Axtarış...

“Sallana-sallana gedən Salatın”

“Sallana-sallana gedən Salatın”

Çox hörmətli, Ruslan müəllim!
Mən bu yazıya “Ruslanqrand döyüşü Lerikin Dırıq zonasını xilas edə biləcəkmi?” başlığını vermək istəyirdim.Lakin sonradan fikrimdən daşındım. Və yuxarıda qeyd etdiyim başlığı yazıya örnək etdim. Hörmətli Ruslan müəllim mən rəhbəri olduğunuz Azəriqaz İstehsalat Birliyində təşkil olunan Mətbuat konfranslarında vaxtaşırı iştirak edirəm. Oradakı bütün məsələlərdən bir jurnalist olaraq xəbərdaram. Mənə o da bəllidir ki, bu gün məni bir ziyalı olaraq narahat edən məsələlər Sizin rəhbərliyə gəlməmişdən qabaqkı dövrlərə təsadüf edir. Fakt: 2005-ci ildə Lerik rayonun Ordahal kəndində Qazpaylayıcı stansiya tikilib istifadəyə verilmişdir. Bu günə qədər həmin məntəqədən yalnız bircə Ordahal kəndinin sakinləri istifadə edir. 27 kəndi, 30 minə yaxın əhalisi və 22 minə qədər seçicisi olan bir zonada əhali qazla təmin olunmayıb. Çox sağ olun ki, Dırıq zonasında yerləşən Züvüç kəndi 2022-ci ilin qazlaşması nəzərdə tutulan kəndlərin siyahısındadır. Lakin digər kəndlərdə, mən Dırıq zonasını nəzərdə tuturam, qazlaşma məsələsi barədə müsbət addım yoxdur. Bu məsələlərin hansı mənbədən qidalanması mənə bəlli deyil. Mənə bəlli olan odur ki, yalnız Lerikdən deputat seçilmiş İqbal Fatmaoğlunun dünyaya göz açdığı kənd və digər ona bitişik məntəqələr qazlaşdırıldı. Hətta onun qardaşı Çingiz xanın adına olan müəssisələr harada mövcuddursa, oraya qaz xətti təcilli olaraq çəkilib. Bütün bunlar hamam üsulu ilə dost tutmaq demək deyildirmi? Bu, büdcədən israfçılıq etməkdir.
Mən Mətbuat konfranslarında da bu məsələləri qaldırmışam. Siz xəbərdarsız. Onu da Sizin hüzurunuzda vurğulamışam ki, əslən Lerik rayonundan olan, lakin Bakıdan deputat seçilmiş Hüseynqulu Mirələmovun doğma kəndi də qazsız qalmayıb. Yəni, Lerikin Nuravud kəndinə qaz çəkilib. Bütün bunlar bir yana. Onu da vurğulamaq yerinə düşərdi ki, Lerik rayonun Qaz İstismarı İdarəsinə rəhbərlik edənlər yalnız Milli Məclisin adlarını yuxarıda sadaladığım deputatların yaxın qohumları rəhbərlik edib. Ya deputatların qardaşı oğlu, əmisi oğlu, ya da deputatın bacısının qaynı qaz sahəsində rəhbərliyə gətirilib. Bu, nə deməkdir? Lerik rayonunda başqa bir ziyalı, başqa bir təşkilatçı yoxdurmu? Yazıqlar olsun Sizdən əvvəl bu addımı atanlara. Axı, yuxarıda qeyd etmişəm ki, bu olaylar Sizin rəhbərliyinizdən əvvəlki dövrlərdə olub. İndi isə məni jurnalist olaraq bir məsələ maraqlandırır: “Ruslanqrand döyüşü Lerikin Dırıq zonasını xilas edə biləcəkmi?” Təki, belə olsun. Allaha yaxınlığı ilə tanınan leriklərin dualları, məncə, Sizi hifz etmiş olacaq. Təki, tutduğunuz yoldan dönməyəsiniz. Lerikin Dırıq zonasından sallana-sallana gedən qaz kəmərlərinə əhali illərdir həsrətlə baxır. Axı, Lerikin Dırıq zonasının hər bir kəndindən, hər bir aulundan ana qaz xətti ötüb keçir. Ötüb keçən qaz xəttinə həsrətli baxışlar hakim kəsilib. İnanıram ki, qaldırdığım problem Sizin tərəfinizdən vaxtında icra olunacaq.

“Sallana-sallana gedən Salatın”
İlham İbadlı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Politoloq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz