Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 "C" ünvanında anbar sahəsinindəki şam ağacları məhv edilib.
Millitv.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ekoaktivist Agayev" adlı "Facebook" istifadəçisi məlumat yayıb. Xəbərdə deyilir:
"Eks deputat Nəriman Əliyev Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 "C" ünvanında anbar sahəsini artırmaqla şəkildə gördüyünüz ərazini pul və ya nüfuz hesabına zəbt edərək adına rəsmiləşdirib. Daha sonra həmin ərazidə ağacları kəsərək məhv edib və boş ərazi şəkilində saxlanıb. Bu barədə mən bir vətəndaş olaraq KİV nümayəndələrinə, güc stukturlarına və eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərmişəm. Əraziyə baxış keçirilib və araşdırma gedir".