Axtarış...

Baş Nazir bir neçə qərarı dəyişdirdi





Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 109-VIQD nömrəli Qanunu ilə “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Nazirlər Kabinetinin qərarına edilən müvafiq dəyişikliyə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək, “əlil arabaları” sözləri “əlilliyi olan şəxs üçün arabalar” sözləri ilə, “əlil” sözü isə “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib.

“Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək, “sığorta olunana əlillik təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi müəyyən edildikdə” sözləri ilə əvəz edilib.

Bu Qərarın qəbul olunması nəticəsində Azərbaycan Respublikasının qanunları Nazirlər Kabinetinin bir sıra qərarları arasında kolliziyanın (uyğunsuzluğun) aradan qaldırılması təmin ediləcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz