Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.
Millitv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.
***
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yolu bağlayan yük avtomobillərinə görə heç kimin işdən çıxarılmadığı bildirilib.
Nazirlikdən daxil olan məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir: “Nə Xidmətin rəisi Anar Rzayevə xəbərdarlıq edilib, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılıb”.