Axtarış...

Yoluxanların sayı 5000-i ötdü

Yoluxanların sayı 5000-i ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5223 yeni yoluxma faktı qeydə alınıb, 2 319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

31 Yanvar 2022-ci il tarixində 2186 yoluxma faktı və 14 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38362 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3308, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1420, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33634 nəfərdir.
Yoluxanların sayı 5000-i ötdü
Text-to-Speech

DİNLƏ






Şərh yaz