Axtarış...

Daşkəsəndə təhsil sistemi İFLİC DURUMDA - ARAŞDIRMA

Daşkəsəndə təhsil sistemi İFLİC DURUMDA - ARAŞDIRMA

2016-cı ilin aprelində Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra TN-red) Daşkəsən rayon Təhsil Şöbəsinin fəaliyyətinin yoxlanılması barədə “AKT”-ın surətini əldə etmişik.
“Demokratik.Az” saytı olaraq TN-nin 04 aprel 2016-cı il tarixli 188 saylı əmrinə əsasən, Daşkəsən məktəblərində baş tutan həmin yoxlamanın gedişatını və doğurduğu nəticəni paylaşmağı məqbul hesab edirik. Təəssüf edirik ki, aradan 5 tədris ili ötməsinə baxmayaraq, özündə 44 məktəbi və 3 mindən artıq şagirdi cəmləşdirən ucqar dağ rayonunda təhsil mühiti bərbad olaraq qalır. İllər əvvəlki nöqsan və özbaşınalıqlar, xüsusilə məktəblərdə dərsə davamiyyətin aşağı olması, şagirdlərin dərslərdən yayındırılması, məktəbdaxili qaydaların və dərs saatlarının bölgüsündə direktorların şəxsi maraqlara üstünlük verməsi sanki anoloji hallar olaraq davam etdirilir.

2016-cı ildə yoxlamanın nəticələri aşağıdakı kimi qeyd olunub:

Daşkəsən şəhər İ.Nəsimi adina 1 saylı tam orta məktəb üzrə yoxlamanın nəticələrinə görə:
04.04.2016-ci il tarixdə yuxarı siniflərdə davamiyyətin yoxlanması zamanı X sinifdə təhsil alan 24 şagirddən (1 sinif) 14 şagirdin (58%), XI sinifdə təhsil alan 31 şagirddən (2 sinif) isə 7 şagirdin (22%) dərslərda iştirak etdiyi aşkar edilmişdir.
Pedaqoji şuranın protokolu kitabında qeydlər ümumi sözlərlə kifayətlənərək səthi tərtib olunub, dərs bölgüsü, fakultətiv, fərdi və qrup məşğələləri, dərsdənkənar məşğələlərin, dərnəklərin və seçmə fənlərin təşkili, siniflərin komplektləşdirilməsi barədə qeydler aparılmır, kitab qaytanlanmamış və təhsil şöbəsi tərəfindən möhürlənməmiş, şuranın fəaliyyət plani təsdiq olunmamış, cari il üçün məktəbin və direktorun fəaliyyət planlarının icrası ilə bağlı qeydlər də aparılmamışdır.
Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmişdir. Belə ki, əvəzçilik qaydasında fiziki tərbiyə dərslərinin tədrisi rus dili müəllimi Nailə İsmayilovaya 4 saat və Azərbaycan dili və Ədəbiyyat müəllimi İnci Abdiyevaya həvalə edilmişdir.
Fənn müəllimləri tərəfindən sinif jurnallarının düzgün doldurulmadığı, qeydlərinin vaxtında apanılmadığı, jumallarda pozuntu və qaralamalara yol verildiyi və məktəb rəhbərliyi tərəfindən sinif jurnallarının yoxlanmadığı müəyyən edildi..
Yoxlama ilə əhatə olunan dövr ərzində məktəb rəhbərliyi tərəfinden heç bir monitorinq və ya dərs dinləmələri aparılmamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı va proqramları (kurikulumları)nın tələbləri pozularaq şagirdlərin sayı 60-dan az olmasına baxmayaraq artıq sinif (I və V siniflər) yaradılmış və 2015-2016-cı tədris ilinin ikinci yarımilliyi üçün ümumtəhsil məktəblərinin tədris planına müvafiq olaraq 72 saat (həftəlik) dərs artırılaraq müəllimlərə həvalə edilmişdir.
Məktəb üzrə əmr kitabında əmrləşdirmə düzgün aparılmamışdır. Belə ki, fərdi təhsilə cəlb olunmuş 8-ci sinif şagirdinə riyaziyyat fənnini tədris edən İlhame Zeynalovadan dərs saatları (3.5 saat) alınaraq Tahirə Əsədovaya verilib, lakin əmrləşmə aparılmayıb.
Fakültativ, fərdi və qrup məşğələlərinin sinif jurnalları işlənilmir, bu da dərslərin keçirilmədiyini deməyə əsas verir.
Riyaziyyat fənni üzrə XI sinfin yoxlama yazı işlərinə baxış zamanı yazı işlərində bir sıra nöqsanların olduğu müəyyən edildi.
Bele ki, 4 şagirdin yoxlama dəftərlərinda heç bir qiymət olmamağına baxmayaraq sinif jurnallarında qiymətləndirilmələri aşkar olundu.

Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktab üzrə yoxlamanın nəticələri isə belə xarakterizə edilirdi:
04.04.2016-c il tarixdə yuxarı siniflərdə davamiyyətin yoxlanması zamanı X siniflərdə təhsil alan 38 şagirddan (2 sinif) 14 sagirdin (36.8 % ), XI siniflərdə təhsil alan 33 şagirddən isə (2 sinif) 8 şagirdin (24.2%) dərslərdə iştirak etdiyi aşkar edilmişdir.
Yoxlama ilə əhatə olunan dövr ərzində məktəb rəhbərliyi tərəfindən heç bir monitorinq və ya dərs dinləmələri aparılmamışdır.
2015-2016-cı tədris ilində Pedogoji şuranın iclası yalnız 10.09.2015-ci il tarixdə keçirilmişdir. Pedaqoji şuranın protokol kitabi, maktəbin əmr kitabı qaytanlanmamış və təhsil şöbəsi tərəfindən möhürlənməmişdir.
Buraxılan və əvəz edilən dərslərin qeydiyyatı kitabı işlənilməmişdir. Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmiş, buraxılan dərslərin keçirilmədiyi müəyyən edilmişdir. Belə ki, bir neçə halda seçkidə iştirak edən müəllimlərin dərslərinin tədrisinin digər müəllimlərə (o cümlədən qeyr-ixtisas muəllimlərinə) həvalə edilməsi nəticəsində dərs cədvəlində dərslərin üst-üstə düşməsi aşkar olundu. Məsələn, riyaziyyat fənnini tədris edən Vətəngül Allahverdiyevanın dərsinin tədrisi kimya müəllimi Ülviyyə Abdullayevaya havala edilmiş və dərs cədvəlində dərslər üst-üstə düşmüşdür ki, bu da həmin dərslərin keçirilmədiyini deməyə əsas verir.
İxtisası rus dili va ədəbiyyatı olan Balaxanım Nasibovanın tadris etdiyi 12 saat rus dili fənninin tədrisi biologiya müəllimi Gülyanaq Nəsibovaya həvalə edilmişdir. Məktəbdə 3 ixtisaslı müəllim olmasına baxmayaraq, ixtisası rus dili və ədəbiyyatı olan Şəlalə Həsənovaya 9 saat tarix fənninin, Səidə Hacıyevaya 2 saat coğrafiya fənninin tədrisı həvalə edilmişdir.
İxtisası Azərbaycan dili və ədəbiyyatı olan Sevil Ələsgərovaya 2 saat əmək təlimi və müvafiq sertifikatı olmadan 3 saat HBƏT tədrisi həvalə edilmişdir. İxtisası Azərbaycan dill və ədəbiyyatı olan Rəna Ismayılovaya 1 saat nəğmə, ixtisası rus dili va ədəbiyyatı olan Balaxanım Nəsibovaya evdə fərdi təhsil üzrə Azərbaycan tarixi, təbiətşünaslıq, nitq inkişafı və riyaziyyat fənninin tədrisi havalə edilmişdir. Məktəbdə dərnək ve fakültətiv məşğələlərin cədvəli tərtib edilməmiş, bu da öz növbəsində həmin məşğələlərinin keçirilmədiyini deməye əsas verir. Seçmə qaydada yoxlama yazı işlərinə baxış keçirilmiş və 1 halda yoxlama işi qiymətləndirilmədiyi halda, sinif jurnalında qiymətin olduğu müəyyən edilmişdir.

Daşkəsən şəhər N. Nərimanov adına 3 saylı tam orta məktəb üzrə də yoxlamanın nəticələri oxşar olmuşdur:
05.04 2016-cı il tarixdə yuxarı siniflərin davamiyyətinin yoxlanılması zamanı X sinifdə təhsil alan 9 şagirddən (1 sinif) 3 sagirdin (33.3%), XI sinifdə təhsil alan 8 şagirddən isə (3sinif) 3 şagirdin (37.5%) dərslərdə iştirak etdiyi aşkar edilmişdir. X sinifdə təhsil alan 9 şagirddən 5-nin mütamadi dərslərdə iştirak etmədiyi aşkar edilmişdir.
2015-2016-ci tədris ilində Pedaqoji şuranın iclası yalnız 14.09.2015-ci il tarixdə keçirilmişdir. Pedaqoji şuranın protokol kitabi, məktəbin əmr kitabı qaytanlanmamış və təhsil şöbəsi tərəfindən möhürlənməmişdir.
Məktəbin fəaliyyət planı və iş planları tərtib və təsdiq edilməmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində məktəb rəhbərliyi tərəfindən heç bir monitorinq və ya dərs dinləmələri aparımamışdır. Sarıyev Rəşid Əli oğlu 2014-2015-ci tədris ilində məktəbə kimya müəllimi kimi bir təqvim dərs ili müddətinə işə götürülmüş və qeyri-qanuni olaraq əmək məzuniyyətinə buraxılmaqla ona məzuniyyəthaqqı ödənilmişdir. 2015-2016-cı tədris ilinda məktəbə yenidən müddətli müqavilə ilə işə götürülmüş, lakin bağlanmış müqavilədə (kağız daşıyıcısında) bitmə tarixi qeyd olunmamışdır.
Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmişdir. Belə ki,Gəncə Dövlət Humanitar Kollecini "məşqçi-müəllim” kimi bitirən Məmmədov Xəqani Habil oğlu ikinci iş yeri kimi (əsas iş yeri UGİM olduqda) məktəbə işə götürülüb və ona tarifləşmə cədvəlinə salınmaqla konstitusiya, “Qarabağ tarixi” və əmak təlimi üzrə 9 saat dərs yükü verilmişdir.
Hərbi rəhbər Zakir Məmmədova isə 12 saat fiziki tərbiyə fənninin tədrisi həvalə edilmişdir.
Buraxılan dərslərin əvəz edilməsi zamanı Validə Babayevanın tədris etdiyi Azərbaycan dili və ədəbiyyatı fənninin 6 saat dərs yükü (X sinifdə) iqtisadiyyatın əsasları fənnini tədris edən Aytəkin Məmmədovaya həvalə edilmişdir.

Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta məktəb üzrə isə, yoxlama müəyyən etmişdir ki,
04.04.2016-cı il tarixdə yuxarı siniflərdə davamiyyətin yoxlanması zamanı X sinifdə təhsil alan 13 şagirddən (1 sinif) 5 şagirdin (38.5%), XI sinifdə təhsil alan 7 şagirddən isə (1 sinif) 3 şagirdin (42.9%) dərslərdə iştirak etdiyi aşkar edilmişdir.
Pedoqoji şuranın protokolu kitabında qeydlər ümumi sözlərlə kifayətlənərək səthi tərtib olunub, kitab qaytanlanmamış və təhsil şöbəsi tərəfindən möhürlənməmiş, 1-ci yarımilliyin pedoqoji şuranın iclası keçirilməmiş, şuranın fəaliyyət planı təsdiq olunmamış. cari il üçün məktəbin və direktorun fəaliyyət planlarının icrası ilə bağlı qeydlar aparılmamışdır.
Məktəbin fəaliyyət planının və iş planının olmadığı müəyyən edildi. Pensiya yaşına çatmasına görə əmək müqaviləsinə xitam verilmiş ixtisası tarix müəllimi olan Cəlilov Rafil Məmməd oğlu ilə müvəqqəti əmək müqaviləsi bağlanaraq tarix və coğrafiya dərslərinin tədrisi həvalə olunmuş, lakin tarix və coğrafiya fənləri üzrə dərs saatları vakant olaraq verilməmişdir.
Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmişdir. Belə ki, 15.09.2014-cü il tarixli 1 nomrəli əmrə əsasən, 2015-2016 tədris ilində ixtisası riyaziyyatçı olan məktəbin direktoru Naməddin Mirzəyevə konstitusiya fənninin, riyaziyyat müəllimi Elmira Rzayevaya kimya, biologiya, təsviri incəsənət fənlərinin, biologiya müəllimi Gülbəniz Cəfərovaya ədəbiyyat, Azərbaycan tarixi, təsviri incəsənət fənlərinin tədrisi həvalə edilmişdir.
Əvəzçilik qaydasında riyaziyyat dərslərinin tədrisi əmək təlimi müəllimi Elnarə Həsənovaya (8 saat), ibtidai sinif müəllimləri olan Sevil Həsənovaya (1 saat) və Təranə Haqverdiyevaya (2 saat) həvalə edilmişdir. Bundan başqa, evdə fərdi təhsil üzrə bütün fənlərin tədrisi əsasən yalnız 2 müəllimə həvalə edilmişdir ki, bu da dərslərin keçirilmədiyini deməyə əsas verir.

Quşcu kənd Ə. İsmayılov adına tam orta məktəb üzrə yoxlamanın nəticələri üzrə:

Yuxarı siniflərdə davamiyyətin yoxlanması zamanı X sinifdə təhsil alan 12 şagirddən (1 sinif) 1 şagirdin (91.7%), XI sinifdə təhsil alan 18 şagirddən isə (1 sinif) 2 şagirdin (88.9%) dərslərdə iştirak etdiyi aşkar edilmişdir.
Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvala edilmişdir. Belə ki, ixtisası rus dili va ədəbiyyatı olan Sevil Qocayevaya evdə fərdi təhsilə cəlb olunmuş 9-cu sinif şagirdinə 1 saat konstitusiya, 1 saat biologiya, 0.5 saat tarix, 1 saat tarix seçmə, 0.5 saat iqtisadiyyatın əsasları, 0,5 saat coğrafiya fənlərinin tədrisi həvalə edilmişdir. Təhsil haqqında sənədi saxta olduğu ehtimal olunan ibtidal sinif müəllimi Aytəkin Hüseynovaya evdə fərdi təhsilə cəlb olunmuş 5-ci sinif şagirdinə 8.5 saat müxtəlif fənlərin tədrisi həvalə edilmişdir.
Ali təhsilli riyaziyyat müəllimi Ayaz Əzizova ibtidai siniflərdə dərslərin tədrisi həvalə edilmişdir. Seçkidə iştirak edən Ayaz Əsgərovun ibtidai sinif üzre 22 sast dərslərinin tədrisi Azərbaycan Kənd Təserrüfatı İnstitutunun zootexnik fakültəsini bitirmiş va məktəbdə musiqi müəllimi kimi işləyən Həqiqət Kərimovaya həvalə edilmişdir. Məktəbin fizika müəllimi Habil Əliyevin işə gəlmədiyi günlərda tədris etdiyi fizika fənninin (3 saat) tədrisi ibtidai sinif müəllimi Aytəkin Hüseynovaya həvalə edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlarin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları'nın tələbləri pozularaq heç bir asas olmadan 10-cu sinif şagirdi Vüsalə Rüstəmova və 9-cu sinif şagirdi Nicat Rüstəmov məktəb-şagird kontingentindən xaric edilmişdir.

Xosbulaq kənd ümumi orta məktəb üzrə yoxlamanın nəticələrinə görə isə;
07.04 2016-ci il tarixdə şagirdlərin dərsə davamiyyətinin yoxlanılması zamanı məktəbdə təhsil alan 28 şagirddən (8 sinif) 9 şagirdin (32%) dərslərdə iştirak etdiyi, o cümlədən 2, 7, 8 va 9 siniflərdə təhsil alan 13 şagirddən heç birinin dərslərdə iştirak etmədiyi aşkar edilmişdir. Yoxlama zamanı V va VI sinif şagirdlərinə birlikdə dərs keçildiyi müəyyən edilib.
Yoxlama ilə əhatə olunan dövr arzində məktəb rəhbərliyi tərəfindən heç bir monitorinq və ya dərs dinləmələri aparılmamışdır.
Məktəbin fəaliyyət planı və məktəb rəhbərliyinin iş planları, pedaqoji şuranın iş planı tərtib və təsdiq edilməmişdir.
I sinifdə təsviri incəsənət fənnini tədris edən Asif Qafarov 16 mart tarixindən, fiziki tərbiyə fənnini tədris edən Anar Abbasov 29 mart tarixindən və təsviri incəsənət fənnini tədris edən musiqi müəllimi Gülbahar Yusibova 3 mart tarixindən etibarən jurnalları doldurmamışdir.

Qazaxyolçular kənd tam orta məktəbi üzrə də yoxlamanın nəticələri neqativlərlə dolu olmuşdur.

Yuxarı siniflərdə davamiyyətin yoxlanması zamanı X sinifdə təhsil alan 9 şagirddən (1 sinif) 1 şagirdin (88.9%), XI sinifdə təhsil alan 13 şagirddən isə (1 sinif) 2 şagirdin (84.6%) dərslərdə iştirak etdiyi aşkar edilmişdir.
Məktəb pedaqoji şurasının katibi seçilməmiş, şuranın iclasları keçirilmiş, lakin mövzular tam əhatə olunmamış, dərs bölgüləri pedaqoji şurada müzakirə edilməmişdir.
Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmişdir. Bele ki, evdə fərdi təhsilə cəlb olunmuş X sinif şagirdinə 1 saat kimya va 1 saat fizika fənninin tədrisi orta ixtisas təhsilli ibtidai sinif müəllimi Səadət İsayevaya həvalə edilmişdir.
Ali təhsilli Azərbaycan dili va ədəbiyyat müəllimi Gülnarə Cahangirovaya Vil sinifdə 1 saat və XI sinifdə 2 saat kimya fənninin, X sinifdə 2 saat biologiya fənninin tədrisi həvalə edilmişdir.
Ali təhsilli peşə təlimi müəllimi Sevda Mirzəyevaya VII snifdə 2 saat biologiya, 2 saat kimya və 2 saat fizika fənninin, X sinifdə 2 saat fizika fənninin tədrisi həvalə edilmişdir.
Əvəzetmə qaydasında Aygün Qasımovann X sinifdə 9,5 saat riyaziyyat fənninin tədrisi ibtidai sinif müəllimi Maqsudə İbrahimovaya həvalə edimişdir.
Ədəbiyyat, cəbr, Azərbaycan tarixi və digər fənləri tədris edən əksər müəllimlər tərəfindən dərslərdə iştirak etməyən şagirdlərə qaib yazılmamışdır.
05, 06 və 12 noyabr 2016-cı il tarixlərində məktəbin direktoru Rövşən Eyyubovun (ixtisası tarix müəllimi) tədris etdiyi dərsləri rus dill müəllimi Nailə Cəfərova əvəz etmiş, lakin buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müvafiq qeydiyyat aparılmamışdir.
Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Səadət İsayevaya 2 saat və Xalidə Alahverdiyevaya 3 saat X sinifdə dərslərin tədrisi həvalə edilmişdir.
Məktəbdə kitab təminatı ilə əlaqədar da problemlər aşkar edilmişdir. Bele ki, ibtidai sinif şagirdlərinin kitabları yararsız vəziyyətdə, 5-8 sinifləri üçün rus dili kitabları ümumiyyətlə
yoxdur, yuxarı siniflərdə ingilis dili kablarında da çatışmazlıqlar mövcud olmuşdur.

Bayan kənd M. Mustafayev adına tam orta məktəb üzra yoxlamanın nəticələrinə görə isə;

06. 04. 2016-cı il tarixdə yuxarı siniflərdə davamiyyətin yoxalanması zamanı X sinifdə təhsil alan 8 sagirddən (1 sinif) 7 şagirdin (67%), XI sinflərdə təhsil alan 12 şagirddən isə (1 sinif) 10 şapirdin (63%) dərslərdə iştirak etdiyi aşkar edmişdir. Pedaqoji şuranın protokolu kitabinda qeydlər ümumi sözlərlə kifayətlənərək səthi tərtib olunub, kitab qaytanlanmamuş və təhsil şöbəsi tərəfindən möhürlənməmiş, hər yarımillikdə cəmi 1 pedaqoji suranın iclası keçirimişdir. Suranın fəaliyyət planı təsdiq olunmamış, cari il üçün məktəbiin və direktorun fəalliyyət planlarının icrası ilə bağlı qeydlər aparılmamışdır.
Məktəbin fəaliyyət planının və iş planlarının olmadığı müəyyən edilmişdir. Tam təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına əsasən, 2013 2014-cü tədris ilinin yekunu üzrə 2 şagirdə attestat verilməmişdir. (imza yeri də boşdur).
Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabının mədaxil və məxaric hissəsində müvafiq qeydlər aparılmamışdır.
2011-2021-ci tədris ilinin yekununa əsasən isə, 3 şagirdə attestatın alınması barədə imza edilmiş, lakin attestat məktəbdə saxlanılmışdır.
Məktəbdə qeyri-ixtisas müallimlerinə dərslərin tədrisi həvalə edilmişdir. Belə ki, 15.09.2014-cü il tarixli 1 nömrəli əmrə əsasən, 2015-2016 tədris ilində məktəbin tarix müəllimi Tural Abdullayevə musiqi fənninin, əvazçilik qaydasında isə məktəbin ibtidai sinif müəllimi Əlövsət Qasımova biologiya dərslərinin tədrisi həvalə edilmişdir. Bundan başqa, 2015-2016-cı tədris ilinin birinci yarısında evdə fərdi təhsil üzrə fənlərin tədrisi 34 saat dərs yükü olan Akif Cəfərova həvalə edilmişdir ki, bu da dərslərin keçirilmədiyini deməye əsas verir.
Yuxan Daşkəsən qəsəbəsi, Z.Bağırov adına tam orta məktəb üzrə yoxlamanın NƏTİCƏSİ;
07.04.2016-ci il tarixdə yuxarı siniflərin davamiyyətinin yoxlanılması zamanı X siniflərdə təhsil alan 11 şagirddən (1 sinif) 5 şagirdin (45%), XI siniflərdə təhsil alan 27 şagirddən isə (2 sinif) 23 şagirdin (85%) dərslərdə iştirak etdiyi aşkar edilmişdir.
Yoxlama zamanı 10-cu sinif şagirdlərindən 4 nəfərin, 11-ci sinif şagirdlərindən isə 3 nəfərin dərslərə mütamadi olaraq gəlmədiyi aşkar olunmuşdur.
Ali təhsilli, ixtisası ibtidai təhsilin pedaqogikası ve metodikası olan Raminə Məmmədova 2014-cü ildə RTS-in razılığı ilə məktəbə psixoloq kimi daimi işə qəbul edilmişdir. Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmişdir. Belə ki, 15.09.2014-cü il tarixli 1 nömrəli əmrə əsasən, 2015-2016-cı tədris ilində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kifayət Allahverdiyevaya biologiya, həndəsə, rəsmxət və fizika fənlərinin (8 saat), orta ixtisas təhsilli ibtidai sinif müəllimi Vüsalə Məmmədovaya isə ədəbiyyat və coğrafiya fənlərinin evdə fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədrisi həvalə edilmişdir. Evdə fərdi təhsil üzrə fənlərin tədrisi qeyri ixtisas müəllimlərə həvala edilmişdir ki, bu da dərslərin keçirilmədiyini deməyə əsas verir.

Quşcu qəsəbə S.İsgəndərov adına tam orta məktəb üzrə yoxlamanın nəticələri aşağıdakı kimi qeyd edilmişdir:
08.04.2016-ci il tarixdə yuxarı siniflərin davamiyyətinin yoxlanılması zamanı X siniflərdə təhsil alan 7 şagirddən (1 sinif) 2 şagirdin (28%), XI siniflərdə təhsil alan 7 şagirddən isə (1 sinif) 3 şagirdin (42%) dərslərdə iştirak etdiyi aşkar edilmişdir.
Məktəbdə yoxlama aparılan zaman məktəbin direktoru Mehman Hümbətovun Bakı şəhərində kursda olması və direktor müavini Rəsul Həsənovun məktəbdə olmaması ilə əlaqədar, onlara həvala edilmiş dərslər keçirilməmişdir.
Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmişdir. Belə ki, 15.09.2014-cü il tarixli 1 nömrəli əmrə əsasən 2015-2016-ci tədris ilində məktəbin uşaq birliyi rəhbəri Günel Ağayevaya musiqi fənninin (2 saat), əvəzçilik qaydasında məktəbin biologiya müəllimi Raqif Əliyevə və rus dili müəllimi Abbas Ələsgərova riyaziyyat dərslərinin tədrisi həvalə edilmişdir.
Pedaqoji şuranın protokolu kitabında qeydlər ümumi sözlərlə kifayətlənərək səthi tərtib olunmuş, kitab qaytanlanmamış və təhsil şöbəsi tərəfindən möhürlənməmiş, hər yarımillikdə cəmi 1 pedaqoji şuranın iclası keçirilmişdir, şuranın fəaliyyət planı təsdiq olunmamış, cari il üçün məktəbin və direktorun fəaliyyət planlarının icrası ilə bağlı qeydlər aparılmamışdır.
Yoxlama zamanı 10-cu sinif şagirdlərindən 1 nəfərin, 11-ci sinif şagirdlarindən isə 2 nəfərin dərslərə mütamadi olaraq gəlmədiyi aşkar olunmuşdur. Direktor etiraf etmişdir ki, onlar Ali məktəbə hazırlaşdıqlarından məktəbə gəlmirlər.
Məktəbin astronomiya müəllimi Kamal Həsənov bu dərsin ümumiyyətlə keçirilmədiyini etiraf etmişdir.
Məktəbin fəaliyyət planının və iş planlarının olmadığı müəyyən edimişdir. Əsas və tam təhsil haqqında şahadətnama və attestat blanklanının uçotu ve verilməsi kitablarının madaxil va maxaric hissəsində heç bir qeyd aparılmamışdır. və 8 ədəd şəhadətnamə uçot kitabına işlənilməmişdir.

Aşağı Daşkəsən qəsəbəsi G.ismayılov adına tam orta məkəab üzrə yoxlama isə belə yekunlaşdırılmışdır:

12.04.2016-ci il tarixdə yuxarı siniflərdə davamiyyətin yoxlanmas zamanı X siniflərdə təhsil alan 4 şagirddən (1 sinif) 2 şagird (50%), XI siniflerde tehsil alan 4 şagirddən (1 sinif) 3 şagird (75%) dərslərdə iştirak etmişdir.
Pedaqoji şuranın protokolu kitabında qeydlər ümumi sözlərlə kifayətlənərək səthi tərtib olunub. Pedaqoji şuranın və məktəbin fəaliyyət planı, iş planları işlənilməmişdir.
Fənn müəllimləri tərəfindən sinif jurnallarının düzgün doldurulmadığı, qeydlərinin vaxtında aparılmadığı, jurnallarda pozuntu və qaralamalara yol verildiyi və məktəb rəhbərliyi tərəfindən sinif jurnallarının yoxlanmadığı müəyyən edilmişdir. Əmr kitabında seçkidə iştirak edən müəllimlərin əvəz olunmaları əmrləşdirilməmişdir. Bu məktəbdə də eynilə, qeyri-ixtisas müəllimlərinə dərslarin tədrisi havala edilmişdir. Belə ki, biologiya müəllimi Ənvər Əliyevə 1 saat informatika fənninin, rus dili müəllimi Natalya Ələkbərovaya isə mina hazırlığından məşğələlərin tədrisi həvalə edilmişdir.

Kəmarqaya kənd F.Ələsgərov adına tam orta məktəb üzrə yoxlamanın nəticələrinə baxaq:

05.04.2016 tarixdə yuxarı siniflərdə davamiyyətin yoxlanması zamanı X siniflərdə təhsil alan 3 şagirddən (1 sinif) 2 şagird (66%) XI siniflərdə təhsil alan 3 şagirddən (1 sinif) 2 şagird (66%) dərslərdə iştirak etmişdir.
Pedaqoji şuranin protokolu kitabında qeydlər ümumi sözlərlə kifayətlənərək sathi tərtib olunmuş, müzakirə edilən məsələlər açıqlanmır, vəzifələr yerinə yetirilmir, dərs bölgüsü, fakültətiv, fərdi və qrup məsğələləri dərsdənkənar məşğələlərin dərnəklərin və seçmə fənlərin təşkili, siniflərin komplektləşdirilməsi barəda qeydlər aparılmır, 2-ci yarımillikdə pedaqoji şuranın iclası ümumiyyatlə keçirilməmişdir. Əmr kitabında çoxsaylı qaralama və düzəlişlər aparılmışdır.
Namazova Günay İlham qızı Gəncə Dövlət Universitetinin "Biologiya ve Gigiyena fakültəsini bitirib və 2011-ci ildə biologiya müəllimi kimi müddətli işə götürülsə də, 2012-ci ildə onunla daimi əmək müqaviləsi bağlanıb.
Məktəbdə qeyri-ixtisas müəllimlərinə dərslərin tədrisi həvalə edilmişdir. Belə ki, məktəbin uşaq birlliyi rəhbəri Şəhriyar Rzayevə əvazçilik qaydasında hayat bilgisi, coğrafiya və konstitusiya fənlərinin tədrisi həvalə edilmişdir.
Məktəbdə yoxlama aparılan zaman (saat 15.00) cədvəl uzrə Şahin Hümbətov tərəfindən aparılmalı dərsdənkənar məşğələlər keçirilmirdi.
Aşağı Daşkəsən tam orta məktəbində daimi işləyən biologiya müəlimi Əliyev Ənvər saat hesabı biologiya fənnini tədris etmək üçün məktəba təyin olunub, lakin onun adı hər iki məktəbin tarifikasiya cədvəlinə daxil edilmişdir.
İxtisası ümumi texniki fənlar olan Safar Məmmədovun 12.02.2015-ci il tarixdə 65 yaşı tamam olmuş, onunla müddətli əmək müqaviləsi bağlanaraq 2015-2016-cı tədris ilində 25 saat riyaziyyat, informatika va fizika fənlərinin tədrisi həvalə edilmiş, lakim müqavilə bağlananadək bu dərs saatları vakansiya kimi verilməmişdir.
8 saat coğrafiya fənninin tədrisi tarix müəlliminə həvalə edilmiş, lakin bu dərs saatları da vakansiya kimi verilməmişdir.
Evdə fərdi təhsilə cəlb olunmuş 4 sinif şagirdinə 2 saat riyaziyyat, 1 saat həyat bilgisi, 0.5 saat əmək təlimi, 0.5 saat təsviri incəsənət, 0.5 saat musiqi bu fənlərin tədrisi üçün heç bir savadı olmayan Azərbaycan dili ve ədabiyyatı müəllimi Ceyhun Sadıqova həvalə edilmişdir.
Şahin Hümbətovun V sinifdə tədris etdiyi riyaziyyat fənninin tədrisi əvəzçilik qaydasında məktəbin psixoloqu Afət Bağırovaya (ali, İbtidai təhsilin pedaqogikası və metodikası) həvalə edilmişdir.

Yoxlama Texniki Yaradıcılıq Mərkəzi barədə aşağıdakı qənaətə gəlmişdir:
Texnikí Yaradıcılıq Mərkəzində müşahidə aparılan saatlarda 4 dərnək məşğələsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Şagirdlərin davamiyyəti bacarıqlı əllər dərnəyinda 10 nəfər şagirddən 4 nəfər və ya 40% (müəllim Abdullayeva Günay), bacanqlı əllər dərnəyində 9 nəfər şagirddən 3 nəfər va ya 33% (müəllim Əsgərova Laçın), bacarıqlı əllər dərnayində 8 nəfər şagirddən 4 nəfər və ya 50% (müəllim Tağıyeva Turanə) olmuşdur. Elektrotexnika dərnəyində şagird müşahidə olunmamışdır. (müəllim xəstəliklə bağlı əriza ilə müraciat etmişdir).

Mərkəzin metodiki şurasının fəaliyyəti ilə əlaqədar hər hansı sənəd tərtib edilməmiş, mərkəzin fəaliyyət planının və iş planlarının olmadığı müəyyən edilmişdir.
Zeynab Paşayevanın analıq məzuniyyətinə çıxması ilə əlaqədar onun dərnəklərinin Laçın Əsgərovaya verilməsi barədə əmrləşmə aparılmamışdır.

Beləliklə, Daşkəsən Rayon Təhsil Şöbəsi üzrə yoxlamanın nəticələrinə əsasən:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbələri ilə razılaşdırılmadan və ya mərkəzləşdirilmiş müsabiqədən keçmədən 6 müəllimin işə qəbulu halı aşkar edilmişdir. Bunlardan 3 müəllim müvəqqəti müqavilə ilə işə götürülmüşdür. 1 müəllim Tahsil Nazirliyinin mərkəzləşmiş imtahanından keçərək Dəstəfur kənd tam orta məktəbinə işə qəbul olunmuş, lakin iş yeri əsassız olaraq Daşkəsən qəsəbə ümumi orta məktəbinə dəyişdirilmişdir.
I sinfə qəbulla bağlı məktəb yerləşdiyi ərazidə məktəbyaşlı uşaqların müəyyan edilməsi məqsədilə ərazi bölgüsünün aparılması, məktəbyaşlı uşaqların qeydiyyatının apanılması, siyahıların tərtib edilməsi hər məktəb üzrə fərdi qaydada parakəndə şəkildə aparılmış, bu işin rayon icra hakimiyyətinin aidiyyəti şöbə və bölmələri, habelə bələdiyyələr, icra nümayəndəlikləri, digər dövlət qurumları ilə əlaqəli şəkildə aparılması istiqamətində har hansı bir addım atılmamışdır.
İcbari təhsilin təşkili ilə əlaqədar dərsə gəlməməklə təhsildən yayınan şagirdlərlə bağlı rayon icra hakimiyyətinde fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri ve hüqualarının müdafiəsi üzrə komissiya qarşısında məsələ qaldırılmamış, əvəzinə şagirdlər əsassız olaraq məktəbi bitirmədən müxtəlif siniflərdən xaric edilmiş, təhsildən yayınan şagirdlərin təhsilə cəlb edilməsi və digər zəruri profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılmamışdır.
Rayon təhsil şöbəsinin müdiri, müavini, məsləhətçi və metodistlərinin yoxlama ilə əhatə olunan dövrə aid fəaliyyətləri ilə əlaqədar hər hansı bir sənədlaşmə apanılmamışdır. Ümumiyyətlə yoxlanılan məktəblərdə də şöbə tərəfindən heç bir metodiki tövsiyə xarakterli işlər görülməmişdir. Şöbə tərəfindən məktəblərdə yoxlama və monitorinqlər keçirilməmiş, müşahidələr aparılmamış, baş vermiş nöqsanların qarşısının alınması ilə bağlı heç bir tədbir görülməmişdir.
Pensiya yaşı çatmış müəllimlərlə 2014-2015-ci tədris ili üçün bağlanmış müddətli müqavilələrdə müddətlər düzgün qeyd olunmamış, tədris ilinin sonunda həmin işçilər əsassız olaraq əmək məzuniyyatinə buraxılmış və onlara məzuniyyəthaqqı ödənilmişdir.
Daşkəsən Rayon Təhsil Şöbəsində kargüzarlıq işinin təşkili ve vətəndaşların müraciatlərinə baxılması vəziyyəti araşdırılarkən işlərin mövcud qanunvericiliyin tələblərinə uyğun qurulduğu aşkar edilmişdir. Belə ki, 2015-ci ildə şöbə üzrə 143 sayda müxtəlif sənəd daxil olmuş, ərizələrin, məktubların qeydiyyatı üçün ayrı çıxış kitabı təşkil olunmuşdur. Kitablar səhifələnmiş surģuclanmış va mohürlənmişdir. Təhsil şöbəsinin rəsmi blankında dövlət gerbi Azərbaycan Respublikasının təhsil nazininin 29.05.2014-cü il tarixli 646 nömrəli əmrilə tasdiq edilmiş "Nazirliyin emblemindən və digər atributlarından tabeçilikdə olan müəssisə və təşkilatlarda istifadəyə dair Təlimat'a uyğun olaraq rengli təsvir edilmişdir.
Və sonda, məlum yoxlama yekun NƏTİCƏVİ hissəsində aşağıdakı ümumi nöqsanların aşkar edildiyini bəyan etmişdir.
* X-XI sinif şagirdlərinin dərslərə davamiyyəti 50% olmuşdur.
* Azərbaycan Respublikası Nazirlar Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)'nın tələbləri pozularaq 2 artıq sinif komplekti yaradılmışdır,
* məktəb üzrə əmr kitabi, məktəbin pedaqoji şurasının protokolu kitabı düzgün aparılmamışdır,
* pedaqoji şuranın iclaslanı "Orta ixtisas təhsili müəssisəsinin Pedaqoji Şurası haqqında" Əsasnamənin tələblərina uyğun olaraq keçirilməmişdir.
* məktəb və məktəb rəhbərliyinin fəaliyyət və iş planları işlənməmiş və ya icrası ilə bağlı tədbir görülməmişdir:
* dərs bölgüləri düzgün aparılmamış, dərs bölgüləri aparlan zaman müəllimlərin ixtisasları nəzərə alınmamış, ixtisası və ya fənnin tədrisi üçün sertifikatı olmayan müəllimlərə dərslərin tədrisi həvalə edilmişdir.
* məktəblərdə buraxılan və əvaz edilən dərslərin qeydiyyatı kitabında qeydiyyat düzgün aparılmamış, məktəbdə əvəz edilən dərs saatları əvəz edənin dərs saatlan ilə üst-üstə düşmüş və eyni tarixdə dərs jurnallarında qeydlər aparılmışdır;
* sinif jumalları vaxtında doldurulmamış, jurnallarda çoxlu sayda pozuntu və qaralamalara yol verilmiş, sinif jurnalları məktəb rəhbərliyi tərəfindən yoxlanılmamışdir.
* məktəb rəhbərləri tərəfindən dərs dinləmələri, monitorinqlər, valideynlərlə görüşlər aparıılmamış, açıq dərslər keçirilməmiş, qabaqcıl təcrübə öyrənilərək tətbiq edilməmişdir,
* yoxlama yazı işləri yazılmamış, lakin qiymətləndirmə aparılmışdır,
* əsas və tam təhsil haqqında şahadətnamə və attestat blanklarının uçotu və verilməsi kitabları düzgün aparılmamışdır,
* əsas və tam təhsil haqqında şəhadətnamə və attestatlar şagirdlərə təqdim edilməmişdir.
* bir sıra məktəb və məktəbdənkənar müıəssisədə heç bir səbab olmadan dərslər və dərsdənkənar məşğələlər keçirilməmişdir,
* icbari təhsilin təşkili ilə əlaqədar dərsə gəlməməklə təhsildən yayınan şagirdlərlə bağlı rayon icra hakimiyyətinda fəaaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzre komissiya qarşısında məsələ qaldırılmamış, şagirdler əsassız olaraq məktəbi bitirmədən müxtəlif siniflərdən xaric edilmiş, təhsildən yayınan sagirdlərin təhsilə cəlb edilməsi və digər zəruri profilaktik tədbirlərin həyata keçirilməsi istiqamatində hər hansı bir iş aparılmamışdır.
* heç bir əsas olmadan şagirdlər məktəbdən xaric edilmişdir.
* məktəbin şagird kontingentinə daxil edilmiş, lakin uzun müddət ərzində dərslərdə iştirak etməmiş şagird aşkar edilmişdir.
* məktəbdənkənar müəssisələrdə dərnək və məşğələlər keçinilməmiş, əmr və protokol kitabları düzgün aparılmamış, dərnək va məşğələlərin qeyri-ixtisas müəllimlərinə həvalə edildiyi müəyyən edilmişdir.
* mərkəzləşdirilmiş müsabiqədən keçmədən 6 müəllim, o cümlədən 3 müəllim müvəqqəti müqavilə əsasında işə qəbul edilmişdir.
Onu da bildirək ki, bu Akt 3 nüsxədən ibarət tərtib edilib və Aktın doğruluğunu aşağıdakılar: Audit şöbəsinin müdir müavini, Audit sektorunun müdiri Mürşüd Rəşidov, eyniadlı şöbənin audit sektorunun böyük məsləhətçisi Müşviq Quliyev, informasiya şöbəsinin dəftərxana sektorunun məsləhətçisi Fərid Osmanov, Audit şöbəsinin əmlakın monitorinqi sektorunun məsləhətçisi Rəşad Məmmədov və Daşkəsən rayonunun sabiq təhsil müdiri Nazim Verdiyev imzaları ilə təsdiq ediblər.

Demokratik.Az təqdim etdiyi AKT-a əsasən bildirir ki, TN-in Daşkəsən TŞ üzrə 2016-cı ildə həyata keçirdiyi yoxlamalar formal xarakter daşıyıb. Yoxlamadan sonra, bir sıra məktəb direktorları AKT-da yer almayan “daha ciddi nöqsanlarla” qorxudularaq əksəriyyəti öz ərizələri ilə vəzifələrindən xaric edilib. Daha maraqlısı, həmin yoxlamada ciddi töhmət”lə cəzalandırılanlardan biri elə Daşkəsənin hazırki təhsil müdiri Zaur Məmmədov olub. Z.Məmmədov o illərdə Daşkəsən rayon 3 saylı tam orta məktəbinin direktoru olub və yoxlamadan qısa zaman sonra Daşkəsən Təhsil Şöbəsinin müdiri postuna gətirilib. Bu təyinatda icra başçısı Əhəd Abıyevin də adı çəkilir.
Zaur Məmmədov Daşkəsən Mədəniyyət şöbəsinin sabiq müdiri, mərhum Hacı Məmmədovun oğlu, hazırda Şəmkir regional Mədəniyyət şöbəsinin müdiri İsax Məmmədovun da qardaşıdır. Digər məlumata görə, Zaur Məmmədov özündən sonra sözügedən məktəbə direktorluğa öz qaynı Elçin Ələsgərovu gətirib. Görünür ki, 5 il əvvəlki yoxlamanın nəticəsindən asılı olaraq kimlərsə öz oyunlarını oynayıb, uduzanlar uduzub, Zaur Məmmədov da təhsilin müdiri postuna sahib olub. Növbəti 5 illik yoxlamanın isə nə doğuracağı indidən maraqlıdır... //“Demokratik.Az”//
Text-to-Speech

DİNLƏ






Şərh yaz