Axtarış...

Şəmkirin icra başçısı haqda İLGİNC İDDİALAR... - "Tənqidi məsələyə belə “isti” yanaşdığına görə..."

Şəmkirin icra başçısı haqda İLGİNC İDDİALAR... - "Tənqidi məsələyə belə “isti” yanaşdığına görə..."

"5 aydır ki Rəşad Tağıyev Şəmkir rayonunun icra başçısı işləyir. Lakin haqqında mətbuatda gedən silsilə yazılardan aydın olur ki, Rəşad müəllim nəinki işini qura bilmir, rayonu idarə edə bilmir, hətta rayonda arzuolunmaz şəxsə çevrilməkdədir. Kabinetdən çıxmayan Rəşad Tağıyev, icra hakimiyyətinin inzibati binasına arxa qapıdan girib çıxması, xidməti avtomobilini icra hakimiyyətinin qarajında gizlətməsi, özünə məxsus 10 PH 717 nömrəli son model BMW X 5 markalı bahalı avtomobili ilə gecələr rayonun kafe, restoran, otellərində zaman keçirməsi insanlarda ciddi suallar yaratmaqdadır?!" Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir. Məqalədə daha sonra deyilir:

RƏŞAD TAĞIYEVİ BU QƏDƏR ARXAYIN EDƏN NƏDİR?!

"Apardığımız araşdırma nəticəsində Rəşad Tağıyev haqqında internet resurslarından əldə etdiyimiz məlumatlar bizim üçün gözlənilməz oldu. Lakin bu barədə bir az sonra.....

Qeyd etmək yerinə düşər ki, Rəşad Tağıyev haqqında yazılan tənqidi fikirlərdən nəticə çıxararaq, demək olar ki müəyyən tərpəniş etmişdir. Belə ki, ötən həftə Rəşad Tağıyevin fəaliyyətsizliyi barədə yazımızdan dərhal sonra icra hakimiyyətinin əməkdaşlarını və özü ilə gətirmiş olduğu Şəmkir Kommunal Müəssisələr Kombinatının rəisi Alışan Yusibovu toplayaraq, təcili iclas keçirmiş və bunu icra hakimiyyətinin rəsmi facebook səhifəsində paylaşdırmışdır. Şəkildə gördüyünüz kimi, hər kəs çaşqınlıq içərisində Rəşad müəllimin üzünə baxır ki, “görəsən biz niyə burdayıq, görəsən CƏNAB BAŞÇI nədən danışır?!” Öz növbəsində Alışan Yusibov isə qeydlərini aparır və iclas görüntüsü yaradır. Tənqidi məsələyə belə “isti” yanaşdığına görə fürsətdən istifadə edib Rəşad müəllimə öz minnətdarlığımızı bildiririk. Deməli bundan sonra Rəşad müəllimin çalışması üçün mətbuat üzərindən istiqamət verməyə ehtiyac olduğuna əmin olduq. Biz bu əziyyəti çəkməyə hazırıq, təki Rəşad Tağıyev videoformatda Prezident İlham Əliyevin qəbulunda olarkən aldığı tapşırıqları, göstərişləri, tövsiyyələri icra etsin, Şəmkir rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatını inkişaf etdirsin, kənd təsərrüfatının və ümumilikdə bütün sahələrin inkişafı üçün tərpəniş etsin.

GƏLƏK MƏSƏLƏNİN ƏSLİNƏ...

Burada bir maraqlı sual yaranır. Sənədləşmə işinə bu qədər diqqətli olan Rəşad Tağıyev əcaba nədən savadsız, qabiliyyətsiz, siyasi düşüncəsi olmayan Elgün Seyidovu Sənədlər və vətəndaşlarla iş şöbəsində müdir vəzifəsində saxlayır?! Təbii ki, Rəşad Tağıyevin əndrəbadi üsul idarəetməsindən artıq özü də baş çıxara bilmir !

Rəşad Tağıyevin bu arxayınçılığını görərək, qeyd etmək istəyirik ki, Şəmkir insanları çox səbrli, təmkinlidir və ziyalı təbəqədir. İllərlə ayrı-ayrı siyasi konyekturalar tərəfindən istismar olunan Şəmkir, bu arxainliyə də dözəcək. Lakin Rəşad Tağıyevin Şəmkir tarixinə bu qədər səriştəsiz, qabiliyyətsiz başçı kimi düşməsini qəbul etməyəcək. Rəşad Tağıyev siyasi dəstəyə arxayın olaraq, otaqdan çölə çıxmamaqla, yəni fəaliyyətsizliyi ilə Şəmkir rayonunu uçuruma apara bilməyəcək. Buna Şəmkir insanları, Şəmkir ziyalıları imkan verməyəcək.

Rəşad Tağıyev barədə araşdırmalarımız davam edir..."
Şəmkirin icra başçısı haqda İLGİNC İDDİALAR... - "Tənqidi məsələyə belə “isti” yanaşdığına görə..."
Şəmkirin icra başçısı haqda İLGİNC İDDİALAR... - "Tənqidi məsələyə belə “isti” yanaşdığına görə..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz