Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanıb.
Musavat.com xəbər verir ki, Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Saxlanma əməliyyatını ərazi üzrə Sumqayıt polisi həyata keçirib.
Xatırladaq ki, Rasim Məmmədov daha əvvəl məktəb direktoru olan bacısının qalmaqalı ilə gündəmə gəlmişdi.
Belə ki, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsi ilə bağlı səs yazısı yayımlanmışdı. Bundan sonra Rasim Məmmədov bacısını müdafiə edən çıxışlar etməyə başlamışdı. Bir müddət sonra Nailə Məmmədova işdən çıxarıldı.
Millitv.az olaraq Rasim Məmmədovun saxlanma anının əməliyyat görüntülərini təqdim edirik:
Onu da qeyd etmək lazımdır ki, Rasim Məmmədov bir müddət əvvəl qazinin üzünə tüpürərək onu təhqir elədiyi video sosial şəbəkələrdə yayılmışdı.Həmin videonu da sizlərə təqdim edirik: