Axtarış...

Ağcabədidə Şəhid ailəsi ÇARƏSİZ DURUMDA - "Hara müraciət edəcəyimizi bilmirik"

Ağcabədidə Şəhid ailəsi ÇARƏSİZ DURUMDA - "Hara müraciət edəcəyimizi bilmirik"



Şəhid ailəsi Vətən müharibəsində evlərinə dəyən zərərə görə dövlət qurumları arasında get-gələ salınıb.

Millitv.az xəbər verir ki, bu barədə Ağcabədi rayon Qaraxanlı kənd sakini, şəhid Ceyhun Məmmədovun qardaşı Nurxan Qafar oğlu Məmmədov Yenicag.az-a məlumat verib.

Nurxan Məmmədovun sözlərinə görə, qardaşı şəhid olandan (25 oktyabr) 4 gün sonra (29 oktyabr) evlərinə top mərmisi düşüb:

“Qardaşımın yasını rayonda verdik. Daha sonra evimizə top mərmisi düşdü, ev əşyaları ilə birlikdə dağıldı. Həmin evi atam öz vəsaiti ilə təmir etdirməyə başladı. Qardaşıma verilən şəhid pulu ilə (11 min manat – red.) evi yenidən tikdi ki, övladının 40 mərasimini öz həyətində versin. Daha sonra Rayon İcra Hakimiyyətinin Şəhərsalma İdarəsi çəkdiyimiz xərci qaytardı.

Evə top mərmisi düşməklə təkcə ev yox, həm də evdəki bütün məişət əşyaları, avadanlıqlar, mebellər yanmışdı. Hara müraciət edirik, deyirlər ki, bizim səlahiyyətimizdə deyil.

Prezident İlham Əliyev zərərçəkmiş vətəndaşların məişət avadanlıqlarının verilməsi üçün 5 milyon manat vəsait ayırıb. Ancaq hara müraciət edirik, deyirlər ki, bizim səlahiyyətimizdə olan bir şey deyil”.

Şikayətçinin sözlərinə görə, dəfələrlə icra hakimiyyətində olub, icra başısı ilə görüşüblər, ancaq hər dəfə başqa quruma yönləndiriliblər:

“Bu gün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdük. Bizə dedi ki, Maliyyə Nazirliyinə müraciət edin, onlar vəsait ayırsınlar. Şəhid ailəsi nəyə görə bu işlə bağlı nazirliyə müraciət etməlidir? Yerli orqanlar, sözün əsl mənasında, bizi get-gələ salırlar. Bir dəfə Prezident Administirasiyasına göndəriblər, indi də Maliyyə Nazirliyinə. İş o yerə çatıb ki, hara müraciət edəcəyimizi bilmirik”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz