"“Əlillik” probleminin şişməsi, sonda partlayışa gətirməli idi və gətirdi də. Özəlliklə, “müharibə əlili” statusu özəl imtiyazlar və normal sosial təminat verdiyindən , son çağlar başlıca olaraq bu sahədə saxtakarlıq halları geniş miqyas alıb. Mexanizm : hərbi tibb xidmətinin saxta “yaralanma sənədi”, maliyyə xidmətinin şişirtmə hesablama vərəqi və sosial-tibbi ekspertiza komissiyasının rəyi! Beləcə, savaşda yaralananların ala bilmədiyi yüksək pensiya saxta müharibə əlillərinin yemi oldu". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "DİN-in Maliyyə Plan İdarəsinin keçmiş rəisi Səxavətdin Abdullayev alverdən elə məsti-xumar olmuşdu ki, Bakıdakı qərargahdan qırağa çıxmayan “omonçu”ların hamısını “müharibə əlili” etmişdi. DİN-in tibb idarəsinin də, vurğuladığımız kimi, özəl payı az deyildi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992-ci il tarixli qanunun 15v və 23b maddələrinə əsasən, 1-ci dərəcəli müharibə əlillərinin pensiyalarına uyğun olaraq yaşa görə minimum pensiyanın 300 və 100 faizi miqdarında əlavəni hesablamağı “unudan, amma öz cibini unutmayan Səxavəddin Abdullayevin bu sətirlərin yazarına qərəzi o həddə çatmışdı ki, 1978-ci ildə ilk zabit rütbəsi verilən şəxsin 13 il sonra Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığını “bir neçə çantalıq” məktubla bildirib! (?) Hətta 2017-ci ildə Bakı İnzibati Məhkəməsi (hakim Elçin Məmmədov) ƏƏSMN -ə qarşı işin araşdırılması zamanı DİN-in Maliyyə Plan İdarəsini 3-cü şəxs kimi cəlb edəndə, Səxavəddin Abdullayev DİN-in adından müqaviləsi olmayan Əlirza Həbilovu “şəxsi vəkili” kimi göndərib və bu vəkil də işdə iştirakına əsas olmadan 1-ci dərəcəli Qarabağ qazisinə qarşı çıxış edib. İndiyədək bu qanunsuzluğa, etibarnaməsi olmayan şəxsin DİN-in adından məhkəmə prosesində iştirak etməsinə hüquqi qiymət verilməyib. Elə bu hüquqsuzluqdan yararlanan Əlirza Həbilov vəzifəsindən sui-istifadə edərək 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna da qadağa qoydurub. Təsəvvür edin, Əlirza Həbilov Şəki İnzibati-İqtisadi Məhkəməsində bəyanatla çıxış edib ki, BİZ (?-M.B. ) ALI MƏHKƏMƏDƏ DƏ OLSA, QARABAĞ QAZİSİNİN İDDİASINA BAXILMASINA İMKAN VERMƏYƏCƏYİK ! (?) Ümumiyyətlə, heç bir uyğun sənədi- etibarnaməsi, orderi, müqaviləsi olmayan şəxsin dövlət orqanının -DİN-in adından “vəkillik edib” bəyanat verməsi , vətəndaşın hüququna qadağa qoyması kobud insan hüquqları pozuntusudur və cinayət məsuliyyəti yaradır. Bəs niyə, məhkəmə hakimiyyəti bir yana qalsın, DİN-in özü bu dələduzluq faktına hüquqi qiymət verilməsini təmin etmir? Niyə nazir Vilayət Eyvazov onun rəhbəri olduğu dövlət orqanının adından səlahiyyəti olmayan şəxsin çıxış etməsinə susur? Axı, özünü hər yerdə “DİN-in nümayəndəsi və vəkili” kimi tanıdan Əlirza Həbilova bu səlahiyyəti yalnız və yalnız DİN-in 1-ci şəxsi -nazir Vilayət Eyvazov verə bilər! Hanı bu səlahiyyəti doğrulayan nazirin imzalı-möhürlü etibarnaməsi, müqaviləsi? Bir də vəkil dövlət orqanının səlahiyyətli nümayəndəsi ola bilməz axı! Bir sözlə, Əlirza Həbilovun DİN-in Maliyyə Plan İdarəsinin keçmiş və indiki rəhbərliyinin maliyyəsi ilə DİN-in 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasının qanunsuzluğu göz önündədir. Məhkəmə təminatı hüququ Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır və 71-ci maddəyə görə, bu hüquq və azadlıqları qorumaq icra, məhkəmə və qanunvericilik hakimiyyətinin borcudur. Harada yazılıb ki, hansısa maliyyə məmuru özbaşınalığını pərdələmək üçün dövlət orqanına sənədsiz vəkil tutsun? İndiyədək heç bir məhkəmə də Əlirza Həbilovun müqaviləsi olmadan məhkəmə prosesində iştirak etməsinə, yəni məhkəmə ilə qeyri-prosessual münasibətə girməsinə “yox” deyə bilməyib. Nə Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarov , nə Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev , nə Şəki – Bakı Apellyasiya instansiyası hakimləri Gündüz Abbasov, Rövşən Rəfiyev, Mübariz Hüseynov, Xəyalə Cəmilova, Namiq Cəfərov, Vahid Sadıqov, nə də Ali Məhkəmənin hakimləri Səyyad Kərimov, Rahib Nəbizadə, Zakir Quliyev , Kəmaləddin Bədəlov və b. Əlirza Həbilovun DİN-in adından onlarla qeyri-prosessual münasibətə girməsinə əsas verən prosessual sənədi görə bilib. Qeyri -prosessual münasibət olan yerdə, prosessual sənədə yer qalmır axı! Xəyalə Cəmilova, hətta iddiaçını kamera görüntüləri ilə şantaj edərək danışmasına qadağa qoyub, amma müqaviləsi olmayan Əlirza Həbilovu və onun özünə “vəkil” etdiyi 3-cü şəxs Munir Həsənovu da müqaviləsi olmadan dinləyib. (?) Məhkəmə hüquq sisteminin hamını qanun və məhkəmə qarşısında bərabərliyini “təmin etməsinə” baxın! Kim nə deyər, bizim məhkəmələrin “qeyrətinə” ?
DİN -in adından qazinin hüququna qadağa qoyan Əlirza Həbilovun barəsində şikayətləri baş prokurorluq DİN-in Baş Təşkilat İnspeksiya İdarəsinə göndərib. Sözügedən idarə isə “3 dəfə əsaslandırılmış cavab verdiyini” bildirib, daha verməyəcəyini vurğulayıb. O gün Nərimanov RPİ-nin sahə müvəkkili zəng edib, Əlirza Həbilovun barəsində şikayətin nə üçün onlara göntərildiyini şikayətçidən (?) soruşub. Doğrudan da, Əlirza Həbilovun DİN-in adından məhkəməyə sifariş verməsinə istintaq -təhqiqat orqanları hüquqi qiymət verməlidir . DİN-in inspeksiyasının işi DİN-in əməkdaşlarının qanunsuz hərəkətlərini araşdırmaqdan ibarətdir. Əlirza Həbilovun barəsində şikayətləri Baş prokurorluq DİN-in rəhbərliyinə, o da inspeksiya idarəsinə ünvanlayırsa, VK-nın vəzifəli şəxsinin həm də DİN-in vəzifəli şəxsi olması sübut olunur. Vəkillər Kollegiyası(nın üzvü) istintaq -təhqiqat orqanına necə vəkillik edə bilər? Əlirza Həbilovun məhkəmə hüquq sistemini barmağına dolamasına son qoyan tapılacaqmı?"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...