Axtarış...

Saleh Məmmədovun adamı İTTİHAM OLUNUR - İLGİNC

Saleh Məmmədovun adamı İTTİHAM OLUNUR - İLGİNC

Nyus.Az saytı əvvəllər də Biləsuvar rayon 45 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əlirahim Kazımovun qanunsuz əməllərindən bəhs edən məqalələr dərc edib. Əlirahim bəyin rayonda özünə dəyəri yüz min manatlarla ölçülən nəhəng villa tikdirməsindən, Biləsuvarın mərkəzindəki yarım milyonluq “Nur” şadlıq sarayının da ona məxsus olmasından, yol infrastrukturuna ayrılan dövlət vəsaitindən oğurlamaq hesabına yol qırağında inşa etdirdiyi çoxsaylı ticarət obyektlərini, o cümlədən, tikinti materialları mağazasını babat qiymətə icarəyə verməsindən, ən bahalı model avtomobillərdə, o cümlədən “Prado” markalı “606” nömrə nişanlı maşında gəzdiyi halda idarənin asfalt zavoduna qiyməti vur-tut bir neçə on min dollar olan tüstüboğan texnika almağa “can çəkməsindən”, ətraf mühiti çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yİİ-ni bu məsələ ilə əlaqədar cərimələnməsindən, məşğulluq xidmətinin xətti ilə Yİİ-yə işə düzəlmiş şəxslərin çoxunun maaş kartını öz cibində saxlamasından və həmin kart sahiblərinə az gəlirli ailə kimi yerli Əhalinin Sosial Müdafiəsi Mərkəzindən ünvanlı sosial yardım almalarını təklif edilməsindən bəhs etmişdik.

Biləsuvardan redaksiyamıza sözügedən mövzuya əlavə olunası yeni məlumatlar daxil olmuşçdur. Bildirilir ki, Əlirahim Kazımovun rayonda, ələlxüsus da Səmədabad və Çinarlı yolunun üstündə sayı 10-dan çox icarəyə verdiyi mağaza və digər təyinatlı obyektləri vardır. Eləcə də Xırmandalı və Əliabad kəndlərinin birləşməsində böyük şadlıq evi, Xırmandalıda milyonluq villası var. Bir qardaşı Rafaelin balıqyetişdirmə dambaları, digər qardaşı İbrahimin asfalt zavodu mövcuddur. Məlumatlarda həmçinin qardaşların rayonun geniş əkin sahələrini ələ keçirdikləri də qeyd olunur. Əlirahim və qardaşlarının bu sadalanan və sadalanmayan hələ xeyli sərvətin çox hissəsinə korrupsiya ittihamı ilə 2020-ci ilin aprelində həbs olunan sabiq icra başçısı Mahir Quliyevin hakimiyyəti dövründə yiyələndikləri məlumdur. Görünür, sabiq başçının aqibəti onları əsla əndişləndirməyib. Ya təzə başçıdan, ya da başqa havadarlarından belləri bağlıdır.

Onu da xatırladaq ki, Əlirahim Kazımovun rəhbərlik etdiyi Yİİ-nin tenderlərindən həmişə qardaşı İbrahimin oğlu Fuad Muxtarzadəyə məxsus “Yoltikintinəqliyyatservis” MMC qalib çıxarılır. Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edilən “Yoltikintinəqliyyatservis” MMC-nin yarıtmaz fəaliyyəti ayrıca bir söhbətin mövzusudur. 2018-ci ildə Prezident İlham Əliyevin Lerik rayonuna səfəri ərəfəsində məlumat yayılmışdı ki, dövlət başçısı Noda-Şingədulan-Xanagah yolunun da açılışında iştirak edəcək. Ancaq həmin vaxta qədər 16,6 milyon manata başa gələn və məhz “Yoltikintinəqliyyatservis” MMC-nin səhlənkarlığı ucbatından açılışı olmadan dağıldığı iddia olunan Noda-Şingədulan-Xanagah yolu rəsmi açılış siyahısından çıxarılmışdı. Bu yolun əvəzinə isə 2018-ci ildə yenidən qurulması üçün vəsait ayrılan Piran–Hamarat–Vjaker avtomobil yolunun bir hissəsi rəsmi açılış protokoluna salınmışdı.

Ayıbdır, vallah, öz xalqımızdan utanmırlar, heç olmasa dürüstlükləri ilə ad çıxaran almanlardan utansınlar.

Nyus.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz