Axtarış...

Şirzad Abdullayev vəzifədə olmasa da... - Adı qalmaqalda hallanır

Şirzad Abdullayev vəzifədə olmasa da... - Adı qalmaqalda hallanır

İqtisadiyyat nazirinin keçmiş müavini və müşaviri Şirzad Abdullayevin himayə etdiyi şirkətlər vasitəsilə ölkədən böyük həcmdə sərmayə çıxarmaqda ittiham olunan iş adamı İsaməddin Dəmirov sahibkara 10 min avro borcunu qaytarmır.

Millitv.az xəbər verir ki, bu barədə sahibkar Anar Əmiraslanov "Arqument.az"a məlumat verib.

O bildirib ki, işi məhkəmə yolu ilə həll etməkdə qərarlıdır və yaxın günlərdə məhkəməyə müraciət edəcək.

Şirzad Abdullayevin sayəsində Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən ən çox yararlanan şirkətlərin ("D.Fruit”, "Ecofruit” və "Ecodry” MMC-lər) rəhbəri İsaməddin Dəmirov bir neçə il öncə ona aldığı mal müqabilində 10 avro borclu qalıb, amma pulu vermir: "Nəinki pulu vermir, heç telefonlara da cavab vermir. Adam heç kəsi vecinə almır. Məndə olan məlumata görə onun arxasında Şirzad Abdullayev dayanır. Çünki bu məsələ bir dəfə ictimailəşəndə Şirzad Abdullayev söz vermişdi ki, problemi həll edəcək, amma bir müddət keçdi, xəbər çıxmadı. Mən bu problemlə bağlı Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə, nazir Mikayıl Cabbarova da müraciət edəcəyəm, amma bütün hallarda işi məhkəmə qaydasına - hüquqi müstəvidə davam etdirəcəyəm".

Mediada yayılan məlumatlara görə, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövdə Şirzad Abdullayev büdcə vəsaitləri hesabına özünə yaxın olan şəxslərin şirkətlərinə böyük məbləğdə güzəştli kreditlər verib.

Araşdırmalar zamanı məlum olub ki, bu kreditlər heç də təyinatı üzrə xərclənməyib. Məhz Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyinin merkantil maraqları səbəbindən büdcə vəsaitləri hesabına ayrılan güzəştli kreditlərin ölkə iqtisadiyyatına ciddi bir qatqısı müşahidə edilməyib.

Şirzad Abdullayevin sayəsində Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən ən çox yararlanan şirkətlər arasında "D.Fruit”, "Ecofruit” və "Ecodry” MMC-lər əsas yer tutub.

Meyvə istehsalı və satışı sahəsində ixtisaslaşmış bu şirkətlərə Dəmirovlar qardaşları – İsaməddin, Dəmir və Əmir – rəhbərlik edir.

Sahibkarlığa Kömək Milli Fondundan on milyonlarla manat kreditlər hesabına ölkə daxilində müəyyən işlər görən Dəmirovlar son illər biznesini xaricə çıxarmağa başlayıb. Belə ki, büdcə vəsaitləri hesabına Dubayda "Al Faydah Foodstuf Trading” LLC şirkətini quran Dəmirovlar son illər ölkə daxilindəki borc öhdəliklərindən yayınmağa çalışırlar.

Müşahidələr göstərir ki, İsaməddin Dəmirov Azərbaycanla birdəfəlik üzlüşmək istəyir.

Məlumatlara görə, "D.Fruit”, "Ecofruit” və "Ecodry” MMC-lər heç də şəffaf fəaliyyət göstərməyib, hətta vergi və başqa məcburi ödəmələrdən yayınıblar.

Bunun səbəbini isə nazir müavini və müşaviri olmuş Şirzad Abdullayevin himayəsi olub.

Əmiraslanov deyir ki, indiyə qədər borcunu ala bilməməsinin səbəblərindən biri də budur.

Bildirilir ki, "D.Fruit”, "Ecofruit” və "Ecodry” şirkətlərinin himayəçilərindən biri də Prezident Adminstrasiyasında çalışan yüksək vəzifəli şəxsdir.

"Onun kimliyi barədə də bəzi dəqiqləşdirmələr aparıram. Tam öyrəndikdən sonra mətbuata açıqlayacağam", - deyə sahibkar bildirib.

Səslənən ittihamlarla bağlı "D.Fruit” MMC ilə əlaqə saxlasaq da, heç bir münasibət bildirilməyib.

İsaməddin Dəmirovun hər iki telefon nömrəsinə dəfələrlə zəng etsək də, təəssüf ki, zənglərimiz cavabsız qaldı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz