmədovun nəqliyyat qoçularının əməllərini təkrarlamaqla məşğuldur. Qurumun əməkdaşlarının avtomobil sahibləri ilə kobud danışması, bəzi hallarda onlara fiziki zor tətbiq etməsi barədə faktlar var və bu barədə zaman-zaman yazılıb.

BNA həm də iri məbləğli büdcə vəsaitlərini “udan” qurum kimi tanınır. Qurumun həyata keçirdiyi tenderlərə həmişə şübhə ilə yanaşılıb. Məsələn, götürək yolların rənglənməsini. Mediada yazılanlara görə, BNA 3 il ərzində Bakı yollarının rəngləməsinə 22 milyon manata yaxın pul xərcləyib. Qurumun bununla bağlı elan etdiyi tenderlərin qalibi isə “Yol Xətt” MMC olub. Yol nişankarının alınması ilə bağlı rəqəmələi eşidəndə isə adamın təəccübdən dili kilidlənir.

Həmçinin, bu illər ərzində BNA İdarə Heyətinin sədri Vüsal Kərimli NİİM-in fəaliyyətinin stimullaşdırılması üçün heç bir addım atmayıb. Həmin qurumun dayanacaqlarda quraşdırılmış monitorlar, naviqatorlarla bağlı hər hansı işlək mexanizmi yoxdur. Həmin monitorlar indiyə qədər işləmir və dövlətin bu cihazların alınmasına ayırdığı maliyyə havaya sovrulub. BNA isə ilk vaxtlardan gur-gur guruldayırdı ki, dayanacaqlar intellektual idarəetmə sistemini yenidən quracaq. Amma bunun söz olaraq qaldığı göz qabağındadır. Bir sözlə, bu qurumun artıq sabiq olan rəhbərliyi ilə bağlı hüquqi araşdırmalar aparılmasının zamanı tam yetişib.

BNA-nı işğal edən tayfa şəbəkəsi

Eyni zamanda cumhuriyyet.az bildirir ki, Vüsal Kərimli “Baku-bus”da ailə posrat yaradıb. Cənub zonasında qohum-əqrəba qoymayıb, hərəsinə bir vəzifə verib. Ümumiyyətlə, Kərimovlar bu şirkətdə hegemonluq edirlər. Əmisi oğlu Amil Kərimov şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur. Kərimov Camal Ziyad oğlu yaxın qohumu sayılır. Onun əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub.

V.Kərimli əmisi qızı olduğu üçün Məhərrəmova Zəminə Naib qızının İnsan Resursları üzrə şöbə müdiri təyin edilməsinə nail olub. V.Kərimlinin sinif yoldaşı Fərid Əsədli şirkətdə “İTT” adlanan şöbənin müdiridir.

V.Kərimlinin əmisi oğlu Amil Kərimovun qaynı Röyal Hüseynov mühafizə xidmətində işləyir. Vüsal Kərimlinin qohumu və ən yaxın adamı olan Anar Abdullayev heç bir bacarığı olmadan dispetçer şöbəsində oturub əmək haqqı alır. Bacısı qızı Amaliya xanım V.Kərimlinin katibəsi işləyir //cumhuriyyet.net//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz