Bakıda kasıbları təhqir edən "Gallendvagen" sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.