Axtarış...

İlham Əliyevdən diplomatik nümayəndəliklərdə qulluq edənlərlə bağlı FƏRMAN

İlham Əliyevdən diplomatik nümayəndəliklərdə qulluq edənlərlə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etməlidir.

“Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Qanunun tətbiq edilməsi barədə” Prezidentin Fərmanında aşağıdakı dəyişikliklər edilib:

Adında “xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari” sözləri “diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi” sözləri ilə əvəz edilib;

Həmin Fərmanın 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

Müəyyən edilib ki, “Diplomatik nümayəndəliklərdə və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Prezident həyata keçirir;

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz