Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev sələfi İradə Gülməmmədovanın ən yaxın kadrını işdən çıxarıb.
Millitv.az manset.az-a istinadla xəbər verir ki, A.Fərzəliyevin əmri ilə, icra başçısının köməkçisi Fuad Xəlilov vəzifəsindən azad olunub. Onun yerinə isə Mustafayev Pərviz Akif oğlu təyin edilib.
Qeyd edək ki, A.Fərzəliyev Nərimanov rayon icra hakimiyyətinin başçısı çalışdığı dövrdə onun köməkçisi olub.