Axtarış...

Fəaliyyətində fərqlənən 8 hakimlə bağlı qərar verildi

Fəaliyyətində fərqlənən 8 hakimlə bağlı qərar verildi

"Fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi məqsədəuyğun sayılıb".

Bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib.

8 hakimlə bağlı təkliflər yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz