Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabr 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyev ilə Şuşaya səfərdən görüntülər paylaşıb.
Paylaşımda deyilir: "Şuşada ən balaca general-leytenant, Şuşanın ən gənc general-leytenantı 4 yaşlı Asif".