Axtarış...

Prezident ilin son ayını belə keçirib

Prezident ilin son ayını belə keçirib

2021-ci il başa çatmaq üzrədir. “İlin son günlərində də dövlət tədbirləri keçirilir.

Təkcə dekabr ayında Prezident İlham Əliyev 12 rəsmi qəbul keçirib.

Bundan başqa, dövlət başçısı ilin son ayında Quba, Hadrut və Şuşaya da səfər edib.

Eyni zamanda Prezidentin Belçika və Rusiyaya son səfərləri də dekabr ayına təsadüf edib.

Məlumata görə, hava və avtomobil yolları ilə qət edilən ümumi məsafə 15 min kilometrdən artıqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən amillərdən biri gərgin iş qrafikinə rəğmən, görülən işlərlə yerindəcə tanış olmaqdır. Bu amil xüsusilə sosial layihələrdə özünü daha qabarıq büruzə verir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz