Nazirlər Kabineti yanında Operativ Qərargah yeni illə bağlı əhaliyə müraciət edib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində məlumat verib.
Yeni illə bağlı kütləvi toplanma hallarının olacağının qaçılmaz olduğunu vurğulayan Y.Qarayeva deyib ki, bununla bağlı ciddi tədbirlər görülməlidir: "Unutmayaq ki, hər xəstəliyin profilaktikası onun müalicəsindən daha yaxşıdır. Vaksinasiya olunmalı və gigiyenik qaydalara ciddi əməl edilməlidir”.